Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-308/2022 12.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Trend markalı 2 ədəd çarpayı,dolab, 2 ədəd termo, Life markalı yumşaq mebel əşyası və Matras üçün 1158 manat əsas borc,0 manat cərimə,22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, NEW SİMPLE markalı dolab, 2 ədəd çalışma masaı, 2 ədəd çarpayı, kıtablıq və tumba üçün 146 manat əsas borc, 0 manat cərimə ,ümumilikdə 1304 manat borc, 33,04 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 21.11,2019 və 22.12.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən Trend markalı 2 ədəd çarpayı, dolab,2 ədəd termo, tumba, Life markalı yumşaq mebel əşyası, Matras, New Simple markalı dolab, 2 ədəd çalışma masası, 2 ədəd çarpayı, kitablıq və tumba almış və nəticədə 1304 (min üç yüz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 6720 (altı min yeddi yüz iyirmi) manat (24 ay x 280 manat + 0 manat ilkin ödəniş) olan Trend markalı 2 ədəd çarpayı, dolab, 2 ədəd termo, tumba, Life markalı yumşaq mebel əşyası və Matras üçün ümumilikdə 1158 (min yüz əlli səkkiz) manat olmaqla ondan 1158 (min yüz əlli səkkiz) manat manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2968.8 (iki min doqquz yüz altmış səkkiz manat, səksən qəpik) manat (24 ay x 123.7 manat +0 manat ilkin ödəniş) New Simple markalı dolab, 2 ədəd çalışma masası, 2 ədəd çarpayı, kitablıq və tumba üçün ümumilikdə 146 (yüz qırx altı) manat olmaqla ondan 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən 02.12.2019-cu il tarixində Life markalı mebel əşyası və matrasdan imtina etmiş və məhsullar 2736 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. 22.02.2021-ci il tarixində Trend markalı 2 ədəd çarpayı dolab, 2 ədəd termo və tumbadan imtina etmiş və məhsullar 1992 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdeh 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən 22.02.2021-ci İİ tarixində New Simple markalı dolab, 2 ədəd çalışma masası, 2 ədəd çarpayı, kitablıq və tumbadan imtina etmiş və məhsul 2078 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 21.11.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 834 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 4728 manat, ümumilikdə, 5562 manat, 22.12.2019- cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 744.8 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2078 manat, ümumilikdə, 2822.8 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 21.11.2019-cu -ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 6720 manat olan Trend markalı 2 ədəd çarpayı,dolab, 2 ədəd termo, Life markalıə yumşaq mebel əşyası və Matras alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.12.2019-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 2968,8 manat New Simple markalı dolab, 2 ədəd çalışma masası, 2 ədəd çarpayı, kitablıq və tumbanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 21.11.2019-cu -ci il tarixli müqavilə üzrə əşyaya görə 1158 manat əsas borc,0 manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdehnın 22.12.2019-ci il tarixli müqavilə üzrə əşyaya görə 146 manat əsas borc, 0 manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən və 27 oktyabr tarixli iddiaçının cavabdehə məktubundan görünür ki cavabdeh 22.12.2019--cu il tarixli müqaviləsinə əsasən 22.02.2021-ci İİ tarixində New Simple markalı dolab, 2 ədəd çalışma masası, 2 ədəd çarpayı, kitablıq və tumbadan imtina etmiş və məhsul 2078 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.. 22.12.2019- cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 744.8 manatdır və məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2078 manat, ümumilikdə, 2822.8 manat müəyyən edilərək, ümumilikdə, cavabdehin 22.12.2019-cu il tarixli müqavilə üzrə borcundan 2822,8 manat silinmiş və 146 maant borcu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən və 27 oktyabr tarixli iddiaçının cavabdehə məktubundan görünür ki cavabdeh 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən 02.12.2019-cu il tarixində Life markalı mebel əşyası və matrasdan imtina etmiş və məhsullar 2736 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Həmçinin həmin müqavilə üzrə 22.02.2021-ci il tarixində Trend markalı 2 ədəd çarpayı dolab, 2 ədəd termo və tumbadan imtina etmiş və məhsullar 1992 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 21.11.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 834 manatdır. Məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 4728 manat müəyyən edilmiş və ümumilikdə, cavabdehin 21.11.2019-cu il tarixli müqavilə üzrə borcundan 5562 manat silinmiş və 1158 maant borcu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş bildirişlərdən və əşyanın təhvil-təslim aktının surətlərindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş 21.11.2019-cu -ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 21.11.2019-cu -ci il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 24 ay müddətində aylıq 280 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.12.2019 -ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 22.12.2019-ci il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya 24 ay müddətində aylıq 123,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, cavabdeh Cavabdeh ndan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı MMC Cavabdeh 21.11.2019-cu -ci il tarixli müqavilə üzrə əşyaya görə 1158 manat əsas borc, 0 manat cərimə, 22.12.2019-ci il tarixli müqavilə üzrə əşyaya görə 146 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, cəmi 1304 manat borcu yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 33,04 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33,04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 21.11.2019-cu il tarixli müqavilə üzrə əşyaya görə 1158 manat əsas borc, 22.12.2019-ci il tarixli müqavilə üzrə 146 manat əsas borc, cəmi 1304 manat borcu və 33,04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21.11.2019-cu il tarixli müqavilə üzrə 1158(bir min bir yüz əlli səkkiz) manat əsas borc, 22.12.2019-cu il tarixli müqavilə üzrə 146(yüz qırx altı) manat əsas borc, cəmi 1304(bir min üç yüz dörd) manat borc pul və 33(otuz üç) manat 04(dörd) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-308/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-308/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver