Məhkəmə qərarları › İş №2(002)-311/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-311/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-311/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı iddiaçının əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddiaçının əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2277 (iki min iki yüz yetmiş yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli 490-K saylı əmrlə administrator vəzifəsinə keçirirlmişdir. xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh satıcı-kassir vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 402-K saylı əmrlə vəzifədən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-ci il tarixində Oba-Sahil 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2664 (iki min iki yüz altmış dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. xx.xx.2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən məlum olur ki, Cavabdeh İddiaçı” MMC-yə olan 2664 (iki min altı yüz altmış dörd) manat məbləğində yaranmış kəsir borcunu tam etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 387(üç yüz səksən yeddi) manat güzəşt edilmiş və qalıq borc 2277 (iki min ik yüz yetmiş yeddi) manat təşkil edir.Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən həmçinin borcun etirafı barədə müqavilə imzalamışdır. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi və iddiaçının pul tələbini qəbul edərək,məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli 403-K sayli əmrın çıxarışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdən 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli 490-K sayli əmrın çıxarışından görünür ki, Cavabdeh 01.11 2018-ci il tarixində administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli 275-K sayli əmrın çıxarışından görünür ki, Cavabdeh xx.xx.2019-ci il tarixindən satıcı-kassir vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli 420-K sayli əmrın çıxarışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2664 (iki min altı yüz altmış dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC-nin xx.xx.2020cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumi borc 2664 manatdan 387 (üç yüz səksən yeddi) manat güzəşt edilmiş və qalıq borc 2277 (iki min ik yüz yetmiş yeddi) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin surətindən görünür ki, xx.xx.2019-ci il tarixində OBA-Sahil 4 mağazasında aparılmış invertarizasiyanın nəticəsinə əsasən Cavabdeh 2664 manat məbləğində kəsiri yaranmışdır. Borclu 2664 manat borcunun olduğunu tam etiraf edir. Borclu borc məbləğini xx.xx.2019-ci il tarixdən başlayaraq 266 ( iki yüz altmış altı) manat 40 (qırx) qəpik olmaqla 10 ay ərzində tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, cavabdeh hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurmuş, və həmin ziyanla bağlı borcun etirafı barədə tərəflər arasında müqavilə imzalanmış, keçən dövr ərzində 387 manat güzəşt edilmişdir, hazırda faktki borcu 2277 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsi 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, cavabdehin iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını araşdıraraq iş üzrə sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı MMC-nə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2277 (iki min iki yüz yetmiş yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2277 (iki min iki yüz yetmiş yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar