Məhkəmə qərarları › İş №2(002)-3053/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3053/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3053/2021 06.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Əlisultanov Zakir Mühyəddin oğlunun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas kredit borcunun ödənilməsi üzrə 1727.32(min yeddi yüz iyirmi yeddi manat otuz iki qəpik) manat, öhdəliklərin icra müddətinin bitdiyi 22.07.2015-ci il tarixinə faiz borcu 1441.19 (mib dörd yüz qırx bir manat on doqquz qəpik) manat faiz borcunun,müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 53.64 (beş yüz otuz manat altmış dörd qəpik) manat borcunun,müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 883.98(səkkiz yüz səksən üç manat doxsan səkkiz qəpik) manat cərimə borcunun,cəmi isə 4583.13 (dörd min beş yüz səksən üç manat on üç qəpik) manat borcun və tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-cü il tarixli, İK 69/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 30 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 4.2-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh 22.07.2014-cü il tarixli İK 69/14 sayı kredit müqavləsi üzrə öz üzərinədüşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş,ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş,ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur.Digər Cavabdeh2 ilə 22.07.2014cü il tarixli zaminlik müqaviləsi baöğlanmışdır.Müqaviləyə görə o,borclunun kreditor qarşısında öhdəliyinin tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikəd zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar.Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu 1727.32 manat,kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22.07.2015-ci il tarixinə faiz borcu 1441.19 manat,müqavilə müddəti bitdkdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 530.64 manat,müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 883.98 manat,cəmi isə 4583.13 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Atrabank ASC-nin ona qarşı Nəsimi Rayon Məhkəməsində işinin olduğunu və məhkəmə qətnaməsi qəbul edildiyini, Qaradağ Rayon Məhkəməsinin qətnaməsinin isə ləğv eidlərək, baxılmamaış saxlanıldığını bildirmişdir. Həmi məhkəmə qətnaməsi icraay göndərilmiş, hazırda icra olunur. O bankın hesabına 01.09.2021ci il traixdə 540 manat ödəniş edib. Qəbzin surətini əlavə edir. Təkrar iddi aərizəsi ilə məhkəməyə mürcaiət edildiyindən iş ürzə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, hazırki mülki iş üzrə iddia tələbi ilə əvvəl məhkəməyə müraciət etdiklərini, bazılmamış saxlanıldığını, həmin tələbdə faiz məbləğinin 350 manat indiki hald aisə 1441 manat olmasını ancaq elektron sistemlə izah edə biləcəyini, inidyədək ididaçı tərəfindən edilmiş ödənişlərin borcdan çıxıldığını bidldirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Əlisultanov Zakir Mühyəddin oğlu məhkəmə iclasında izahat veərrək, iddia tələbini qismən qəbul edərək, öz izahatında iddiaçı bankdan 2000 amant pul kredit görürdüyünü, həmin pulu zaminnin əvəzinə götürdüyünü, sonra zamin olan Cavabdeh2 veridyini, inidəyədk 1446 manat ödəniş etdiyini bildirərək, bu barədə yazılı ərizə təqdim edərək,iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabeh Cavabdeh2 18 noyabr 2021-ci il tarixli məhkəmə baxış iclaısnda iştirak edərək, izahat verərək, öz izahatında həqqiətən borcun ona görə götürüldüyünü, özünün zamin olduğunu, bu müqvailə ilə bağlı Nəsimi Rayon Məhkəməsində qətnamə çıxdığını, onları yenidən niyə məhkəməyə verildiyini almadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 iyul 2014-cü il tarixli, İK 9/14 saylı kredit və zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 30% faiz dərəcəsi ilə 12 ay müddətinə 2.000 (iki min) manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş İK 69/14 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh1 12 ay müddətinə aylıq 194.97 manat olmaqla, cəmi 2339.71 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materialalrında olan 24.08.2021-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh1 22.07.2014-cü il tarixli kredit müqvailəsi üzrə 10.08.2021-ci il tarixə əsas borcu 1727,32 manat, 22 iyul 2015-ci il tarixə faiz borcu 1441,19 manat,cərimə borcu 883,98 manat gecikdirilmiş 5 % lə hesablanmış faiz borcu 530,64 manat olmaqla, cəmi qalıq kredit borcunun ödənilməsiu 4583.13 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində tam ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə borcun qaytarılmasının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarından görünür ki, X2 tərəfindən 22.07.2014-cü il tarixli kredit müqvailəsiü zrə kredit pul vəsaiti təhvil almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən kredit borcunun ödənilməsi müqaviləsinə görə, iştirakçılardan biri (kredit borcunun ödənilməsi verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit borcunun ödənilməsi alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit borcunun ödənilməsi alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit borcunun ödənilməsi verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən kredit borcunun ödənilməsi müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul kredit borcunun ödənilməsi verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün kredit borcunun ödənilməsilunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər kredit borcunun ödənilməsilu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, kredit borcunun ödənilməsilu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, kredit borcunun ödənilməsilu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və kredit borcunun ödənilməsilu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, kredit borcunun ödənilməsi tutulması üzrə məhkəmə xərclərinin və kredit borcunun ödənilməsilunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında kredit borcunun ödənilməsilu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 22.01.2014-cü il tarixli İK 69/14 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 2000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə 22.07.2014-cü il tarixli İK 69/14 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə iclasında cavabdehin verdiyi izhatından aydın olur ki, o iddiaçı qarşısında kredit borcunun ödənilməsi öhdəliyinin olduğunu qəbul etmiş, ödənişlər həayat keçiridyini bildirmişdir.Bu halda, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, ididaçı tərəfindən eyni kredit müqaviləsi üzrə məhkəməyə müraciət eidlmiş əvvəlki mülki iş üzrə iddia ərizəsinin müvafiq Fərmanla əlaqədar baxılmamış saxlanılması qərara alınmışdır. Həmin iş üzrə mövcud olan müvafiq qəaralarda iddia tələbində 22.07.2014-cü il tarxili kredit müqaviləsi üzrə faiz borcunun müqavilənin bitmə tarixinə 22.07.2015-ci il tarixə olan məbləğini 350 manat olduğu qeyd eidlmişdir. İndiki halda isə idid aərizəsində fazi borcunun məbləği 1441 manat qeyd eidlmişdir. Həmçinin, məhkəmə iclaısnda iddiaçının nümayəndəsi yaranmış ziddiyətin (eyni kredit müqvailəsi üzrə faiz borcunun hesablanadığı dövrün, yəni müqvailənin bitmə tarixinin 22.07.2015-ci il olduğu qeyd eidldiyi, həmin tarixin dəyişilmədiyi halda, faiz borcunun məbləğinin dəyişilməsinin) səbəblərini izah edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, idida tələbi əsas borcun tutulması və illik 5 faizlə gecikdirməyə görə hesablanmış fazi borcunun hisəssində tam, müqavilə müddətində faiz borcu üzrə müqavilənin bitmə tarixinə olan 22.07.2015-ci il tarixə olan 350 manat məbləğində olan hisəssində təmin eidlməli, qalan hissədə isə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Ona görə də idida tələbi cərimə borcunun tutulmaıs hissəsində qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 22.07.2014-cü il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, 22.07.2014-cü il tarixli İK 69/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə 22.07.2014-cü il tarixli İK 69/14 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit kredit borcunun ödənilməsiunun qaytarılması müddəti 12 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir bu səbəbdən Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə təmin edilə bilməz. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas kredit borcunun ödənilməsi, faiz kredit borcunun ödənilməsiu və cərimə kredit borcunun ödənilməsiu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 22.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1727.32 manat əsas borc, müqavilənin bitmə 22.07.2015-ci il tarixə olan faiz borcu üzrə 350 manat faiz borcu, illik 5%-lə gecikməyə görə hesablanmış 530,64 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 2617,96 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASCin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 22.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1727.32 manat əsas borc, müqavilənin bitmə 22.07.2015-ci il tarixə olan faiz borcu üzrə 350 manat faiz borcu, illik 5%-lə gecikməyə görə hesablanmış 530,64 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 2617,96 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASCin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar