Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-311/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə Firudin qızının İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə, lkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “ödədiyi pulun və faizlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 1626.34 (bir min altı yüz iyirmi altı manat, 34 qəpik) manat, faiz borcu üzrə 133.23 (bir yüz otuz üç manat, 23 qəpik) manat olmaqla, cəmi 1759.57 (bir min yeddi yüz əlli doqquz manat, 57 qəpik)borcu və iş üzrə ödənilmiş 37,60 manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbdbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə çörə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit” QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********* saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum "X2 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-137 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir.Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında 25.12.2013-cü il tarixdə, 426/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq etməklə, 24 ay müddətinə 3143 (üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti verilmişdir.Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya N° li avadanlığın (avtomatik yuyucu) alınması -məqsədilə Bank 3143 (üç min yüz qırx üç) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. (2.4.bənd) “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə esablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür.Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalan’hn ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 24 iyirmi dörd) aydır.Qeyd olunan Borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 %-lə hesablanır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir.Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 1626.34 (bir min altı yüz iyirmi altı manat, 34 qəpik) manat, faiz borcu İmə 133.23 (bir yüz otuz üç manat, 23 qəpik) manat olmaqla, cəmi 1759.57 manat təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrləm abdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu iləeərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə vədəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumaterilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur.Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirlməmişdir.Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür.Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki:Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kreditrcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi jaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə paldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur.Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz.Odur ki, hesab edirik ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. 07.01.2022-ci il tarixdə Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair vəsatət təqdim edərərək, bildirmişdirki,iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin İslam Bankçılıq Departamenti ilə onun arasında 25 dekabr 2013-cü il tarixdə 426/13 saylı «Vakala» Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3143 manat məbləğində pul vəsati verilmişdir.Həmin müqavilənin müddəti 25 dekabr 2015-ci il tarixdə bitmişdir.Aralarında bağlanmış müqavilələrin müddəti 25 dekabr 2015-ci il tarixdə bitdiyi tarixdən 25 dekabr 2018-ci tarixə kimi iddiaçının məhkəməyə müraciət etmək huququ vardır. İddiaçı isə həmin müddəti ötürmüş, 25 dekabr 2018-ci il tarixdə müddət bitdikdən 3 ildən artıq müddət keçdikdən sonra iddia tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.Halbuki, iddiaçı əgər cavabdeh 3 ay banka ödəniş etmədiyi təqdirdə, cavabdehə xəbərdarlıq etdikdən sonra işi məhkəməyə verməli idi. İddiaçının işi məhkəməyə gec verməkdə məqsədi faizləri şişirtmək, cəriməni fantastik məbləğə kimi şişirtmək bundan sonra isə məhəkəməyə vermək düşüncəsində olmuşdur. Amma cox düşündüyü səbəbindən iddia müddətini bele ötürmüşdür. İddia müddəti hazırki iddia üzrə tətbiq edilməsi və iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ona qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddia, iddia müddətinin keçməsinə görə təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.01.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “ödədiyi pulun və faizlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsini təqdim edərək, Kirby» firmasının istehsalı olan «Sentria» modelli ********** seriya nörəli avadanlığa (avtomatik yuyucu) görə 1080 (min səksən) manat pulu və ödədiyi pula görə hesablanmış faizlərin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin İslam Bankçılıq Departamenti ilə onun arasında 25 dekabr 2013-cü il tarixdə 426/13 saylı «Vakala)) Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3143 manat məbləğində pul vəsati verilmişdir.Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan «Kirby» firmasının istehsalı olan «Sentria)) modelli ********** seriya nörəli avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə Bank 3143 manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Bu Müqaviləyə əsasən o, borcu qəbul etməyi və Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəmə götürmüşdü.O.öhdəSinə düşən öhdəlikləri vaxlı vaxtında yerinə yetirməyə başladı. 7 ay öz üzərinə düşən öhdəlikləri yerinə yetirdikdən sonra «Kirby)) firmasının istehsalı olan «Sentria)) modelli ********** seriya nörəli avadanlıqda (avtomatik yuyucu) problem yarandığından o, şirkətlə əlaqə saxladı. Şirkətdən nümayəndə gələrək aralarında bağlanmış müqaviləni ləğv etdilər və «Kirby)) firmasının istehsalı olan «Sentria)) modelli ********** seriya nörəli avadanlığı (avtomatik yuyucu) evdən götürdülər və müqavilə üzrə öhdəlikləri şirkətin öz üzərinə götürülməsi barədə qəbzə imza etdilər. Qeyd etmək istəyir ki o, «Kirby» firmasının istehsalı olan «Sentria» modelli ********** seriya nörəli avadanlığa (avtomatik yuyucu) görə 1080 (min səksən) manat pul ödəmişdi. Lakin şirkət müqaviləni ləğv etməsi səbəbindən onun onlara ödədiyi pulu və həmin pulu görə hesablanmış faizləri tələb etmək məcburiyyətindədir.Hesab edir ki, ödədiyi pul və həmin pulu görə hesablanmış faizlər cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından onun xeyrinə tutulmalıdır. 02.02.2022-ci il tarixdə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi təqdm edərək, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** şeriya № li (avtomatik yuyucu) avadanlığda nasazlıq yarandığı üçün şirkətə təhvil verdiyini, İslam Bankçılıq Departamenti ilə aralarında bağlanmış 25.12.2013-cü il tarixli, 426/13 saylı “Vakala” Borc Müqaviləsinin ləğv edildiyini, müqavilə üzrə öhdəlikləri şirkətin öz üzərinə götürülməsi barədə qəbzə imza etməsini qeyd etmişdir. Bundan əlavə cavabdeh X1 “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya № li (avtomatik yuyucu) avadanlığa görə 1080 (bir min səksən) manat ödəniş etdiyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin qarşılıqlı iddia ərizəsində istinad etdiyi əsas öz əksini tapmamışdır.Belə ki, 25.12.2013-cü il tarixli, 426/13 saylı “Vakala” Borc Müqaviləsi "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında bağlanmışdır və Bank avadanlığın alınması üçün cavabdehin adından şirkətə pul vəsaiti ödəmişdir.Cavabdeh qarşılıqlı iddia ərizəsində şirkətin Borc Müqaviləsini ləğv etdiyini və müqavilə üzrə öhdəlikləri şirkətin öz üzərinə götürülməsi barədə qəbzə imza etməsini qeyd etmişdir.Bildirir ki, öhdəlik yerinə yetirilmədikdə tərəflər arasında yaranan mübahisənin həlli qaydası Borc müqaviləsində göstərilmişdir. Ona görə də sözügedən şirkətin tərəflər arasında bağlanmış müqavilənin ləğvetmə səlahiyyəti yoxdur.Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin qarşılıqlı iddiada qeyd etdiyi “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya № li (avtomatik yuyucu) avadanlığa görə 1080 manatın cavabdehə geri qaytarılması əsassızdır. Belə ki, həmin avadanlıq 7 ay cavabdehin istifadəsində olmuş və cavabdeh istifadəsində olduğu müddət ərzində avadanlığa görə aylıq ödəniş cədvəlinə uyğun olaraq kredit ödənişini icra etmişdir. Beləliklə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı -nin nümayəndəsi Nümayəndə Firudin qızı, məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək,ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi əlaqədar rədd edilməsini,qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və izahatında bildirdi ki, iddia ərizəsindən və kredit müqaviləsindən görünür ki, müqavilə 25.12.2013-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 3143 manat məbləği 24 ay müddətinə, yəni 25.12.2015-ci il tarixə kimi qaytarılması nəzərdə tutulmuşdur. Müqavilə öhdəliyi üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia müddətinin tətbiq edilməsi üçün ərizə təqdim etmək zərurəti yaranmışdır. Yazılı şəkildə təqdim etdiyi ərizədə qeyd olunan qanunvericilik normalarını təkrarlamadan, hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı iddia müddətini ötürməklə, əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Əsassız olduğundan və iddia müddəti ötürüldüyündən, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında 25.12.2013-cü il tarixdə, 426/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3143 (üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti verilmişdir.Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya N° li avadanlığın (avtomatik yuyucu) alınması -məqsədilə Bank 3143 (üç min yüz qırx üç) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. (2.4.bənd) “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə esablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbdbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq) "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə çörə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit” QSC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Aqrarkredit” QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********* saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum "X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmişAzərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-137 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş S-FK-İB-137 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktından görünürki,(Aqrarkredit” QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlərdən görünürki,) Borclunun”"xxxx" ASC -dəki şəxsi borc hesablarından çıxarışa əsasən Cəmi borc (“Vakala” borcu) 1 759.57 manat, ondan Əsas borc (“Vakala” borcu) 1 626.34 manat, Faiz borcu (“Vakala” borcu) 133.23 manat təşkil edir,Cərimə faizləri (dəbbə məbləği) yoxdur. 426/13 saylı 25.12.2013 tarixli “Vakala” Borc müqaviləsinin 1 saylı Əlavəsində 3839.17 manat məbləğində cəmi borcu 24 ayda ödənilmək şərtilə ilə ödəniş cədvəli göstərilmişdir,borcalanın kredit və cari hesablarından çıxarışlarda ABB tərəfindən Borcalana 25.12.2013 tarixində 3143 manat məbləğində borcun verilməsi əks olunmuşdur.Borcun istifadəsini təsdiq edən 3111 manat məbləğində 25.12.2013 tarixli məxaric orderi təqdim olunmuşdur, ABB tərəfindən təqdim olunan maliyyə arayışında kredit üzrə borcalan tərəfindən əsas borcdan 1516.66 manat və faiz borcundan 562.94 manat ödənilməsi, əsas borcun qalığının 1626.34 manat, faiz borcu qalığının 133.23 manat təşkil etməsi qeyd olunmuşdur,yuxarda qeyd olunanlara əsasən əsas borc 1626.34 manat, faiz borcu isə 133.23 manat təşkil etməklə həmin borc məbləğləri üzrə təhvil təslim aparılır.Kredit müqaviləsi üzrə kreditin ödəmə müddəti 25.12.2015 tarixində bitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25.12.2013-cü il tarixli Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Cavabdeh adına 3111 manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş S-FK-İB-137 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına daxil olan maliyyə arayışından görünür ki, Cavabdeh 01.01.2017-ci il tarixə borcu aşağıdakı kimidir: - əsas borcu-1626.34 manat, faiz borcu 133.23 manat,cəmi 1759,57 manat borcu mövcuddur.müqavilə üzrə əsas borcdan 1516.66 manat və faiz borcundan 562.94 manat ödənilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25.12.2013-cü il tarixli 426/13 saylı müqaviləyə əlavədən görünürki, Cavabdeh 3143 manat məbləğində krediti 20 illik faiz ilə 24 ay müddətinə hər ay 159,97 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəmsinin 2(002)-3030/2019 saylı 08.11.2019-cuil tarixli qərardadı ilə iddiaçı «X2 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə iddia ərizəsi və ona əlavə olunmuş(Kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsiri altına düşə bilmə ehtimalı olduğuna görə və həmin fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər «xüsusi həlli qaydasını müəyyənləşdirdiyinə görə) sənədlər geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı pretenziya qaydasına riayət edərək, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş mədaxil qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Beynəlxalq Bankına 2014-cü ilin yanvar-iyul aylar aralığında hər ay 160 olmaqla, 7 ay ərzində ödənişlər edilmişdir. Müqavilənin müddəti 25.12.2015-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti 25.12.2018-ci ildə başa çatmasına baxmayaraq, iddia müddəti başa çatdıqdan xeyli müddət sonra (ilk dəfə 2019-cu ilin noyabr ayında) sonra isə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin,ilkin iddiaçı tərəfindən hal-hazırda iddia müddətinin ötürülməsinə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar tədbirləri səbəb kimi gətirilsə də, iddiaçı tərəfindən iddia müddəti sözügedən Fərman əbul edildikdən evvəl başa çatmışdır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə ilkin iddia tələbi üzrə müddət keçdiyindən, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki,qarşılıqlı iddia tələbi də əsassız olduğundan rədd edilməlidir.Belə ki, qarşılıqlı iddia ərizəsində müqavilənin ləğv edildiyinə əsaslanaraq ,ödənilmiş pul vəsaitinin qaytarılması tələb edilsə də, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin işin mübahisəsiz hallarından göründüyü kimi, əşya qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 7-8 ay müddətində istifadə edilmişdir, yəni əgər müqavilə ləğv edilsə idi belə, Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən tərəf müqavilə ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı -nin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməli və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin yönəldilməli şəxs-cavabdeh Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı olmadığında qarşılıqlı iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir . Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə ”ödədiyi pulun və faizlərin geri qaytarılması” tələbinin yönəldilməli şəxs-cavabdeh Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı olmadığında qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-311/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-311/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver