Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2994/2021 27.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********70442 olan Samsung galaxy A10 markalı telefon üçün 209,2 manat əsas hissə, 20,8 manat cərimə, 22.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********64807 olan Samsung galaxy A10 markalı telefon üçün 208 manat əsas hissə, 20 manat cərimə ümumilikdə 458 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 07.03.2020-ci il və 22.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********70442 olan Samsung galaxy A10 markalı telefon və İMEİ kodu **********64807 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 458 manat borc yaranmışdır. Cavabdeh 07.03.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı satqı qiyməti 403,2 manat (18 ay x 22,4 manat+0manat ilkin ödəniş) olan İMEİ kodu **********70442 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 230 manat olmaqla ondan 209,2 manat əsas hissə, 20,8 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 22.03.2020ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı satqı qiyməti 392,4 manat (18 ay x 21,8 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********64807 olan Samsung galaxy A10 üçün ümumilikdə 228 manat olmaqla ondan 208 manat əsas hissə, 20 manat cərimə pulu borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 378,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07.03.2020-ci iltarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh oğlu(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 403,2 manat olan Samsung galaxy A10 markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.03.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 392,4 manat olan Samsung Galaxy A10 markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 12 avqust 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 07.03.2020-ci il tarixli müqaviləyə görə 209,2 manat əsas hissə, 20,8 manat cərimə olmaqla cəmi 230 manat borcu qalmışdır. Borclunun 07.03.2020-ci iltarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 194 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 12 avqust 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlunun 22.03.2020-ci il tarixli müqaviləyə görə 208 manat əsas borc, 20 manat cərimə olmaqla cəmi 228 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Borclunun 22.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 184,4 manat təşkil edir. İş materiallarına əlavə olunmuş bildirişdən və əşyanın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh oğlu ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş 07.03.2020-ci iltarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlu iddiaçıya 18 ay müddətində aylıq 22,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş 22.03.2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlu iddiaçıya 18 ay müddətində aylıq 21,8 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh oğlu(alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı MMC Cavabdeh 22.03.2020-ci il tarixli müqaviləyə görə 208 manat əsas borc, 20 cərimə olmaqla cəmi 228 manat məbləğində ödənilməmiş qalıq borcu və 07.03.2020-ci il tarixli müqaviləyə görə 209,2 manat əsas hissə, 20,8 manat cərimə olmaqla cəmi 230 manat borcu, hər iki müqavilə üzrə ümumilikdə 458 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 12.08.2021-ci il tarixə cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 22.03.2020-ci il tarixli müqaviləyə görə 208 manat əsas borc, 20 manat cərimə olmaqla cəmi 228 manat məbləğində borcu və 07.03.2020-ci il tarixli müqaviləyə görə 209,2 manat əsas hissə, 20,8 manat cərimə olmaqla cəmi 230 manat məbləğində borcu, hər iki müqavilə üzrə ümumilikdə 458 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07.03.2020-ci il tarixli müqaviləyə görə 209(iki yüz doqquz) manat,20(iyirmi) qəpik əsas hissə, 20(iyirmi) manat,80(səksən) qəpik cərimə və 22.03.2020-ci il tarixli müqaviləyə görə 208(iki yüz səkkiz) manat əsas borc, 20(iyirmi) manat cərimə, cəmi 458(dörd yüz əlli səkkiz) manat məbləğində borc və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2994/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2994/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver