Məhkəmə qərarları › İş №2(002)-2999/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2999/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2999/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2022-ci il 1 yanvar tarixdən hər bir uşağa 193 manat məbləğində aliment təyin edilməsi ilə əlaqədar olaraq,Cavabdeh əmək haqqının və bütün növ gəlirlərinin 1/4(dörddə bir) hissəsindən,lakin 193 manat məbləğindən az olmayaraq 20 oktyabr 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə tutulması üçün qərar qəbul ediləmisini,üç saylı mediasiya təşkilatına xidmətlərə görə 50 manat məbləğində ödədiyi pulu onun əmək haqqından tutularaq ona yönəldilməsi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,iddia ərizəsində təqdim etdiyi əmək haqqının ¼ hissəsi çıxarılması və qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə 21 yanvar 2016-cı il tarixdə nigaha daxil olmaqla ailə qurmuşdur.Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 adlı bir uşağı doğulmuşdur.Sonradan Cavabdeh ilə xasiyyəti uyğun gəlmədiyinə görə münasibəti pozularaq ayrıldı.O alimentin tutulması barədə iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etdi.Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli 2(002)-2923/2017 saylı qətnaməsi ilə Cavabdeh 08 may 2017-ci il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub xx.xx.2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir.Cavabdeh o biri həyat yoldaşından 25 noyabr 2003-cü il təvəllüdlü X4 və 24 yanvar 2006-cı il təvəllüdlü X5 adlı iki uşağı vardır.Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək alimentin miqdarının dəyişdirilməsinə nail olmuşdur.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2017 il tarixli 2(007)-4529/2017 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək onun 1-ci həyat yoldaşı X6 iki uşağa görə 244 manat hər birinə 122 manat,ona da bir uşağa görə 122 manat məbləğində aliment təyin edilmişdir.Hal-hazırda 1-ci həyat yoldaşından olan övladının xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatması ilə əlaqədar olaraq X6 1 uşağa görə 122 manat miqdarında aliment ödənilir.Ona da 1 uşağa görə 122 maat məbləğində aliment ödənilir.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə etdiyini,iddia tələbinə uyğun izahat verərək,öz izahatında alimentin 122 manat məbləğində müəyyən edildiyini, indiki halda cavabdehin maddi vəziyyətinə təsir edən dəyişiklik olduğunu, çünki aliment ödədiyi uşaqlardan birinin artıq yetkinlik yaşına çatdığını, 122 manat aliment məbləği ilə uşağın xərclərinin ödənilməsində çətinlik çəkdiyini, özünün müəllimə işlədiyini, 400 manat əmək haqqı aldığını, bununla həm özünün, həm evin, həm də uşağın maddi xərclərinin ödənilməsində çətinlik çəkdiyini, uşağının məşğələlərə getdiyini, bütün bunların maddi xərc olduğunu, öz maddi imkanı olsa heç tələb etmədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, 3 uşağa görə 122 manat olmaqla aliment ödədiyini, daha sonra uşağının birinin yetkinlik yaşna çatdığını, aliment ödəməsə də onun təhsili ilə bağlı xərcinin çəkdiyini, təhsil ödənişini etdiyini, özünün işlədiyini, aylıq 850 manat əmək haqqı aldığını, ondan da vergi məbləği çıxıldığını, SOCAR-da sürücü işlədiyini, uşaqla görüşmədiyini, uşağın təhsil xərcinin illik 2500 manat olduğunu onun hamısını özü ödədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-4529/2017 saylı qətnaməsinin surətindən görünür ki, 31 iyul 2017-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 122 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, müvafiq məhkəmə qətnaməsi əsasında uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 122 manat sabit pul məbləğində miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması, cavabdehin maddi vəziyyətinə təsir edən halın baş verməsi və uşağın aylıq xərclərinin artması halını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür.Cavabdeh iddia tələbinə etiraz etsə də, etirazın əsaslarına dair heç bir dəlilə istinad etməmiş, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətinə təsir edən dəyişikliyin baş verməsi halının (aliment ödədiyi uşaqlardan birinin yetkinlik yaşına çatması) olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə bu halla bağlı onu qeyd edir ki, qeyd edilən hal cavabdehin maddi vəziyyətinə təsir edən hal olmaqla, həmin dəyişikliyin baş verməsi özlüyündə uşaqların maddi təminatına təsir etdiyindən, hazırki mülki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Bundan əlavə, məhkəmə 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğunu və uşağın üstün mənafeyini, uşağın təminat səviyyəsini əsas götürərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, bu fərqin uşağın təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, cavabdehin maddi vəziyyətinə təsir edən dəyişikliyin baş verməsi halını əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsi ilə bağlı hesab edir ki, cavabdeh medasiya prosesində üzrsüz səbəbdən iştirak etmdəiyindən və Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən iddiaçının həmin xərcin ona tam ödənilməsini tələb etmək hüququ olduğundan, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları nəzərə alaraq, uşağrın üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-4529/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə iddiaçı tərəfindən çəkilmiş medasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya öədnilməli, iş ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-4529/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar