Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3092/2021 08.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 1.070 manat məbləğində ziyanın Cavabdeh tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd 250 manat dəyərində «Redmi Note S» markalı, 1 ədəd 80 manat dəyərində «X1» markalı, 1 ədəd 250 manat dəyərində «Samsung A12» markalı, 1 ədəd 200 manat dəyərində «Samsung A20» markalı, 1 ədəd 150 manat dəyərində «Samsung A10» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung J1» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung S3» markalı, 1 ədəd 140 manat dəyərində «Honor» markalı, 1 ədəd 120 manat dəyərində «Samsung J3» markalı, 1 ədəd 30 manat dəyərində sadə «Nokia» markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni «Nokia» markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan «Tissot» kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ şarj naqilinin özünün və ya ümumi dəyəri olan 1.070 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü ilə Cavabdeh ona 1.570 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapmışdır. Bundan başqa mobil telefonların sahibinə qaytarılması ilə bağlı qərar da yerinə yetirilməyib. Lakin ona vurulmuş ziyanın cəmi 500 manat məbləğini ödəyib, qalan 1.070 manat hal-hazıradək ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsi ilə iddia ərizəsinə münasibətdə etiraz və mülahizələrini göndərməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 1(002)-276/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzaya məhkum edilmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Cavabdeh 08 mart 2021-ci il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsindəki ticarət cərgəsində yerləşən «Ramil Telecom» mağazasının plastik qapısının üzərində olan asma qıfılı yerdən götürdüyü dəmir parçası ilə sındırıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olmaqla İddiaçı mağazada saxladığı və ona məxsus 1 ədəd 250 manat dəyərində istifadə olunmuş «Redmi Note 8» markalı, 1 ədəd 250 manat dəyərində istifadə olunmuş «Samsung A12» markalı, 1 ədəd 200 manat dəyərində istifadə olunmuş «Samsung A20» markalı, 1 ədəd 150 manat dəyərində istifadə olunmuş «Samsung A10» markalı, 1 ədəd 90 manat dəyərində istifadə olunmuş «X1» markalı, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş «Samsung J1 mini» markalı, 1 ədəd 40 manat dəyərində istifadə olunmuş «Samsung S3» markalı, 1 ədəd 140 manat dəyərində istifadə olunmuş «Honor» markalı, 1 ədəd 120 manat dəyərində istifadə olunmuş «Samsung J3» markalı, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş «Nokia» markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni «Nokia» markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan «Tissot» kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ telefon naqilini gizli olaraq talamaqla zərər çəkmiş şəxs İddiaçı 1.570 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıya vurduğu zərərin 500 manat hissəsini ödəmiş, 1 ədəd 250 manat dəyərində «Redmi Note S» markalı, 1 ədəd 80 manat dəyərində «X1» markalı, 1 ədəd 250 manat dəyərində «Samsung A12» markalı, 1 ədəd 200 manat dəyərində «Samsung A20» markalı, 1 ədəd 150 manat dəyərində «Samsung A10» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung J1» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung S3» markalı, 1 ədəd 140 manat dəyərində «Honor» markalı, 1 ədəd 120 manat dəyərində «Samsung J3» markalı, 1 ədəd 30 manat dəyərində sadə «Nokia» markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni «Nokia» markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan «Tissot» kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ şarj naqilini isə qaytarmamış, onlar mövcud olmadığı təqdirdə isə dəyəri olan 1.070 manat pulu qaytarmamışdır. Bu səbəbdən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbinə əsasən iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1 ədəd 250 manat dəyərində «Redmi Note S» markalı, 1 ədəd 80 manat dəyərində «X1» markalı, 1 ədəd 250 manat dəyərində «Samsung A12» markalı, 1 ədəd 200 manat dəyərində «Samsung A20» markalı, 1 ədəd 150 manat dəyərində «Samsung A10» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung J1» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung S3» markalı, 1 ədəd 140 manat dəyərində «Honor» markalı, 1 ədəd 120 manat dəyərində «Samsung J3» markalı, 1 ədəd 30 manat dəyərində sadə «Nokia» markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni «Nokia» markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan «Tissot» kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ şarj naqili, onlar mövcud olmadıqda isə ümumi dəyəri olan 1.070 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 ədəd 250 manat dəyərində «Redmi Note S» markalı, 1 ədəd 80 manat dəyərində «X1» markalı, 1 ədəd 250 manat dəyərində «Samsung A12» markalı, 1 ədəd 200 manat dəyərində «Samsung A20» markalı, 1 ədəd 150 manat dəyərində «Samsung A10» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung J1» markalı, 1 ədəd 40 manat dəyərində «Samsung S3» markalı, 1 ədəd 140 manat dəyərində «Honor» markalı, 1 ədəd 120 manat dəyərində «Samsung J3» markalı, 1 ədəd 30 manat dəyərində sadə «Nokia» markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni «Nokia» markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan «Tissot» kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ şarj naqili, onlar mövcud olmadıqda isə ümumi dəyəri olan 1.070 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3092/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3092/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver