Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3046/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X2 Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh Vaqıf oğlunun iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh Vaqıf oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh Vaqıf oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 937.37 (doqquz yüz otuz yeddi manat 37 qəpik) manat - bundan 398.49 (üç yüz doxsan səkkiz manat 49 qəpik) manat əsas, 216.18 (iki yüz on altı manat 18 qəpik) manat faiz, 258.26 (iki yüz əlli səkkiz manat 26 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.44 (altmış dörd manat 44 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, Ləğv prosesində olan İddiaçı ASC nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2012-ci il tarixli 36/12 Ay nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 1000 (bir min) manat məbləğində kredit xətti açılmışdır Müqaviləyə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir 12.07.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 937.37(doqquz yüz otuz yeddi manat 37 qəpik) manat təşkil edir. Bundan 398.49 (üç yüz doxsan səkkiz manat 49 qəpik) manat əsas, 216.18 (iki yüz on altı manat 18 qəpik) manat faiz, 258.26(iki yüz əlli səkkiz manat 26 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.44 (altmış dörd manat 44 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Vaqıf oğlu 04 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş və iddiaçının iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Cavabdeh Vaqıf oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddia ərizəsindən və kredit müqaviləsindən görünür ki, müqavilə 17.12.2012-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 1.000 manat məbləği 36 ay müddətinə, yəni 17.12.2015-ci il tarixə kimi qaytarılması nəzərdə tutulmuşdur. Müqavilə öhdəliyi üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia müddətinin tətbiq edilməsi üçün ərizə təqdim etmək zərurəti yaranmışdır. Yazılı şəkildə təqdim etdiyi ərizədə qeyd olunan qanunvericilik normalarını təkrarlamadan, hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı iddia müddətini ötürməklə, əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Əsassız olduğundan və iddia müddəti ötürüldüyündən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, 17.12.2012-ci il tarixdə Cavabdeh Vaqıf oğlu İddiaçı ASC arasında kredit verilməsi haqqında müqavilə bağlanmış, borcluya ona 1.000 manat məbləğində 36 ay müddətinə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Vaqıf oğlunun borcu aşağıdakı kimidir: - cəmi borcu 937.37 manat - bundan 398.49 manat əsas, 216.18 manat faiz, 258.26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.44 manat faiz borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X1 oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Müqavilənin müddəti 17.12.2015-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 23.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh Vaqıf oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimGünay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-3046/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3046/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver