Məhkəmə qərarları › İş №2(002)-3096/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3096/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3096/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pulun tutularaq o İddiaçı ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki,o İddiaçı xx.xx.1966cı il təvəllüdlüdür.Bakı şəhəri,Səbail rayonu,E.Əzizov küçəsi,ev 24,mənzil 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin ünvanda daimi (faktiki) olaraq ailə üzvləri ilə birlikdə yaşayır.O əvvəldən tanıdığı və hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəld edilmiş Cavabdeh ehtiyac olduğundan 2500 manat məbləğində borc pul vermişdir.Cavabdeh 6 ay ərzində borc pulu ona hissə-hissə qaytaracağını söz vermişdir.Şahidi olaraqda X2.Eləcədə cavabdeh şəxslə ona olan borcunu ödəməkdə yazılı sənəd üzərində müqavilə bağladı.Bunu hazırki iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sözü gedən yazılı sənədin surəti ilə təsdiq edir.Mütəmadi olaraq cavabdeh şəxslə əlaqə saxlayaraq ondan borc məbləği ödəməsini tələb etmişdir.O isə ondan əlavə vaxt verməyini istəmişdir.Hər dəfə müxtəlif bəhanələr gətirərək süni süründürməçiliyə yol vermis və borc məbləğini ödəməkdən boyun qaçırmışdır.Bugünədək cavabdehdən pulun ödənilməsini tələb etsə də onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul edərək, izahat verərək, iddiaçıya 2500 manat məbləğindəborcunun olduğunu bildirərək, bu barədə yazılı ərizə yazaraq, iddia tələbinin təmin edilməsi arədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib,cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı 2500 manat borc aldığını, 1 il müddətində qaytarmaq şərtilə qeyd edərək, yazılı kağız tərtib etmişlər. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2500 manat məbləğində borc pul vəsaiti verilmiş, cavabdeh isə həmin pulu 1 il müddətində qayatrmağı öhdəsinə götürmüşdür. Bu halı hər iki tərəf təsdiq etmişdir.Cavabdeh hazırda iddiaçı qarşısında 2500 manat məbləğində borc öhdəliyinin olduğunu qəbul etmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin iddia tələbini qəbul etməsi halını nəzərə alaraq, hesab edir ki, cavabdehin iddiaçı qarşısısnda 2500 manat məbləğində borc öhdəliyiin yaranması halı aşkar olduğundan, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar