Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-30/2025 15.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə, Qarşılıqlı iddia üzrə cavabdeh və digər qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan“ tələbinə” dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasına dair qarşılıqlı iddialar üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan“ tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurulmuş 90 manat maddi ziyan olaraq kameraların pulu, 70 manat kameraların quraşdırılması pulu, 50 manat mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olaraq, ümümilikdə 240 manat pulun alınaraq ona verilməsinə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, valideyni- X17 ilə eyni ünvanda fərqli mənzillərdə yaşayır. Aralarında yaşanan həyət hissəsinə müşahidə kameraları quraşdırmışdır. Cavabdeh dəfələrlə kameraları sındıracağı ilə onu hədələyib. Belə ki xx.xx.2023-cü il tarixində yaşadığı fərdi həyət evinin çöl hissəsinə 2 ədəd müşahidə kameraları quraşdırmışdır. Cavabdeh öncə hədə qorxu gələrək əlinə taxta götürüb 02 ədəd müşahidə kamerasini ona məhəl qoymayaraq sındirmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Qeyd etmak istəyir ki sındırılmış kameralarin ikisinin alışına 90 (doxsan) manat, hər ikisinin quraşdirilması üçün 70 (yetmis) manat ödəmişdir. Cavabdeh kameraları sındırdığı vaxt Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair dəqiqləşdirmə ərizəsi verərək, Cavabdeh1 tərəfindən 90 manat maddi ziyan olaraq kameraların pulu, 70 manat kameraların quraşdırılması pulu, 150 manat mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olaraq, ümumilikdə 340 manat pulun alınaraq ona verilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, kameraların quraşdırılması ilə bağlı çəkilmiş xərc tələblərindən imtina edərək, iddia tələbini qalan hissədə müdafiə etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia təqdim edərək İddiaçı ailə üzvləri ilə birlikdə Qaradağ rayonu Qobustan qəsəbəsi, N.Şərifov küçəsi, ev 4 ünvanından çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbil etmir, hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin oluna bilməz, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. O, xx.xx.1955-ci il təvəllüdlüdür, 70 yaşı vardır. Uzun müddət məktəbdə müəllimə işləməklə hazırda təqaüddədir. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə Bələdiyyəsinin 14 may 2007-ci il tarixli 15/17 saylı qərarı ilə ona hazırda yaşadığı Qaradağ rayonu, ünvan 1 ünvanda torpaq sahəsi verilmiş, orada bir mərtəbəli bağ evi tikməklə təxminən 2008-ci ildən orada yaşayıb. Cavabdeh oğludur. Onun da qeydiyyatı Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 1, ev 3-dədir. Həmin ev ona verilmiş, ev onun və ailəsinin ixtiyarıdır. Digər tərəfdən də bundan başqa da 3 evi və 5 yerdə torpaq sahəsi vardır. Həmin ünvanlarda kirayənişin yerləşdirməklə gəlib zorla ailəsini də yerləşdirməklə onun evində yaşayır. Halbuki ailəsindən boşanıb və rəsmi nikahları yoxdur. Çox qəliz xarakteri olduyğundan, ona ana və müəllimə kimi heç bir hörmət qoymadığından dəfələrlə mübahisə və münaqişələri olmuşdur. İmkan vermir ki, o, qocalığını sakit və stressiz yaşasın. Bu yaşında övlad qayğısına, mənəvi qayğılara ehtiyacı olduğu halda demək olar ki, hər gün mübahisə və münaqişələr yaradır. Məqsədi də odur ki, tez ölüb, bu evinə də sahib çıxsın. Kameraları da ona görə quraşdırır ki, Qaradağ rayonu Sanqaçal qəsəbəsində yaşayan qızı Xuraman və uşaqları yanına gəlməsinlər, ona baxa bilməsinlər, qayğılarını çəkməsinlər ki, tez ölsün. Ona görə də ona məxsus evdə qanunsuz olaraq kameralar yerləşdirməklə gedib gələnlərin hamısını güdür. Dəfələrlə ona bildirmiş ki, ayıbdır, anasıdır, uzun müddət müəllimə işləmiş, hamı onu tanıyır belə hərəkətlərə yol vermək olmaz. Buna görə də dəfələrlə polisə düşmüşdülər. Heç bir xeyri yoxdur. Ana kimi, bir keçmiş müəllimə kimi xəcalət çəkir ki, belə bir oğul dünyaya gətirib böyüdüb. Belə düşünür ki, yəqin gələcəkdə onun ləyaqətsiz vərəsə olması ilə bağlı məhkəməyə müraciət etməli olacaq. Artıq onların bir yerdə yaşamaqları mümkün deyildir, ona görə də onun və ailəsinin evindən çıxarılması ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmədə qeyd edilən iddia tələbi ilə bağlı iddia qaldırsa da iş materiallarına evin ona məxsus olması ilə bağlı heç bir sənəd, sübut əlavə etməmişdir, edə də bilməz çünki ev onundur. Ona bunu dəfələrlə demiş ki, ev onundur, sənin bu evdə müşahidə kameraları quraşdırmağa hüququ yoxdur, getsin 5 dənə evi var, həmin evlərində nə quraşdırırsan, nə qoyursan nə ilə məğul olursdan ol, ona aidiyyatı yoxdur, onun evinə müşahidə kamerası quraşdırma. Qanunsuz hərəkət etdiyindən həmin kameraları bərkidilmiş yerindən qoparıb çıxarmış ki, həyəti görsənməsin, yəni onları sındırmamışdır. Bilir ki, bu adamın psixoloji problemləri vardır, əgər kamera tərəfindən sındırılsa şikayətlərinə əsasən bu yaşında ora bura çağırılmaqla əsəb, stress keçirəcəkdir. Görünür özü sındırıb ki, əlində formal olaraq məhkəməyə müraciət etmək üçün əsasları olsun. Cavabdeh və ailə üzvlərinin evində yaşaması mülkiyyət hüquqlarını məhdudlaşdırdığından və dəfələrlə onlardan tələb etməyinə baxmayaraq evindən çıxmadıqlarından hesab edir ki, evindən məhkəmə qərarına əsasən çıxarılmalıdırlar. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini dəqiqləşdirərək İddiaçı Hacıhasən oğlunun boşanmış arvadı Cəlilzadə (Bağırlı) Firəngiz Kazım qızının (onların uşaqları Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə) mülki işə cavabdeh kimi cəlb edilməsinə və İddiaçı Hacıhasən oğlunun, Cəlilzadə (Bağırlı) Firəngiz Kazım qıznını və onların uşaqları Cavabdeh3 və Cavabdeh4 Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbinə dəqiqləşmə verərək, iddia ərizəsində qeyd edilmiş ünvanı yəni, Bakı şəhəri Qaradağ rayonu ünvan 3 ünvanı Bakı şəhəri Qaradağ rayonu ünvan 4dəsiniz. Belə ki, təqdim edilmiş çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, N.Şərifov küçəsi, ev 4 ünvanında yerləşən mənzil X11 məxsudur ki həmin evin hazırki mübahisə ilə hər hansı əlaqəsi yoxdur. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1 nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Bakı şəhəri Qaradağ rayonu 156 saylı Mənzil- Kommunal İstismar Sahəsinə və Bakı şəhəri Qaradağ rayonu, Qobustan Bələdiyyəsinə verilmiş Vəkil sorğularına cavab olaraq mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin ünvanını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı yazıb xahiş etmişdir ki, iddia tələbini aşağıdaki formada qəbul edəsiniz: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən, cavabdehlər İddiaçı, Cəlilzadə (Bağırlı) Firəngiz Kazım qızı, onların övladları Cavabdeh3 və Cavabdeh4 ilə mübahisə predmeti təşkil edən, məhkəmə zamanı tərəflərin izahatlarına və araşdırmaya əsasən eynilik təşkil edən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki, ev tikiləndən o evdə yaşayıb. Ev 1990-ci illərdən tikilməyə başlamışdır. 1979cu ildə doğulmuşdur. Ev tikilərkən yetkinlik yaşına çatmasada orda burda işləyib evin tikintisinə kömək edib. Evin alqı-satqısı yoxdur, sadəcə bələdiyyə sənədidir. Evin çıxarışı yoxdur, özbaşına tikilidir. Evin onun adına olmasına dair sənəd yoxdur. Ev ümumi ev olub, 3 otaq, 1 mətbəx və 1 kolidor. Əvvəl o, başqa yerdə qalırdı, Cavabdeh1 başqa oğlu ilə o evdə qalırdı. Ailə qurub o evə köçdü, lakin Cavabdeh1 qızı ilə həyat yoldaşım arasında problem yarandı. Cavabdeh1 evin bir tərəfin kəsib oğluna verdi, mənə də dedi sən gəl mənimlə qal, Cavabdeh1 həmçinin qızına Səngaçaldan ev vermişdir. Evdə arakəsmə var. Firəngizlə aralarından rəsmi boşanma olub, lakin hazırda uzun müddətdir ki, birlikdə yaşayırlar. O evdə o,, həyat yoldaşı, iki oğlu yaşayırlar. Ayrılanda qətnamə ilə uşaqları anaları Firəngizə verildi.Keçmiş həyat yoldaşı 2009-cu ilin aprel ayından o evə gəlin köçmüşdür. Səngaçalda qeydiyyatdadır. Bu ev Qobustandadır. Kameraları almağına dair alqı-satqı müqaviləm yoxdur,ustadan almışdır. Usta xərci ayrıdır. Kameranı aldığına dair ödəniş qəbzləri var. Anası əvvəl onunla qalırdı, münasibəti yaxşı idi, sonradan onların aralarının pis olmasının səbəbi bacısı səbəb olmuşdur. O evin sənədi yoxdur, 2007-ci ildə bələdiyyə sənədi ilə torpaq aldı.Torpaqla bağlı adına qərar var.2007-ci ildə torpağın hər m2-ə görə ödənişi var. Anasının verdiyi torpağa sənəd ümumiyyətlə bələdiyyədə yoxdur, dayısı o vaxt orada bələdiyyə işləyib deyə anasına bu bələdiyyə sənədi verib. İndi Qobustan bələdiyyəsinin sədri Həcər xanımdır, Həcər xanım həm də anasın bacısı oğlunun arvadıdır. Qazı, suyu evin böyüyü kimi anasının adına keçirmişdir.Əvvəl işığın kodu onun adına olub, sonra şikayət olundu ki, 1 evdə 2 kod ola bilməz, Azərişığın əməkdaşı gəlib onun adına olan işıq sayğacını divardan sökdü.. Evdə 3 otaq, qabaqda da mətbəx var.İndi evin qazı, işığı və suyu anasının adınadır.Hazırda evdə 1 işıq, 1 qaz və 1 su xətti çəkilib. İşığın 2 sayğacı var, biri onun, biri Xanımındır. Qaz ümumidir. İşıq isə ayrıayrıdır. Su ayrıdır, amma 2 sayğacı var, hərəsinin də abonent kodu ayrıdır. Öz abonent kodu və ödəniş qəbzini təqdim edəcək.1979-cu il təvəllüdür.1997-ci ildə 18 yaşı var idi, qardaşının da 21 yaşı var idi, evi elə onunla birgə tikdirdi. Qaradağ rayonu, ünvan 6 İsmət Məmişovun evidir, onun adına deyil, sadəcə adına etibarnamə verib deyə o evin komunallarını öz adına keçirib.Həmin evində sənədi yoxdur. Şahidlər Xanımın 2 bacısıdır, 10-20 gün əvvəl gəlib evini sındırıb-qırıblar. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin sənədində massiv yazıla bilər, amma ora bələdiyə rəqəm qoya bilməz, məsələn 1A, 2A və .s. kimi. Dəqiq ünvanı yoxdur. Ömərlə Amil uşaqlarıdır, yetkinlik yaşına çatmayıblar. 2016cı ildən sonra yenə də Firəngiz onunla orada yaşayıb. Nadirov Nadir qonşu olub, rəhmətə gedib.Torpaq onundur, anasının deyil. Anasının qardaşı bələdiyyədə işləyib deyə anasının sizə verdiyi sənəd saxtadır. 2007-ci ildə torpaq satışa veriləndə İslam torpaqları verib. İslamdan sonra dayısı Mahmud bələdiyyə sədri olub, o zaman İslamın imzasının üzərinə möhür vurmaqla anama o saxta sənədi verib. Onun torpağına sənədi İslam verib.2007-ci ildə o torpağa görə Kapital banka ödəniş etmişdilər. Məhkəmə qərarı ilə Sənqaçal qəsəbəsinə köçdüyümüz evdə mən ara sıra yoldaşımla orada gedib qalırdım. Qonşular narahat etdi deyə oradan çıxdıq. Ata babasının o evi boş deyil, o evdə indi 250 manat maaş alan mühafizəçi pulsuz qalır. Boş qalmasın deyə o adam yerləşdirib. Həmin evə uşaq vaxtı məhkəmə qərarı ilə anası ilə birlikdə köçüb.Anası atasından boşanmışdı deyə həmin iddianı anası qaldırmışdır. İddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi.Qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, o uzun müdət müəllimə işləyib.Əri ilə boşandıqdan sonra atası mübahisəli mənzili tikdirib ona verib ki, uşaqları ilə birlikdə həmin mənzildə yaşasın.Ev tikilən zaman Elxan uşaq olub, onun evin tiklməsinə heç bir xərci ola bilməzdi.Ev tikiləndən sonra həmin evin yerləşdiyi torpaq sahəsini bələdiyyə qərarı ilə aldı.Oğlu Elxan digər cavabdeh gəlini olan Firəngiz ilə boşanıb.Boşansalarda Elxanla birlikdə yaşayırlar.Məhkəmə qərarı ilə Sənqaçal qəsəbəsinə olan ev ərinin atasınındır ki, həmin evi də Elxan mənimsəyib kirayəyə verərək pul qazanır.Gedib həmin evdə qalmır.Eyni zamanda Elxanın adına Qaradağ rayonu, ünvan 6 ünvanda ev vardır ki, məhkəmə iclasında həmin evə dair Azərqazın abunəçisi olduğu müəyyən edildi. Mübahisəli evi arakəsəmə ilə bölüblər, lakin gəlini həmin arakəsməni dağıdıb. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasından izahatında qeyd etdi, evin dəqiq ünvanı olmasa da faktiki tərəflərin yaşadığı ev mövcuddur ki, bu da Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşir. İddiaçı Elxanın adına abunə kodu üzrə başqa evdə var ki, o da özbaşına tikilidir.Digər tərəfdənSıngəçal qəsəbəsində baba evidə vardır ki, qətnamə ilə öra köçürülməsi var və həmin evi mənimsəyərək kirayə verir.Halbuki, həmin evdədə yaşaya bilər.Digər cavabdeh Firəngiz isə Elxandan boşansa da gəlib Elxanla birlikdə mübahisəli mənzildə yaşayır.Firəngiz boşandıqdan sonra adına ev alıb, bununla da istifadə hüququnu itirib.O həmçinin mübahisəli mənzilin azərişığın bildirişinə əsasən Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şərifov küçəsi olduğunu bildirdi.O qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh və digər qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisəli evə 2009-cu ildə gəlin köçdü. İlk cehizi o evə 2009-cu ildə aparıldı, sonra ikinci dəfə cehizi getdi o evə. O evə 2009-cu ildə köçüb, sonra nikaha giriblər.Toyumuz 20 aprel 2009-cu ildə, nikahı isə 20 oktyabr 2009-cu ildə oldu. Boşananda atası Toraqay yolundakı ev 5, mənzil 4-ü ona bağışladı, ev ona bağışlama ilə verilib. Ev 32 A-nı boşananda almışdı. Ev ona bağışlanıb, amma evin alqı-satqısı Hüseynlə atası arasında olub. Ev 32 A-nı satıb 2 ay sonra o məbləğlə özünə maşın almışdı. Qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən , qarşılıqlı iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 adına Bakı şəhəri üzrə qeydiyyat alınmış, həmçinin özgəninkiləşdirilmiş əmlaklara dair sənədlərin təsdiq edilmiş sürətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Qobustan qəsəbəsi,Salyan yolu, 32a evin 60 saylı mənzili xx.xx.2017-ci ilindən Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32a evin 60 saylı mənzili Cavabdeh2 X1. İş materiallarında olan Bakı şəhəri 45 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32a evin 60 saylı mənzili X2. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32a evin 60 saylı mənzili xx.xx.2023-cü ildən X18 adına qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 452551 saylı çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu,ev 5,mənzil 4 xx.xx.2021-ci il tarixdən Cavabdeh2 adına qeyd alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4553 saylı rəydən görünür ki, iddia ərizəsində qeyd edilən əşyaların istifadədə olması nəzərə alınmaqla orta baza qiyməti təxminən 60,00 manat müəyyən olunur.Həmin kameraların ayrı-ayrılıqda modeli, markası və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(Newtech markalı, Xs-MYB4 və Newtech markalı 5 MP modelli kameralar)... kameraların quraşdırılmasına çəkilən xərc nə qədər təşkil edir?" sual məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparılmadı. Aparılmış əməliyyatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 4803/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməsi, İddiaçı ilə X23 arasında 20 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 871 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 iddiaçı X23 ilə qalması, xx.xx.2010-cu il təvəllüdlü X26 yetkinlik yaşına çatanadak, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli 2(002)-2108/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, İddiaçı X9 xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. AZEMİS Elektron Məhkəmə Sistemindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlərin xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan nikahın pozulması haqqında akt qeydlərindən görünür ki , İddiaçı ilə X23 arasında olan 20 oktyabr 2009-cu il tarixli Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 871 saylı akt qeydi ilə bağlanmış nikah xx.xx.2016-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X37 məhkəmənin sorğusuna cavab olaraq ünvanladıqları xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin elektron bazasında vətəndaş İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında **********050 saylı (müqavilə № 40592144 xx.xx.2018-ci il tarixli, sayğac № ********) abonent kodu müəyyən edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X37 məhkəmənin sorğusuna cavab olaraq ünvanladıqları xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin elektron bazasında Qaradağ rayonu ünvan 8 ünvanında vətəndaş Nadirov Nadirin adına **********000 saylı (müqavilə Ne 26188786 xx.xx.2008-ci il tarixli, sayğac № 775066) abonent kodu müəyyən edilmişdir.Lakin, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin elektron bazasında bəzi fərdi həyət evləri şərti nömrə altında kodlaşdığından abonent kodunun müraciətdə qeyd olunan ünvanla (N.Şərifov küçəsi ev 4) eynilik təşkil etməsi haqqında dəqiq məlumatın təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında məlumatından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 9 ünvan üzrə **********90000 abonent kodlu İddiaçı çıxış edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna ünvanlanmış cavabından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanı üzrə X20 28 oktyabr 2000-ci il tarixdə **********40000 saylı abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında xx.xx.2015-ci il tarixdən **********50005 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. İş materiallarında olan “Azəriqaz” İB-nin X5 Sistemində məktubda qeyd edilmiş Qaradağ rayonu ünvan 8 ünvanında vətəndaş Nadirov Nadirin adına **********00000 saylı abonent kodu, İddiaçı adına isə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanı üzrə **********00050 saylı abonent kodu mövcuddur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qobustan Bələdiyəsinin 09 nömrəli xx.xx.2024-cü il tarixli yerli(bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanı üzrə vergi ödəyicisi kimi Cavabdeh1 çıxış etmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 02/155 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu. Qobustan qəsəbəsi, bağlar evi Massivində 200 m2 torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına sənədləşdirilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsini bağlanması qərara alınmışdır. 155 nömrəli 20 .02.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 02/155 nömrəli qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, bağlar evi Massivində 200 m2 torpaq sahəsi İddiaçı satılmışdır İş materiallarında olan xx.xx.2007-ci il tarixli, Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 15/17 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Nəriman Şərifov küçəsi, ev 4 Qaradağ Rayon İcra Hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasından 630 m2 torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına sənədləşdirilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 15/17 nömrəli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15/17 saylı qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Nəriman Şərifov küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 630 m2 torpaq sahəsi alıcı Cavabdeh1 fərdi yaşayış evi tikilmək məqsədi ilə satılmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 02/155 nömrəli qərarından görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, N.Şərifov küçəsində öz vəsaiti hesabına fərdi yaşayış evi tikmiş və istifadə olunan 300 m2 torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına sənədləşdirilimiş və torpağın dəyəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin nömrəsiz alqı satqı müqaviləsindən görünür ki, Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02/155 nömrəli qərarı əsasında Qaradağ rayonu Qobustan qəsəbəsi ünvanında 300 m2 torpaq sahəsi İddiaçı satılmış və torpağıın satış qiyməti 384 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 147 saylı alqı satqı müqaviləsindən görünür ki, Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09/05 nömrəli qərarı əsasında Qaradağ rayonu Qobustan qəsəbəsi ünvanında 600 m2 torpaq sahəsi Cavabdeh1 satılmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 147 nömrəli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09/05 saylı qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61 km bağlar evi ünvanında yerləşən ümumi sahəsi 600 m2 torpaq sahəsi alıcı Cavabdeh1 fərdi yaşayış evi tikilmək məqsədi ilə satılmışdır. İş materiallarında olan torpaqların alq-satqısına dair aktdan görünür ki , Cavabdeh1 tərəfindən Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09/05 saylı qərarına əsasən ona verilmiş 600 m2 torpaq sahəsinin ayrılması üçün 768 manat ödənilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Cavabdeh1 və İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.03 ha olsa da, faktiki olaraq hasardaxili 0.0342 ha təşkil edir (0.0042 ha artıqdır). Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Təqdim edilmiş Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 155 saylı qərarına əsasən İddiaçı ayrılmış 200.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisində nəzərdə tutulan sahə Bakı-Salyan şossesinin 61-ci km-nin sol tərəfində və bağlar evinə yaxın ərazidə göstərilmişdir. Faktiki İddiaçı yaşadığı ev Qobustan qəsəbəsində yerləşir və Bakı-Salyan şossesinin sağ tərəfində yerləşdiyindən həmin cizgiyə uyğun gəlmir. Təqdim edilmiş xx.xx.2007-ci il tarixli 15/17 nömrəli Bələdiyyə qərarına əsasən Cavabdeh1 Xəlilşah qızına ayrılmış 630.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisindəki istinad nöqtələrinə əsasən ümumi sahəsi 630.0 kv.m olan torpaq sahəsi faktiki vəziyyətdə yerin cizgisinə dair plana uyğun gəlmir. Təqdim edilmiş xx.xx.2007-ci il tarixli Bələdiyyə qərarı əsasında verilmiş 300.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki İddiaçı istifadəsində olan torpaq sahəsi qismən uyğun gəlir. Yerləşmə cizgisi İddiaçı istifadəsində olan torpaq sahəsinin qonşusu ilə birlikdə olan sahəyə uyğun tərtib edilmişdir. Qeyd olunan xx.xx.2007-ci il tarixli 147 nömrəli toppaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən ayrılmış 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyindən 600.0 kv.m torpaq sahəsinin yerini təyin etmək və müqayisəli araşdırmaq mümkün olmadı. Faktiki olaraq iddiaçı və cavabdehin istifadəsində olan torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən Qaradağ rayonu Qobustan qəsəbəsi, N.Şərifov küçəsi, ev 4 ünvanına dair heç bir sənəd təqdim edilmədiyindən və həmin ünvana dair bazada məlumat aşkar edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz eməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (Qobustan Ə.Ş). Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi üçün xidmət haqqı -95 manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan X14 MMC-nin xx.xx.2025-ci il tarixli 150 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2007-ci il tarixli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 02/155 nömrəli qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bağlar evi Massivinda 200 m² torpaq sahəsi İddiaçı adına 155 nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmıs 200 m² torpaq sahəsinin cizgisi aydın şəkildə istinadedici oriyentirlərin yetərli olmaması səbəbindən faktiki vəziyyətdə harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. xx.xx.2007-ci il tarixli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 15/17 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixli, 15/17 nömrəli bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında Cavabdeh1 Xəlilşah qızına alqı-satqı müqaviləsinə ünvanında yerləşən ümumi sahəsi 630 m² torpaq sahəsinin cizgisi aydın şəkildə- istinadedici oriventirlərin yeterli olmaması səbəbindən faktiki vəziyyətdə harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır.xx.xx.2007-ci il tarixli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan nömrəsiz alqı satqı müqaviləsinə əsasən, İddiaçı Qaradağ Bələdiyyəsinin rayonu, Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02/155 nömrəli qərarı ilə Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında 300 m² torpaq sahəsinin cizgisi aydın şəkildə istinadedici oriyentirlərin yetərli olmaması səbəbindən faktiki vəziyyətdə harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır.xx.xx.2007ci il tarixli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 147 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 Xəlilşah qızına Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09/05 nömrəli qərarı əsasında Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında 600 m² torpaq sahəsinin cizgisi aydın şəkildə istinadedici oriyentirlərin yetərli olmaması səbəbindən faktiki vəziyyətdə harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsi, ev 4 ünvanı faktiki vəziyyətdə yuxarıda qeyd olunan hansı torpaq sahəsində yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan səbəbdən hər bir torpaq sahəsinin koordinatlarının göstərilməsi tərəfimizdən mümkün olmamışdır.Qeyd:Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı əsasında 2007-ci ilə qədər bələdiyyə tərəfindən verilmiş torpaq sahələri qeydiyyatdan keçirilməlidir. Mütəxəssislər qarşısında qoyulmuş sualları cavablandırarkən mövcud torpaq qanunvericiliyinə uyğun olaraq ərazinin elektron ümumi xəritəsindən, aerofotoplanşet xəritə materiallarından, Google Earth xəritə proqramından istifadə olunmuşdur.Həmçinin mütəxəssis rəyinə əlavə edilmiş qəbzdən görünür ki,300 manat məbləğində olan xidmət haqqı Cavabdeh1 Xəlilşah qızı tərəfindən ödənilmişdir. İş materiallarında olan Qaradağ rayon Xalq Məhkəməsinin qətnaməsindən görünür ki, X8 Xanım Xəlilşah qızının və övladlarının ünvan 12 ünvanında olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Qobustan Bələdiyyəsinin Vəkil sorğusuna cavab olaraq ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı adına Qaradağ rayon Qobustan bələdiyyəsinin 20 fevral 2007-ci il tarixli 02/155 nömrəli qərarı ilə Qobustan bələdiyyəsi ərazisində (bağlar evi massivi) 200 kv.m torpaq sahəsi ilə təmin olunmuşdur. Sözügedən mübahisəli evin (N. Şərifov küçəsi, ev 4) İddiaçı adına olması barədə Qaradağ rayon Qobustan bələdiyyəsində heç bir rəsmi sənəd və məlumat yoxdur. İş materiallarında olan Qaradağ rayonu Qobustan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsi ev 2 ünvanından qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əhali qrupuna aid olan fiziki şəxslərlə bağalanan müqavilədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 14 ünvan üzrə **********000 abonent kodu ilə Cavabdeh1 çıxış etmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin vəkil sorğusuna cavab olaraq ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X6 Sistemində Cavabdeh1 Xəlilşah qızının adına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 15 ünvanında (abonent kodu: **********00000) qeydiyyata alınmışdır. Müraciətinizlə əlaqədar tələb olunan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin surəti göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Nəriman Şərifov küçəsi, ev 4 ünvanında olan fərdi yaşayış evi X10 adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli vəkil tərəfindən ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş məktubdan görünür ki, "xxxx" ASC-nin elektron məlumat bazasında məktubda qeyd olunmuş ünvanda yerləşən fərdi yaşayış evi **********20002 nömrəli abunə kodu ilə xx.xx.2007-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qaradağ RİH-nin Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 16 ünvan üzrə ərazi Mənzil Kommunal Birliyinin tabeliyində olan 156 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansında olan yaşayış sahəsidir. İş materiallarında ola Qobustan Bələdiyyəsinin vəkil sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 16 ünvanı üzrə fərdi yaşayış evi ərazi Mənzil Kommunal Birliyinin tabeliyində olan 156 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır. Qaradağ rayonu Qobustan Bələdiyyəsinin səlahiyyətində olmadığından həmin yaşayış evinin ünvanı barədə dəqiq məlumat verə bilməmişdir. İş materiallarında olan Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 3 nömrəli protokolundan xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda dayanan, X27 xx.xx.1989-cu ildə 1 nəfər ailə tərkibi ilə (özü) mənzil uçotuna götürülüb. Ailə üzvlərinin Bakı şəhərinə qeydiyyatları olmadığı üçün onunla bərabər mənzil uçotuna götürülməmişlər. X12 1 otaqlı mənzil almaq hüququ var və bölgüsü aparılan Qaradağ rayonu, Qobustan qəsəbəsində yerlən mənzillərdən ona püşkatma yolu ilə 1 otaqlı mənzil seçimi təklif edildi. O, qeyd olunan mənzillərdən Qaradağ rayonu, ünvan 20 ünvanından, 1 otaqdan ibarət 23,01 kv.m. yaşayış sahəsi olan 5 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X4 Firəngiz Kazım qızına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 21 ünvanda yerləşən mənzilin kommunal xərclərini və digər ödəmələrini ödəməyi, qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işlərini aparmağı, mənzili özəlləşdirməyi, mənzillə bağlı bütün idarə, müəssisə və təşkilatlarda, fiziki və hüquqi şəxslər qarşısında, "Azəriqaz"da, "Azərsu"-da, "Baki elektrik şəbəkə"də("xxxx"-da), ƏMDK yanında DƏDRXnin ərazi idarəsində, müvafiq orqanlarda, Asan xidmət mərkəzlərində, notariat kontorlarında, bankda səlahiyyətli təmsilçi olmağı, müvafiq orqandan adına Reyestrdən Çıxarış, Texniki Pasport almağı, yüklülük barədə arayış almağı yüklülük olmadığı halda üzərində istənilən sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya(girov) qoymağı, mənə çatası pulu almağı, adımdan müqaviləni İmzalamağı, bu işlərlə əlaqədar bütün əsaslar üzrə adımdan sənəd verib-almağı, ərizə verməyi, imza etməyi, sənədləri təqdim etməyi və götürməyi, imzalamağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli sərəncamın çıxarışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 16 və 23 dekabr 2013-cü il tarixli, ARDNŞ/13-1000/xx-xx-000004, ARDNŞ/13-1000/xx-xx-00000606 və 13 mart 2014-cü il tarixli, ARDNŞ/14-1000/xx-xx-000080 və ARDNŞ/14-1000/xx-xx-000090 saylı məktublarını və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının rəyini (pr. № 3) nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X15 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının "aşağıda adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri, mənzil uçotunda dəyişiklik və mənzil növbəsindən çıxarıldıqları barədə (pr.№ 3, 12, 15)" protokol qərarlarından çıxarışların təsdiq edilməsi, X19 1 nəfər ailə üzvü ilə (özü) Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, S.Nəcəfov küçəsi, ev 15, mərtəbə 1, 1 otaqdan ibarət, yaşayış sahəsi 23,01 kv.m. olan, 5 saylı mənzili ayrılması və növbəsindən çıxarılması barədə sərəncam verilmişdir. X13 məhkəmə iclasında ifadəsində qeyd etdi ki, Xanım bacısı, Elxan da bacıoğludur. İndi hər ikisi bir evdə yaşayır.Evdən çıxarma indi yaşadıqları ev barəsindədir.Mübahisə edilən evi atası tikib, bacısı boşandı, 3 uşaqla onlara gəldi, sonra qardaşı evləndi və atası bağ sahəmizi bacısı Xanıma verdi.O torpaqdakı bu ev 1988-1989cu illərdə bacının vəsaiti ilə tikilməyə başlandı, o vaxt bacısı bağça müdiri idi.Bacısı boşanandan sonra uşaqları ilə birliktə 1985-ci ilə kimi qayınatasının xüsusi mülkində olan evdə qaldı, hətta qeydiyyatları da o evədir. Sonra bacısını o evdə döyüb, söydülər, atası da 1985-ci ildə gedib bacısını evlərinə gətirdi.Bacı 1983-cü ildə boşanıb.Elxanın ata babasının evində indi Elxanın istifadə hüququ var.Elxan indi o evi kirayə verir, evi 2 otağa bölüb əsgərlərə kirayə verir, kirayə pulunu da özü alır. Əgər lazımdırsa, şahid kimi Elxanın əmisi Dədəxanı çağırın danışsın.ev 1988-1989-cu illərdən tikilməyə başladı, 1994-cü ilə kimi tikilib qurtardı, amma tam tikilib qurtarma vaxtını bilmir. Amma 1994-cü ildən yavaşyavaş o evə köçdü, amma o vaxt ev tam tikilib bitməmişdi.O evi tikməyə qoymurdular deyə gecə ilə 1 kərpic qoya-qoya o evi tikdirdi.Ev indi 3 otaq və 1 mətbəx var.Elxan evin 1 otaq, 1 hamam, 1 mətbəx, 1 ayaqyolu və əldamı özünə götürüb. X3 məhkəmə iclasında ifadəsində qeyd etdi ki, Xanımın bacısıdır, Elxanın da xalasıdır. Firəngiz əlindəki aparatla Xanımın evinin divarını söküb içəri girib. X42 bir evdə yaşayırlar. Mübahisə edilən evin torpağı atamın bağı idi. Sovetin dövründə hər kəs evinin qabağındakı bağı götürürdü, onların artıq sənədi olmurdu. Atasının evi 4 saylı idi, bu ev isə 2 saylıdır.1989-cu ildə qardaşım evləndi, atasıgil də o bağda Xanıma ev tikməyə başladılar. Xanım əvvəl 4 saylı evdə yaşayırdı.4 saylı ev ilə 2 saylı ev arasında yol var.2 saylı ev Xanımın puluna tikilib, Xanım 26 il bağça müdiri olub. O evi tikməyə 1989-cu ildən tikməyə başladılar, 1994-cü ildə bitirdilər.Atasının o bağının sənədi yox idi. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, 30 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, 100 manat dövlət rüsumu Cavabdeh1 tərəfindən ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh1 oğludur. İddiaçının həyat yoldaşı –digər Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh4dur. Elxan ilə Firəngiz 2009-cu ildə evlənərək mübahisəli fərdi yaşayış evində (özbaşına tikili) yaşamışlar. Həmin Fərdi yaşayış evi 1990-cı illərdən tikilməyə başlayıb ki, həmin vaxt da Elxan yetkinlik yaşına çatmayan olub. Elxan iddia edir ki, yetkinlik yaşına çatmasa da işləyib, evin tikilisinə həm maddi cəhətdən, həm də faktiki tikinti işləri aparılarkən fiziki əmək köməkliyi edib. Xanım isə bildirir ki, o ərindən boşanıb deyə atası öz torpağında həmin evin tikilisini aparmış və qızı Xanımı ora yerləşdirmişdir. Xanım da öz növbəsində müəllimə işlədiyindən evin tikilisinin uzun çəkmiş və özünün maddi hesabına tikilməsini bildirir. Evin tikintisi 1990-cı illərdən başlasa da evin yerləşdiyi torpaq sahəsi 2007-ci ildə Bələdiyyə tərəfindən alınmışdır. Şahidlər bildirirlər ki, həmin torpaq Xanımın atasının olub deyə orda ev tikə bilmişdir. Sovet dövründə torpağı sənədləşdirmək mümkün olmurdu. İşdə olan Bələdiyyə qərarları ilə Qaradağ rayonu, Qobustan qəsəbəsində Elxan və Xanımın adına verilmiş torpaqlar vardır ki, tərəflər iddia edirlər ki, ev həmin torpaqda yerləşir. Məhkəmə tərəfindən bununla bağlı mütəxəssis və ekspert rəyləri almış, rəylərə əsasən evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması müəyyən olunmamışdır. Həmçinin müəyyən edildi ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində İddiaçı adına abunə kodu olan başqa bir özbaşına tikili də var. Elxan isə həmin evin ona məxsus olmadığını bildirərək dostuna aid olduğunu bildirsə də dostunun məhkəmə iclasına şahid qismində gətirə bilməmişdir. Bundan başqa müəyyən edildi ki, Qaradağ rayon Xalq Məhkəməsinin qətnaməsi ilə X8 Xanım Xəlilşah qızının və övladlarının ünvan 12 ünvanında olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur ki, həmin evdə faktiki olaraq bir müddət Elxan Firəngiz ilə yaşamış, sonradan oradan çıxaraq hazırda mənzil Elxanın bildirdiyinə görə mühafizəçiyə pulsuz kirayəyə vermişdir.(X16 Xanımın qayınatası olub). Həmçinin müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 4803/2016 saylı qətnaməsi ilə İddiaçı ilə X23 arasında 20 oktyabr 2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. Nikah pozulduqdan sonra Firəngiz Elxan ilə birlikdə mübahisəli fərdi yaşayış evində birlikdə yaşamışdır. Rəsmi nikaha girməmə səbəbini isə onunla izah etdi k, Elxanın banklara borcu var deyə onun əmlakına da tutma yönəlməsin. Nikah pozulduqdan sonra Firəngizin adına Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32a evin 60 saylı mənzil və Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu,ev 5,mənzil 4 mənzilinə mülkiyyət hüquq əldə etmişdir. Firəngizin bildirdiyinə görə evi satıb maşın almışdır. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, ekspert rəyinə əsasən kameralara vurulmuş ziyanlıq 60 manat təşkil edir. Həm işdə olan videogörüntüdən də, həm də Cavabdeh1 məhkəmə iclasında bu halı təsdiq edərək ziyanlıq etdiyini qəbul etdi. Odur k, ilk iddia tələbi təmin olunaraq Cavabdeh1 60 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin 150 manat mənəvi zərər hissəsi ilə bağlı bildirir ki, tərəflər münaqişəli ailə olmaqla bir həyətdə yaşayırlar. Məhkəmə iclasında iddiaçının hər hansı bir ziyanlıqla bağlı mənəvi iztirab keçirməsi müəyyən olunmadı. Həmçinin iddiaçı hər hansı bir həkim komissiyasının rəyini də məhkəməyə təqdim etmədi ki, sarsıntı keçirib. Ona görə də iddia tələbi mənəvi zərər hissəsində təmin oluna bilməz. Məhkəmə qaşılıqlı iddia tələbi ilə bağlı ilk olaraq İddiaçı münasibətdə dəyərləndirmə aparmağı zəruri bilir. Belə ki, İddiaçı qarşılıqlı iddiaçı Xanımın oğludur. İşin bəlli olan halı odur ki, ev 1988-ci ildən tikilməyə başlayıb və 1994-cü ildə tikilib başa çatıb. Sonradan müəyyən restavrasiya işləri də olub. Belə olan halda işin faktiki hallarının nəzərə alaraq məhkəmə qeyd edir ki, Qaradağ rayon Xalq Məhkəməsinin qətnaməsi ilə X8 Xanım Xəlilşah qızının və övladlarının ünvan 12 ünvanında olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.Həmin mənzilə faktiki sahibliyi İddiaçı həyata keçirir. Belə ki, özünün bildirdiyinə görə kirayə haqqı almasa da mühafizəçiyə kirayəyə vermişdir. Bu halı məhkəmə iclasında şahid qismində ifadə verən Elxanın xalası da bildirdi ki, həmin evi də Elxan zəbt edib Xanıma orada yaşamağa da imkan vermir. Bu hal isə onu deməyə əsas verir ki, Elxanın yaşayış yeri vardır. Hətta Elxan öz də bildirmişdir ki, orada bir müddət ailəsi ilə yaşayıb, lakin qonşular narahat etdiyindən çıxmalı olub. Elxan həmçinin həmin evdə qeydiyyatdadır. Digər tərəfdən məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında xx.xx.2015-ci il tarixdən **********50005 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Bununla bağlı məhkəmənin sualına cavab olaraq Elxan bildirmişdir ki, həmin tikilinin çıxarışı yoxdur. Həmin tikili dostunundur, Azərbaycanda olmadığına görə onun adın abonent kodu yazılmışdır.Belə ola halda məhkəmə İddiaçı əlavə iki yerdə yaşayış yerinin olmasını müəyyən etdi. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir. Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ-hüquqi akt qəbul etdikdə əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Məhkəmə qeyd edir ki, Elxanın iki yerdə yaşayış sahəsi olması da ona kompensasiya verilməməsi ilə nəticələnir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Ona görə də iddia tələbi İddiaçı münasibətdə təmin olunaraq mənzildən çıxarılmalıdır. Digər tərəfdən məhkəmə qarşılıqlı iddia tələbinin Cəlilzadə (Bağırlı) Firəngiz Kazım qızı və uşaqları Cavabdeh3 və Cavabdeh4 Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsi ev 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması ilə bağlı qeyd edir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-4803/2016 saylı 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə X23 arasında 20 oktyabr 2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. Nikah pozulduqdan sonra Firəngiz Elxan ilə birlikdə mübahisəli fərdi yaşayış evində birlikdə yaşamışdır. Nikah pozulduqdan sonra Firəngizin adına Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32a evin 60 saylı mənzil və Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu, ev 5,mənzil 4 mənziliə mülkiyyət hüquq əldə etmişdir. Firəngizin bildirdiyinə görə evi satıb maşın almışdır. Məhkəmə yenə də qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə Firəngiz də həmin mənzildən kompensasiya hüququ olmadan çıxarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qəraına əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkhüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh1 60 manat maddi ziyan olaraq kameraların pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 90 manat pulun alınaraq İddiaçı verilməli, cavabdehlər İddiaçı, Cəlilzadə (Bağırlı) Firəngiz Kazım qızı və onların uşaqları Cavabdeh3 və Cavabdeh4 Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsi ünvanında tərəflərin faktiki yaşadığı yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin olunduğundan ödənişlmiş 100 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Ekspertiza xərci ilə bağlı məhkəmə qeyd edir ki, maddi ziyanlı hissəsində 50 manat Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməlidir. Həmçinin torpaqla bağlı DƏDRX-nə ödənilmiş 95 manat xərc İddiaçı tərəfindən ödənildiyindən və məhkəmə təşəbbüsü ilə rəy olduğundan 47.50 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. “X29” MMC-ə Cavabdeh1 tərəfindən ödənilmiş 300 manat xərc məhkəmə təşəbbüsü ilə olduğndan yarı dəyəri-150 manatı cavabdeh İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 60 manat alınaraq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia tələbi təmin olunsun. Cavabdehlər İddiaçı, Cəlilzadə (Bağırlı) Firəngiz Kazım qızı (uşaqları-Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə) Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsində yerləşən və tərəflərin faktiki yaşadıqları evdən çıxarılsınlar. 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. 100 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilsin. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə ödənilmiş 50 manat Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilsin. DƏDRX-nə ödənilmiş 95 manat xərcin yarısı 47.50 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. X29” MMC-ə ödənilmiş 300 manatın yarı dəyəri-150 manatı cavabdeh İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-30/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-30/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver