Məhkəmə qərarları › İş №2(002)-3019/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3019/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3019/2021 20.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2018-ci il tarixli müqavilə üzrə HOFFMANN kondisioner,HOFFMANN LED TV üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə,ümumilikdə 408 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 428 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN kondisioner,HOFFMANN LED TV almış və nəticədə 408 (dörd yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN kondisioner,HOFFMANN LED TV üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan, 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh 01.07.2018-ci il tarixli müqaviləsiə əsasən,HOFFMANN kondisioneri 01.03.2019-cu il tarixində imtina etdikdən sonra məhsul 650 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdehin 01.07.2018-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 779 manat,məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 650 manat,01.07.2018-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 09.01.2020-ci il olmaqla cəmi ödədiyi məbləğ 1429 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazını onun İddiaçı "xxxx" MMC ilə 01.07.2018ci il tarixli müqavilə ilə HOFFMAN kondisioner, HOFFMAN LED TV alınmışdır. İddiaçı ərizəsində qeyd edir ki, HOFFMAN kondisionerden 01.03.2019- cu il tarixində imtina edib. Bu məlumat qəti şəkildə doğru deyildir. 01.07.2018- ci il tarixdə müqavilə bağlanılıb, məhsullar 3 həftə ərzində ünvana çatıb və müqavilə şərtlərinə əsasən 14 təqvim günü ərzində HOFFMAN kondisionerindən geri qaytarılması üçün müraciət edilib. Yəni ki, kondisionerdən iddiaçmm ərizədə qeyd etdiyi tarixdə (01.03.2019) imtina edilməsi fikri tamamilə yanlışdır.HOFFMAN kondisionerindən imtina səbəbi isə otağın kvadrat ölçülərinə uyğun olmaması və lazımı qaydada otağı soyutmaması olub. Qeyd edim ki, mağazada almaq üçün kondisionerə baxış keçirdiyimiz zaman, otağm kavdrat ölçülərini dediyimiz təqdirdə satış məsləhətçisi həmin kondisioneri bizə uyğun görmüş və yanlış məsləhəti ilə nəticədə bizi belə bir hal ilə üz-üzə qoymuşdur. Hətta , geri qaytarılması üçün müraciətdən bir xeyli gün keçdikdən sonra, "xxxx" nümayəndələri kondisioneri sökmək üçün gəldiklərində kondisionerin həqiqətən də evimizin parametrinə uyğun olmadıqlarını qeyd etmişlər.Ona nümayəndələr məhsulu geri götürərəkən istifadə edilmədiyinin, məhsulun əmtəə görünüşünün pozulmadığının və komplektasiyasının tamlığının şahidi olmuşlar, lakin tələb etdiyimiz təqdirdə yerində təhvil təslim qaydalarına uyğuq- heç bir imzalı sənəd təqdim etməmişdirlər. Buna baxmayaraq, məhsul geri qaytarıldıqdan sonra biz, müqavilə şərtlərinə əməl edərək onun sökülüb geri qaytarılmasına dair 90(doxsan) Azn vəsait ödəmişik.Kondisionerin geri qaytarılmasına baxmayaraq, "xxxx" kredit müqaviləsi şərtlərinə heç bir dəyişiklik etməmiş, sanki kondisioner mənzilimizdə qalmış kimi kredit borcunu tələb etmişdir.Bundan sonra "xxxx" MMC ilə hər dəfə telefon əlaqəsində olmuşam və geri qaytarılan “HOFFMAN LİAC- 12/İR” markalı kondisionerin adımdan çıxarılmasım tələb etmişəm. Onlar isə hər dəfə mənə “Narahat olmayın, HOFFMAN LED TV kredit borcunuz tam ödəndikdən sonra kondisioner adınızdan çıxarılacaq” demişlər. Hətta, müqaviləyə əsasən HOFFMAN LED TV kreditini hər dəfə ödəyərkən qəbzdəki Qalıq kredit borcu hissəsindəki məbləğin nə olduğuna dair açıqlama tələb etdikdə məsul şəxs heç bir əsaslı açıqlama verməmişdir.Sonda onu qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı ünvanıma göndərilən hər xəbərdarlıqdan sonra mən, məktubda qeyd edilən nömrəyə zəng vuraraq "xxxx" MMC-nin Hüquq Departamentinin rəisi ilə əlaqə saxlamışam, məktubda məbləği qeyd edilməyən qalıq borcun nə olduğuna dair açıqlama tələb etmiş, onlar isə heç bir cavab verməyərək məsələni kökündən araşdırıb onunla əlaqə saxlayacaqlarını vəd etmişlər. Lakin sonradan onunla heç bir əlaqə saxlamamışlar. Bütün bunlara əsasən iddiaçının məhkəməyə ünvanladığı ərizədəki borc tələbini əssasız hesab edərək bu məsələni dərindən araşdırlmasını, "xxxx" MMC onu aldadıb.Bu məsələyə dair onun tək sübutu (99450) *** ** ** mobil nömrəsi və (99412) *** ** ** nömrəsi ilə "xxxx" MMC arasında olan telefon danışıqlarıdır. Çünki, geri qaytarılmış məhsula görə o, cavabdeh: X1 heç bir ödəniş etməyəcək. HOFFMAN LED TV mənzilindədir və onun kredit ödənişi heç bir gecikmə olmadan tam edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında tərəflər arasında bağlanılmış alqı-satqı müqaviuləsinin predmeti olan kondisionerin yaxşı işləməmısi, evi soyutmamamsı ilə bağlı onlara yalnız 29.07.2018-ci il tarixdə mürcaiət edildiyini, 30.07.2018-ci il tarixdə isə texniki baxş keçirildiyini, bununla bağlı texniki rəy tərtib edildiyini, həmin rəydədə də kondisionerdə qüsurun aşkar eidlmədiyini, evin ölçüsünə uyğun olmadığından evi soyutmadığını qeyd edildiyini, bu hal isə həmin malda qüsur kimi qiymətləndirilə bilməz, çünki cavabdeh alıcı malı alanda həmin malın parametrləri, o cümlədən onun hansı kvadratmetr evi soyutması barədə məlumat verildiyini, bu barədə məlumatlı olduğunu, bu həm müqvailədə, həm də alqı-satqı müqvailəsində qeyd eidldiyini, həm də kondisonerin özünün qablaşdıırlmasında, üzərində də onun hansı kvadrat metr sahə üçün nəzərdə tutulduğunun aşkar qeyd eidliyini, hamçənin alıcıya daha ölçülü kondisoner alınması tövsiyə olunduğunu, lakin o istəməyərək, kondisoneri 14 gün müddət geçdikdən sonra qaytardığını bildirmişdir, halbuki alıcı malı yalnız 14 gün ərzində malda hər hansı qüsur aşkar eidlərsə, o işlədilmədiyi halda geri qaytarıla bilər,indiki halda isə həm 14 gün keçirb həm də malın qaytarılması üçün əsas olmamış, mal işləndikdən sonra isə onun qyatarılması yalnız qiymətlədnirilib, işlənmiş mal kimi qaytarmaq mümkün olur, çünki onlar da həmin malı təzə yeni mal kimi başqa müştəriyə sata bilmirlər, alıcı ilə bağlı heç bir hüquqlarının ppozulmadığını, həmin məhsul artıq işlənildiyindən, qiymətləndirilib 650 manat müəyyən eidlib,həm həmin 650 manat, həm də ödədiyi məbləğlər borcundan çıxılıb, nəticədə371 manat əsas borcu, 37 manat cərimə borcu qalmışdır, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin malı 01.07.2018-ci il tarixdə alsalar da, evdə 17 iyulda gətirib quraşdırıblar, həmin vaxtı görüblər ki, kondisioner evin ölçüsünə uyğun deyildir, kondisionerin hansı ölçüdə olması barədə məlumatlı olduqlarını, onun hansı kvardrat metrə otaq üçün uyğun olması barədə aldıqları gün məlumat veridliyini, bu barədə 01.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı tarixdə məlumat verildiyini, özləri də evin ölçüsü barədə satıcıya bildirdiklərini, onlar həmin ölçünün onların evinə uyğun olacağını dediklərini, lakin gətirib quraşdırıldıqdan sonra işlətdikdə görüblər ki, onların evinə uyğun deyildir, mürcaiət etdilər, gəlib yoxladılar düzdür heç bir qüsuru yox idi, onların tək naraz olduqları ölçüyə uyğun olmaması idi, onlar bizə daha böyük ölçü kondisioner almağı bildirdilər, lakin onlar böyük ölçülü kondisioner almaqdan imtina etdilər, çünki artıq pul ödəmək istəmirdi, indi nəyə görə həmin kondisioner 650 manat dəyərləndirilib ona artıq qlan pulu istəyirlər, onlar vaxtında mürcaiət edib, vaxtında bu barədə bildiriblər, indi niyə artıq pul ödəməlidir, televizorla bağlı ödəniş etməyə hazır olduğunu, lakin kondisionerlə bağlı isə ödəniş etmək istəmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 01.07.2018-ci il tarixli, K00197387 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı HOFFMANN kondisioneri,HOFFMANN LED TV markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01.07.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 100 AZN məbləğində ödənişlər etməklə, cəmi 1800 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01.07.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh HOFFMAN kondisioneri,HOFFMANN LED TV markalı avadanlığı təhvil almışdır. İş materiallarına əlavə olunmuş 21.10.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir İş materiallarına əlavə olunmuş 25.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə 01.07.2018-ci il tarixli, K00197387 nömrəli müqavilə üzrə 371 manat və 37 manat cərimə olmaqla,cəmi 408 manat ödənilməmiş borcu mövcuddur. İş materialalrından görünür ki, müştəri Cavabdeh 29.07.2018-ci il tarixdə servislə bağlı bir dəfə müraciət etmişdir, müraciətdə cihazın otağı soyutmaması qeyd eidlmişdir, əşyaya texniki baxış keçirilmiş, bu barədə rəy tərtib edilmiş (30.07.2018-ci il traixdə), malda qüsurun aşkar edilmədiyi, kondisioenrin qonaq otağında quraşdırıldığı, əraziyə uyğun olmadığı qeyd eidlmiş, böyük ölçülü kondisonerin quraşdırılması tövsiyə olunmuşdur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 579.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmin Məcəllənin 621.3-cü maddəsinə əsasən müqavilədə malın alıcıya təhvil verilmək üçün çatdırılma vaxtı müəyyənləşdirilmədikdə mal alıcının tələbi alındıqdan sonra ağlabatan müddətdə çatdırılmalıdır. Həmin Məcəllənin 619.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, malın nümunə üzrə pərakəndə alğı-satqısı müqaviləsi malın müqavilədə göstərilmiş yerə çatdırıldığı andan, müqavilədə malın verilməsi yeri müəyyənləşdirilmədikdə isə malın fiziki şəxsin yaşayış yeri üzrə və ya hüquqi şəxsin olduğu yer üzrə alıcıya çatdırıldığı andan icra edilmiş sayılır. Həmin Məcəllənin 617.1-ci maddəsinə əsasən satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.2-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Həmin Məcəllənin 617.4-cü maddəsinə əsasən alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01.07.2018-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində HOFFMANN kondisioneri,HOFFMANN LED TV markalı məhsul çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 01.07.2018-ci il muqaviləsi üzrə 18 ay müddətinə, aylıq 100 AZN məbləğində ödənişlər etməklə avadanlıqların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, satıcı qismində ididaçı müqavilə predmeti olan hər iki əşyanı alıcı qismində cavabdheə təhvil vermiş, cavabdeh isə həmin əşyaları təhvil almışdır. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı hər iki məhsul haqqında cavabdeh ətraflı məlumat vermiş, cavabdeh əşyaların ölçüsü və digər parametrləri barədə tam məlumatlı olmuşdur( Qeyd edilən halı hər iki tərəf təsdiq edir). Cavabdeh müqavilə predmeti olan televizorla bağlı ödənişləri etməyə hazır olduğunu, lakin kondisioner ilə bağlı isə ödəniş etməkdən imtina etdiyini bildirmiş, bu halı isə kondisionerin onların otaq ölçülərinə uyğun olmaması halı ilə əsaslandırmış, habelə əlavə ödəniş etməklə, daha böyük ölçülü kondisioner almaqdan imtina etdiyini bildirmişdir. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, müqvailənin predmeti olan kondisionerdə hər hansı qüsur aşkar eidlməmişdir. Həmçinin, cavabdeh müqavilə predmeti olan əşyanı qəbul etməkdən imtina etməsinin əsası həmin kondisionerin onun otaq ölçülərinə uyğun gəlməməsi halına əsaslanır. Halbuki cavabdeh həmin əşyanın alınmasına dair alqı-satqı müqaviləsi bağlandığı anda, habelə əşyanı təhvil aldığı anda həmin kondisionerin hansı sahəli ölçü üçün nəzərdə tutulduğu barədə tam məlumatlı olmuşdur (işin mübahisəsiz halı). Mülki qnaunvericiliyin tələbinə əsasən isə alıcı müqavilə şərtlərinə uyğun olan əşyanı qəbul etmək və dəyərini müqvailə şərtlərinə uyğun ödəmək vəzifəsini daşıyır. Həmçinin, mülki qnaunvericiliyin tələbinə əsasən alıcı malın ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər, bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır, satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Məhkəmə araşdırması zamnaı müəyyən eidlmidşir ki, müqvailə predmeti olan kondisonerdə hər hansı qüsur aşkar eidlməmiş, ölçü ilə bağlı uyğunsuzluq olduğundan (otağın ölçüsü üçün daha böyük ölçülü kondisioner zəruri olduğundan) satıcı alıcıya böyük ölüçülü kondidsoner ilə dəyişdiirlməsini təklif etmiş, cavabdeh alıcı bundan imtina etmişdir (qeyd edilən hal işin mübahisəsiz halıdır). Halbuki mülki qanunvericiliyin tələbinə əsasən həmin əşyanın ölçü baxımından uyğun olan digər əşya ilə dəyişdiirlməsi üçün uyğun olan əşya satıcıda olmadıqda, alıcı malı geri qaytarmaq və ödədiyi pulun ona qaytarılmaısnı tələb etmək hüququna malik olmuşdur. İndiki halda isə satıcıda dəyişdirilməli olan əşya olduğu halda, cavabdeh özü bundan imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, satıcı ididaçı tərəfindən alıcı cavabdehə müqavilə şərtlərinə uyğun əşya təhvil verildiyindən, cavabdehin həmin əşya barədə ölçüsü (hansı sahə üçün uyğun olması) barədə ətraflı məlumatlı olduğundan, alıcı isə müqavilə şərtlərinə uyğun gələn əşyanı qəbul etməkdən imtina etdiyindən, əşyanın dəyişdiirlməsindən imtina etdiyindən, bununla bağlı satıcıya dəymiş ziyanın ödəmək vəzifəsi daşımaqla, həmin müqvailə üzrə yaranmış öhdəliklərin icrasına görə mülki hüquqi məsuliyyət daşıyır. Həmçinin, tərəflər arasında bağlanılmış müqavilənin 3.10-cu bəndinə əsasən mal geri qayatrıldıqda mal iddiaçının özü və ya pnun müəyyələşdirildiyi subyekt tərfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndiirlmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır.Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı tərəfindən müqavilə predmeti olan kondisioner 650 manat dəyərində qiymətləndirilmiş və həmin məbləğ cavabdehin ümumi borc məbləğindən (1800 manatdan) çıxılmışdır.Həmçinin, cavabdeh tərəfindən həmin müqvailə üzrə 779 manat ödəniş həyata keçrilmişdir. Hazırda cavabdehin ididaçı qarşısında müvafiq müqavilə üzrə qalıq borcun məbləği 371 manat təşkil etmişdir. Bu halda, məhkəmə qeyd eidlən halalrı əsas götrüərək, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hisəssində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsində münasibətdə hesab edir ki, iddia tələbinin borca görə hesablanmış cərimə borcunun tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01.07.2018-cu il tarixli müqavilə üzrə yaranmış 371 manat məbləğində borc və 37 manat cərimə borcu olmaqla, ümumilikdə 408 manat ödənilməmiş borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 01.07.2018-cu il tarixli müqavilə üzrə yaranmış 371 manat məbləğində borc və 37 manat cərimə borcu olmaqla, ümumilikdə 408 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar