Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2980/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin 27 yanvar 2016-cı il il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 05 yanvar 2010cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında onun xeyrinə alıment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26.09.1992-ci il tarixdə rəsmi nikaha girməklə evlənmişdir. Rəsmi nikahdan iki uşaqları 31 yanvar 1999-cu il təvəllüdlü X2 və 05 yanvar 2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Qaradağ rayon məhkəməsinin 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə 31 yanvar 1999-cu il təvəllüdlü X2 və 05 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 108 manat aliment kəsilmişdir. Böyük övladı həddi buluğa çatdığı üçün cavabdeh alimenti dayandırmışdır. Bir dəfə də, olsun uşağa əlavə bir köməklik etməmişdir. Hər şey günü-gündən bahalaşmasına və alimentin miqdarının artmasına baxmayaraq cavabdeh uşağa 108 manatı belə düzgün vermir. Halbuki, cavabdeh Qaz istismarı zavodunda işləyir və 1000 manata qədər gəlirə malikdir. Cavabdehin imkanı olduğu halda onun uşağı cəmi 108 manatla keçinmək məcburiyyətində qalıb. Özüdə nəzərə alsaq ki, qız uşağdı və ehtiyacları çox olduğu halda çətinlik içərisində yaşayır. Uşaq öz yoldaşlarından geri qalır və bunu cavabdeh nə anlamır nə də, düşünmür. Uşağın gündəlik problemlərini həll etməkdə çətinlik çəkir. Bu səbəbdən də, alimentin artırılmasına ehtiyacı var. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-169/2016 saylı 27 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 1992-ci il tarixdə Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsində 478 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 31 yanvar 1999-cu il təvəllüdlü X2 və 05 yanvar 2010-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması, 31 yanvar 1999-cu il təvəllüdlü X2 və 05 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 sentyabr 2015-ci il tarixdən başalayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutlması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ №491237 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünürki,tərəflərin 05 yanvar 2010-cu il təvəllüdlü X1 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin iki övladlarının olması, uşağın iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Hal-hazırda uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını, cavabdehin müntəzəm qazancı olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə- qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 76.1 və 76.1.1. maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə- qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda aliment tutulur. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını, Ailə Məcəlləsinin 76.1, 78-ci maddələrinin tələblərini, cavabdehin müntəzəm qazancı olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 169/2016 saylı 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay onun qazancın (başqa gəlirlərin) ¼ (dördə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-169/2016 saylı 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən 05 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə hər ay onun qazancın (başqa gəlirlərin) ¼ (dördə bir) hissəsi miqdarında aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2980/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2980/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver