Məhkəmə qərarları › İş №2(002)-3100/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3100/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3100/2021 28.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızıın katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh «kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 104.LN.1675.290819.00003 saylı, 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi,cəmi 7063,73 manat- bundan 6979.39 manat əsas, 84.34 manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq,ləğv prosesində olan İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli, 104.LN.1675.290819.00003 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1 % ödənilmək şərtilə 6979.39 (altı min doqquz yüz yetmiş doqquz manat, 39 qəpik) manat məbləğdə kredit vəsaiti kredit və kredit xətti ödənilməsi məqsədilə ayrılmışdır. Kredit müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin 17.07.2021-ci il tarixə Banka ödənilməmiş 6979.39 (altı min doqquz yüz yetmiş doqquz manat, 39 qəpik) manat əsas, 84.34 (səksən dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, cəmi 7063.73 (yeddi min altmış üç manat 73 qəpik) manat borcu mövcuddur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul edərək, hazırki mülki iş üzrə iddiaçı qarşısında kredit borcunun olduğunu, bunu qəbul etdiyini bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə iddiaçının nümayənədsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 29 avqust 2019-cu il tarixli, 104.LN.1675.290819.00003 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 6119.23 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 29 avqust 2019-cu il tarixli, 104.LN.1675.290819.00003 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdehnın 29 avqust 2019-cu il tarixli, 104.LN.1675.290819.00003 saylı kredit müqaviləsi üzrə aylıq 150 manat ödəməklə, əsas məbləğ 6979.39 manat, 212.36 manat faiz borcuna görə olmaqla, cəmi 7191.75 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh 6979.39 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC-nin maliyyə arayışına əsasən Cavabdehnın 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə olan 6979.39 manat əsas borc, 84.34 manat faiz borcu, cəmi borcu 7063.73 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə cavabdeh arasında 29 avqust 2019-cu il tarixli, 104.LN.1675.290819.00003 saylı saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 60 (iyirmi dörd) ay müddətinə illik 1% dərəcəsini tətbiq etməklə 6979.39 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə bank qarşısında borc öhdəliyi yaranmışdır.Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə təqdim edərək, iddiaçı qarşısında olan borc öhdəliyini qəbul etmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyinin tələbinə əsasən iddia tələbinin təmin edilməsini əsas götürəərk, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumu və xidmət haqqı məbləğinin tutulması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 6979.39 (altı min doqquz yüz yetmiş doqquz manat, 39 qəpik) manat əsas, 84.34 (səksən dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, cəmi 7063.73 (yeddi min altmış üç manat 73 qəpik) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 104.LN.1675.290819.00003 nömrəli, 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 6979.39 (altı min doqquz yüz yetmiş doqquz manat, 39 qəpik) manat əsas, 84.34 (səksən dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, cəmi 7063.73 (yeddi min altmış üç manat 73 qəpik) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar