Məhkəmə qərarları › İş №2(002)-3147/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3147/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3147/2021 28.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat məbləğində pulun,əldə etməkdən məhrum olduğum 3000 manat məbləğində faydanın və gecikdirilmiş vaxt üçün 1350 manat məbləğində faizin,habele 31 manat dövlət rüsumu və bank xərcini təşkil edən məbləği,cəmi 13381 manat məbləğində pul vəsaitinin xeyrimə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ilin iyun ayında onun 15.000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Cavabdeh 2019-cu ildə məhkəmə istintaqı zamanı ona dəymiş 15.000 manat məbləğində maddi ziyandan 6,000 manat məbləğində pul ödəmişdir. Qalan 9.000 manat məbləğində pulu qısa vaxt ərzində ödəyəcəyini vədd etsə də, bu günədək ona dəymiş maddi ziyanı ödəməmişdir.Belə ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-505/2019 saylı, 20.11.2019-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 2018-ci ilin iyun ayında dələduzla onun 15.000 manat məbləğində pulunu ələ keçirmiş və ona dəymiş 15.000 manat maddi ziyandan 6.000 manatını qaytarmış, lakin 9.000 manatını isə qaytarmamışdır.Cavabdeh onun pulumu qaytarmaq niyyətində deyil və qaytarmayacaq. Belə ki, dəfələrlə etdiyi şifahi müraciətlərinə və telefon zənglərinə baxmayaraq o, pulu qaytarmayacağmı bildirmişdir.Nəticə etibarilə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 9.000 manat pulundan və 3.000 manat əldə edəcəyi faydadan məhrum olmuşdur. Bu səbəbdən Cavabdeh 9.000 manat məbləğində pulu, 3.000 manat məbləğində əldən çıxmış faydanı və gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 2018-2021-ci illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizini, yəni 1.350 manat, cəmi 13.350 manat məbləğində pulu iddia və tələb edirəm. Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdehə 15000 manat pul verdiyini, lakin onun 6000 manatını qayatdığını və qalan 9000 manat borcunu qaytarmadığını, əldən çıxmış fayda ilə bağlı sübutunun olmadığını, lakin o pul onda olsa idi, gəlir əldə edə biləcəyini, bundan əlavə gecikdirilmiş günə gröə illik 5 % lə pul vəsaitinin qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək,iddia ərizəsinin və iddiaçının məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, iddiaçının atasından 5000 manat və 7500 manat almış, borcundan 6000 manat qaytardığını və hazırda 6500 manat məbləğində borcunun olduğunu bildirərək, qalan hissədə isə iddia tələbini qəbul etmədiyini bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin və iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək, müvafiq cazaya məhkum edilmişdir. Həmçinin, həmin hökmlə cavabdehin iddiaçının etibarından suiistifadə edərək, onu işə düzələcəyi vədini verərək, aldadraq cəmi 15000 manat məbləğinə nağd pulunu ələ keçirərək, İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, həmin hökmdə Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi ziyanın 6000 manat məbləğində olan hissəsinin ona ödənilməsi, geri qaytarılması qeyd edilmişdir. Qeyd edilən hallar müvafiq məhkəmə hökmü əsasında müəəyən edilmiş hallardır. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə pul vəsaitinin iddiaçıya məxsus olması, cavabdehin iddiaçıya məxsus 15000 manat məbləğində olan pul vəsaitinin qanuni əsas olmadan əldə etməsi, onun 6000 manat məbləğində olan hissəsinin iddiaçıya geri qayatrılması, habelə onun 9000 manat məbləğində olan hisəssinin heç bir qanuni əsas olmadan özündə saxlması halı aşkar olduğundan, iddia tələbi 9000 manat məbləğində pul vəsaitinintuulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda qismində 3000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, qeyd eidlən hissədə iddia tələbi sübutetmə yükü ilə bilavasitə bağlı olmaqla, bu hissədə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məhz qeyd edilən məbləğdə əldən çıxmış fayda qimsində maddi zaiyan vurulması halına dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda qimsində vurulmuş ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği şəklində 1350 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya məxssu 9000 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özündə saxlaması halı aşkar olduğundan, məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən iddiaçının belə bir tələb irəli sürməkdə -faiz məbləğini tələb etməkdə haqlı olduğunu hesab edir. İş materiallrındna görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 1 manat komissiya xərci ödənilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ödənilmiş ödənilmiş dövlət rüsumu və bank xərcinin tutulması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 9000 manat məbləğində pul vəsaiti və gecikdirlmiş vaxt üçün hesablanmış 1350 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 10350 manat məbləğində pul vəsaiti, ödənilmiş 31 manat məbləğində dövlət rüsumu və bank xərci tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9000 manat məbləğində pul vəsaiti və gecikdirlmiş vaxt üçün hesablanmış 1350 manat məbləğində faiz məbləği olmaqla,ümumilikdə cəmi 10350 manat məbləğində pul vəsaiti, ödənilmiş 31 manat məbləğində dövlət rüsumu və bank xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar