Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3047/2021 01.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayənsəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə cavadehlər arasında arasında bağlanmış L-BK-0042104-F saylı kredit müqaviləsi və BK-00015284 saylı Zaminlik müqavilələrinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 2220.78 (iki min iki yüz iyirmi manat 78 qəpik) manat, faiz borcu 907.43 (doqquz yüz yeddi manat 43 qəpik ) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun, ümumilikdə 3128.21 (üç min yüz iyirmi səkkiz manat, 21 qəpik) manat borcu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azladılması barədə yazılı ərizə təqdim edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh1 2220.78 AZN məbləğində əsas borc, və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında 28.09.2017-ci il tarixli L-BK-0042104-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-cü bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, illik 1% olmaqla 3456 (üç min dörd yüz əlli altı manat) AZN məbləğində kredit verilmişdir.Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin Cavabdeh2 ilə BK-00015284 saylı Zaminlik müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata 1235.22 (min iki yüz otuz beş manat 22 qəpik) manat, faiz borcu üzrə 1566.14 (min beş yüz altmış altı manat 14 qəpik) manat və cərimə borcu üzrə 261.64(iki yüz altmış bir manat 64 qəpik) cəmi 3063 (üç min altmış üç manat) manat məbləğində pul ödənilmişdir.Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2220.78 (iki min iki yüz iyirmi manat 78 qəpik) manat, faiz borcu 907.43 (doqquz yüz yeddi manat 43 qəpik ) manat, ümumilikdə 3128.21 (üç min yüz iyirmi səkkiz manat, 21 qəpik) manat məbləğində kredit borcu var.Qeyd olunan halların nəzrə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia əzrisəinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizədə qeyd olunmuş iddia tələbini müdafiə edərək, yalnız əsas borcun tələb edildiyini, iddia tələbinin həcminin azaldılması barədə ərizənin əsas götürürlərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Sadıqova Badam və Cavabdeh2 məhkəmə iclasında izahat verərək, iddia tələbi ilə razı olduğunu, iddia ərizəsində qeyd olunan məbləğdə borcunun olduğunu bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 28.09.2017-ci il tarixli, L-BK-0042104-F nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor qismində "xxxx" MMC tərəfindən borcalan qismində Cavabdeh1 mülkiyyətinə 36 ay müddətində illik 1% dərəcəsi ilə 3456 manat məbləğində kredit verir, borcalan müqavilə ilə şərtləşdirilmiş qaydada və şərtlərlə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28.09.2017-ci il tarixli, L-BK-0042104-F nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 36 ay müddətində illik 1% dərəcəsi ilə 3456 manat məbləğində krediti 35 ay 147 AZN, 36-cı ay 134.38 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş BK-00015284 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 kredit xətti razılaşmaları üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 3456(üç min dörd yüz əlli altı manat) manat, kreditin müddəti 36 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 10.09.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 28.09.2017-ci il tarixli müqaviləyə əsasən 10.09.2021-ci il tarixə 2220.78 manat əsas borc, 907.43 manat faiz borcu olmaqla, cəmi 3128.21manat borcu vardır. İş materiallarında olan 03.09.2021-cİ il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh2, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" BOKT MMC-yə tam ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kredit məbləğini hesablanmış faizlərlə birlikdə qaytarılmasının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 28.09.2017-ci il tarilxi kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3456 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 36 ay müddətindəhər ay 147 manat ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh1 isə kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, müqavilənin şərtlərini pozmuşdur. Bununla da borc alan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 ilə iddiaçı bank arasında həmin kredit müqaviləsi üzrə borc öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə borc öhdəliyinin lazımi qaydada və vaxtında icra edilməsinə dair əsas borclu ilə birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. Ona görə də məhkəmə hesab edir ki, digər cavabdehin müvafiq kredit müqaviləsi üzrə borc öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehlər kredit borcunu iddiaçıya qaytarmalıdır.Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər ididaçı bank qarşısısnda borc öhədliyinin olduğunu qəbul etmişlər. Qeyd olunan halları nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2220,78 AZN məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2220,78 manat məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3047/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3047/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver