Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2960/2021 14.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı İddiaçı qızı və onun nümayəndəsi və vəkili X2 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı qızının Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı qızı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 50000 manat əsas borcun və 30 manat dövlət rüsumu olmaqla 50030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əvvəllər yaxın münasibətdə olduğu X1 cəmi 50000 manat məbləğində borc pul vermiş və bu barədə 11 dekabr 2020-ci il tarixdə aralarında notariat qaydasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrdə cavabdeh ondan 26000 manat və 24000 manat borc pul almasını və aldığı krediti 11 mart 2021-ci il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müəyyən edilmiş müddətdə cavabdeh aaldığı borcu ödəməmişdir. Dəfələrlə pulunu istəsə də hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı İddiaçı qızı və onun nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə 22.09.2021-ci il tarixdə ərizə təqdim edərək, Cavabdeh 58000 manat əsas borcun və 30 manat dövlət rüsumu olmaqla 58030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirirlməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 15.07.2021-ci il tarixdə onda 50000 manatdan başqa əlavə olaraq, 8000 manat pul almış və bildirmişdir ki, ondan aldığı ümumi məbləği 58000 manat pulu 15.07.2021-ci il tarixdə bankdan kredit götürməklə verəcəkdir.Əgər bankdan kredit ala bilməsə, hər ay 10000 manat olmaqla 5 ay müddətinə 50 min manatı ödəyəcəkdir.Qalan 8000 manatı pulu isə 4 ay müüdətində, yəni iki ayda tam ödəyəcəkdir.Bu barədə kredit müqaviləsinə əlavə kim öz xətti ilə qəbz yazaraq ona vermişdir.Lakin cavabdeh müəyyən edilmiş müddətdə cavabdeh aldığı borcu ödəməmişdir.Dəfələrlə pulunu istəsə də hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Ona görə də bu barədə məhkəmyə müraciət etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh işini böyütmək üçün karatin vəziyyəti ilə əlaqədar olaraq maşını sata bilmədiyiyindən ondan pul istəmişdir. 50000 manatı notarial qaydada imzalanmış müqavilə ilə cavabdehə vermiş, sonradan 8000 manat pul vermiş, cavabh öz xətti ilə bu barədə yazmış və imza etmişdir. .Həmin müqaviləni rəsmiləşdirmək üçün rüsum üçün cavabdehin pulu olmadığı üçün rüsum ödəməklə notarial qaydada təsdiqlətməmişdilər..Eyni zamanda onu da əlavə etdi ki, cavabdeh ona ödədiyi 6000 manat pul geri qaytarmışdır, lakin o söz vermişdir ki, qazancından ona əlavə pul verəcək. İddiaçı xahiş etdi ki, iddia təmin edilsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianən rədd edilməsini xahiş etdi və qeyd etdi ki, 8000 manatlıq əlyazmada Mülki Məcəllənin tələblərinə əməl edilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə 3000 manatdan artıq olan borc müqavilələri yaılı şəkildə bağlanmalıdır. Həmçinin əlavə edir ki, cavabdehin sözlərinə əsasən 8000 manat məbləğə dair əlyazmanı özü yazıb imzalasa da, həmin müqavilə etibarsız olduğundan iddia yəmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan 11.12.2020-ci il tarixli Kredit sazişinin məzmunundan aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 24000 manat məbləğində pul vəsaiti 3 ay müddətində (11.03.2021-ci il tarixə ) kredit verilmişdir. Reyestrdə 3M-391 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 11.12.2020-ci il tarixli Kredit sazişinin məzmunundan aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 26000 manat məbləğində pul vəsaiti 3 ay müddətində (11.03.2021-ci il tarixə ) kredit verilmişdir Reyestrdə 3M-390 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan məhkəmə iclasında təsdiq edilmiş və cavabdeh tərəfindən yazılaraq imza edilməsi mübahisələndirilməyən 11.12.2020-ci il tarixli Kredit sazişinə əlavə edilmiş əlyazmadan görünür ki, cavabdeh tələbkardan aldığı 58000 manat pulu 15.07.2021-ci il tarixdə bankdan kredit götürsə tam ödəyəcəyini, əks təqdirdə isə hər ay 10000 manat olmaqla 5 ay müddətinə 50 min manatı ödəyəcəyini, qalan 8000 manatı pulu isə 4 ay müddətində, yəni ilk iki ayda 2500 manat, qalan iki ayda isə 1500 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmək barəsində birtərəfli əqd imzalamışdır. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, İddiaçı cavabdeh tərəfindən ona ümumi borcdan 6000 manat ödənildiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, 11.12.2020-ci il tarixli kredit müqavilələri ilə İddiaçı tərəfindən Cavabdeh 3 ay müddətinə qaytarmaq şərti ilə faizsiz 50000(24000+26000) manat məbləğində borc pul vermiş, cavabdeh isə verilmiş krediti qəbul edib, krediti müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüş, sonradan cavabdeh şəxsən özü yazmaqla və imza etməklə 8000 manat borc pul iddiaçıdan almış, lakin bu barədə müqavilə imzalanmamışdır. Ümumi borcdan 6000 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, həmçinin iddiaçının cavabdeh tərəfindən ona 6000 manat məbləğində ödəniş edilməsi barəsində etirafı ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqavilələrindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun iddiaçıya(kreditora) həmin müqaviləyə görə 44000 manat məbləğində pul borcu yaranmışdır. Eyni zamanda iddiaçını cavabdehə 8000 manat məbləğində pulun verilməsi barədə əlyazma Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 8000 pul verilməsinə dair müqavilə etibarsız olduğundan, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən həmçinin əlyazma üzrə cavabdeh tərəfindən əldə olunmuş 8000 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 52000(44000+8000) manat borcun, 30 manat dövlət rüsumunun cəmi 52030 manat pul alınıb iddiaçı İddiaçı qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 52000(əlli iki min) manat borcun, 30(otuz) manat dövlət rüsumunun cəmi 52030(əlli iki min otuz) manat pul alınıb İddiaçı qızına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2960/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2960/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver