Məhkəmə qərarları › İş №2(002)-3098/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3098/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3098/2023 07.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi (atası) X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 1874 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X1 üçün hər uşağa ayda 220 manat olmaqla ümumilikdə 440 manat alimentin və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1874 saylı qətnaməsinə əsasən xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay qazancının 1/3 hissəsi miqdarında və hər uşağa görə hər ay 38 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.Cavabdehin məhkəmə qətnaməsinə əsasən ödədiyi hər uşağa görə 150 manat aliment uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyacları daha da artır və ödənilən aliment məbləği uşağın maddi tələbatını təmin etmək üçün çətinliklər yaradır. O, yalnız öz qazancı hesabına uşağın maddi ehtiyaclarını təmin edə bilmir. Bu səbəbdən də onun maddi vəziyyəti pisləşmişdir.Cavabdeh yalnız təyin edilmiş alimenti ödəməklə kifayətlənir, heç vaxt uşağın yaşayış şəraiti ilə maraqlanmır. Cavabdehin daimi iş yeri və yaxşı gəlirinin olması barədə şifahi məlumatım var.Mübahisənin həlli üçün mediatora müraciət etsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün prosesi davam etdirə bilməmişlər. Bu səbəbdən də eyni tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bir uşaq üçün 150 manat məbləğində aliment çox azdır. O, valideynləri ilə yaşayır, özü Göyçay rayon məhkəməsində məhkəmə iclas katibidir.Uşaqlar hazırlığa gedir, o aliment heç uşaqların təhsil xərclərinə yetmir. Nəticədə valideynləri təqaüdlərindən uşaqların xərclərinə ayırır. Cavabdeh nümayəndəsi (atası) X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirir ki, iddia tələbini qəbul etmir, əlavə edir ki, hal-hazırda alimenti cavabdeh deyil, onun özü ödəyir. Oğlu hal-hazırda işsizdir.Onun 327 manat pensiyasının 300 manatını aliment kimi nəvələrinə verir.Cavabdeh tərəf 300 manat aliment alimet ödəməyə razıdır.Özü də xəstədir.Dərmanları üçün də maddiyyata lazımdır. Cavabdeh nümayəndəsi (atası) X4 isə məhkəmə iclasında izahatında qeyd edir ki, məhkəmə iclasında izahatında qeyd edir ki cavabdeh işləmir, imkan yoxdur, bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1874 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X5 aralarında 25 iyul 2013-cü il tarixində Qaradağ rayon Qeydiyyat şöbəsində 713 № ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 onun yanında qalması və xx.xx.2022-ci ildən başlayaraq iddiaçı Cavabdeh xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 38 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİİ seriyalı № 824918 və AZ-İV seriyalı № 079015 nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 atası Cavabdeh, anası X8r. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin iki övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1874 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində aliment və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutulmalıdır.. İddianın qalan hissəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1874 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015 təvəllüdlü X6 və xx.xx.2018 təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200(iki yüz) manat, iki uşağa görə cəmi 400(dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya sessiyasında iştirak edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar