Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2988/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı «kredit müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin və 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə 04 noyabr 2019-cu il tarixli müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı notariat ofisində 16 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onun Cavabdeh2 40.000 manat borc pul alması və aldığı krediti xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. 04 noyabr 2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə edilən dəyişiklik barədə yeni müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin 10-cu bəndində göstərilən şərtlərə dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə onun Cavabdeh2 pul almasına dair imza etsə də, əslində həmin pulu alıb X3 vermişdir. X1 ona yazılı iltizam da vermişdir ki, onun Elbəyidən aldığı pulu isə hər ay 1.000 manat olmaqla ödəyəcəkdir. Həmin pulun cavabdehdə olması və aybaay ödəməsi barədə onda rəsmi iltizamı vardır. Cavabdeh2 ona qarşı pul tələbinə dair Cəlilabad rayon məhkləməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə araşdırılması zamanı da həmin pulun ona deyil, X3 verilməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı ilə o, üçüncü şəxs qismində cəlb edilmiş və əsas cavabdeh X5 olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə pulun X2 tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və X5 pulu ödəmədiyinə görə Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Cavabdeh2 ilə onun arasında Cəlilabad rayonu 1 saylı notariat kontorunda 16 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəlik məhkəmə prosesində X3 qarşı yönəldiyindən, həmin müqavilə qüvvədən düşmüş hesab edilməlidir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 qarşısında Bakı şəhəri 8 saylı notariat ofisində 16 sentyabr 2019-cu il tarixdə təsdiq edilmiş kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş və həmin notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən yaranmış öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə bütün tələbləri təmin olunsa da, həmin tələblərin bir daha təkrarən təmin edilməsi üçün yeni tələblər irəli sürülür. Halbuki cavabdehin bu tələbləri tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə onun öhdəliklərinə xitam verilməlidir. İddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 04 noyabr 2019-cu il tarixli dəyişikliyə əsasən onun cavabdeh qarşısında öhdəlikləri yaranmışdır. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dəyişiklik edilməsi barədə müqavilə məhkəmə qaydasında mübahisələndirilərkən (Cəlilabad Rayon Rəhkəməsində) müəyyən edilmişdir ki, müqavilə üzrə borclu tərəf məhz kreditorun razılığı əsasında dəyişdirilmiş, həmin dəyişikliyə tələbkarın etirazları əsassız sayılmışdır. Nəticədə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklər üçüncü şəxs X3 yönəldilməlidir. Yönəldilmiş tələb isə məcburi qaydada təmin edilmişdir. Tələbkar Cavabdeh2 isə tələblərinin tam təmin edilməsi barədə iltizam vermişdir. Tərəflər arasında mübahisənin həqiqi halları nəzərə alınarsa onun Cavabdeh2 qarşısında Bakı şəhəri 8 saylı notariat ofisində 16 sentyabr 2019-cu il tarixdə təsdiq edilmiş kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş və həmin notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən yaranmış öhdəlikləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3 və 528-ci maddələrinə əsasən xitam verilməlidir. Məhkəmə onu da nəzərə almalıdır ki, Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra edilmişdir. Bu hallar elektron məhkəmə portalından istənilən vaxt sorğulana bilir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş həqiqi hallar preyudisial əhəmiyyətə malikdir. Cavabdehin hal-hazırda iddiaçıdan eyni kredit müqaviləsinə istinad edərək təkrar icra tələb etməsi əsassız və qanunsuzdur. Tərəflər öhdəliklərin xitam olunması ilə bağlı razılığa gələ bilmədikləri üçün öhdəliklərin xitamı məhkəmə tərəfindən qiymətləndirilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədəm iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri 8 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(073)-222/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 X3 qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, X2 38.000 manat pul və 30 manat dövlət rüsumunun alınıb Cavabdeh2 verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən görünür ki, Cavabdeh2 həmin iş üzrə iddia tələbini əsaslandırarkən Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 04 noyabr 2019-cu il tarixli müqaviləyə istinad etmişdir. İddiaçı həmin iş üzrə məhkəmə iclasında 40.000 manat borc məbləğindən 2.000 manat borcun qaytarıldığını bildirmiş, 38.000 manat borc məbləği qaldığını qeyd etmişdir. İlk olaraq iddia İddiaçı qarşı irəli sürülsə də, müəyyən edilmişdir ki, 13 yanvar 2020ci il tarixli iltizamla X5 35.000 manat məbləğində borcu hər ay 1.000 manatdan az olmamaq şərti ilə Cavabdeh2 qaytaracağına dair öhdəlik götürmüşdür. Bu səbəbdən, Cəlilabad rayon Məhkəməsi tərəfindən mülki işə hüquqi qiymət verilərək, borcun X2 tutulmalı olması barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(073)-241/2022 saylı hökmündən görünür ki, X5 yuxarıda qeyd olunan qətnamə üzrə ondan tutulmalı borcu ödəmədiyindən, Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsinə əsasən barəsində cinayət işi başlanmış, ibtidai və məhkəmə istintaqı aparılmış və barəsində ittihamedici hökm çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 16 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Cəlilabad rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(073)-222/2021 saylı icra sənədinə əsasən tutulmalı olan 38.000 manat borc məbləği X5 tərəfindən ona tam şəkildə ödənildiyindən, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-572/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə preyudisial əhəmiyyət kəsb edən Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 mart 2021-ci il tarixli 2(073)-222/2021 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh2 qarşısında 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 04 noyabr 2019-cu il tarixli müqavilə üzrə icra edilməmiş (ödənilməmiş) öhdəliyi yoxdur. Həmin müqavilələr üzrə borc məbləği digər şəxsdən Cavabdeh2 xeyrinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşısında yuxarıda qeyd edilən müqavilələr üzrə icra edilməmiş öhdəliyi olmadığından, mövcud olmayan öhdəliklərə xitam verilməsi mümkün deyil. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2988/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2988/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver