Məhkəmə qərarları › İş №2(002)-3030/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3030/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3030/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi(atası)X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apeliyasiya Məhəkəməsinin 2(103)-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla saslandırmışdır ki, Bakı Apeliyasiya Məhəkəmsinin 2(103)- 8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən birgə nikahdan olan yetklinlik yaşına çatmayan uşağa görə hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş, uşağın tələbatı artmışdır.Beləki,bir uşağın yaşayış munimumu 193 manat müəyyən edilmişdir. Cavabdeh müəyyən gəlirə malik olsada uşağına heç bir əlavə maddi yardım göstərmir. Ona görədə alimentin miqdarını artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi(atası)X4 məhkəmə iclasında iddianı qəbul etmir və rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddiaçı ilə xx.xx.2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü Arzu adlı qızı doğulmuşdur. Yaşlı anasını döyüb, ona xəsarət yetirdiyi üçün boşanmaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdu. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikahları ləğv edilmişdir. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 2/103/-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan X1 üçün ayda 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı respublikada uşaqlar üçün yaşayış minimunun 193 manat müəyyən edilməsini bəhanə edərək alimentin miqdarının artırılması iddiası ilə məhkəməyə müraciət etmişdir.Qətnamənin qəbul edildiyi vaxtdan hazırki günə kimi mənim maddi vəziyyətində müsbətə doğru heç bir yaxşılaşma olmamışdır.Bu səbəbdən iddianı qəbul etmir.Məlumat üçün bildiribki, 3-4 yaşı olarkən təxminən 25-30 metr hündürlükdən yerə yıxıldığından, həmin vaxtdan ensefalopatiya,serebral hipertenziya qıc olmaqla, sol qamış sümüyünün aşağı 1/3 hissəsinin asteomiliti xəstəliyindən əziyyət çəkir. 2 dəfə ayağımdan əməliyyat olunmuşdur. Sümüyündə çürümə gedir. Lakin buna baxmayaraq ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir.Həm epilepsiyası,həm ayağında gedən çürümə ilə əlaqədar demək olar ki, evdən kənara çıxa bilmir. Hərəkətsiz olduğu üçün,ardıcıl olaraq bir neçə ildir böyrəyində yaranan daşı lazerlə döyüb parçalayırlar. Ayda 120 manat pensiya alır.Pensiyanı aliment əvəzi iddiaçıya ödəyir.İynə-dərmanını,tələbatlarını yaşlı valideynləri böyük çətinliklə ödəyirlər.Səhhəti ilə əlaqədar işləmir. Yaşlı valideynlərinin himayəsində yaşayır.Onu saxlayan 2-ci qrup Qarabağ müharibəsi əlili atası onkoloji xəstədir. Əməliyyatdan sonra müalicə alır.Qızı onun övladıdır. Onu maddi cəhətdən təmin etmək borcudur.Lakin ondan asılı olmayan səbəbdən işləyə bilmir və 35 yaşında yaşlı valideynlərinin himayəsində yaşayır. 120 manat pensiya və 60 manat məcburi köçkün kimi aldığı çörək pulundan savayı gəliri yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş icra vərəqəsinin surətindən görünür ki Bakı Apeliyasiya Məhəkəmsinin 2(103)-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1888/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Bakı şəhəri Qaradağ rayon məhkəmsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsi ilə 06 aprel 2012-ci il təvəllüdlü X1 müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilmiş uşağın yetkinlik yaşına çatanadək saxlaıması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 878609 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir Tərəflərin bir övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin bir övladlarının olması, uşağın iddiaçının yanında olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (alimentin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (alimentin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin artırılması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-8204/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar