Məhkəmə qərarları › İş №2(002)-316/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-316/2023

31.01.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-316/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayədəsi X10 iştirakı ilə Ərizəçi Maraqlı şəxs2nə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ Rayon İdarəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əsir və İtin Düşmüş, X5 X8 maraqlı şəxs qismində cəlb etməklə «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ Rayon İdarəsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyini və Azərbaycan Respublikası Əsir və İtin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyasını maraqlı şəxslər qismində qeyd etməklə, «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi » tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X17 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdən qoşunların təmas xəttində postda keşik çəkərkən saat N radələrində hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən itkin düşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü il təvəllüdlü X34 onun X28 ilə birgə nikahdan doğulmuş oğludur. X34 01 aprel N02-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş, Hərbi Hissə komandirinin N aprel N02-ci il tarixli, 94 nömrəli əmri ilə şəxsi heyyətin siyahısına daxil edilmişdir.X2 Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə Ağdam rayonunun Mərzilli kəndi ərazisində, qoşunların təmas xəttində postda keşik çəkərkən saat N radələrində hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən 6-7 metr səngərdəki dotun içərisində müəmmalı şəraitdə yoxa çıxmış, itkin düşmüşdür. X4 hərbi xidmət zamanı qoşunların təmas xəttində postda keşik çəkərkən itkin düşməsi ilə əlaqdar Hərbi Prokurorluqda araşdırmalara başlanılmış eyni zamanda onun itkin düşməsində təqsirli olan şəxslərin ifaşa edilərək məsuliyyətə alınmaları üçün iş üzrə mümkün olan bütün istintaq hərəkətləri aparılmışdır.X4 axtarışları ilə bağlı aidiyyəti qurumlar tərəfindən, Qaradağ rayon Polis İdarəsi, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən 01 fevral N03cü il tarixdə axtarış işi açılmışdır.X4 itkin düşdüyü N (iyirmi) il müddətində bütün aidiyyəti qurumlarla əlaqə saxlanılsada, müraciətlər olunsada çox təəsüf ki, bütün qurumların əldə edə biləcəyi, oğlunun harda olması barədə hər hansı bir məlumat əldə edilə bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti idarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli məktubda X17 dövlət sərhəddinin hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmaması göstərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx.xx.N22- ci il tarixli məktubda, həyata keçirilmiş əməliyyat-istintaq hərəkətləri ilə E.A.Nəcəflinin döyüş postunu hansı şəraitdə tərk etməsi, hansı istiqamətdə getməsi və hazırki vaxtadək olduğu yeri müəyyən etmək mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.N22ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış Ermənistan Azərbaycan, Dağlığ Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısında 27 fevral 1984-cü ildə Bakı şəhərində anadan olmuş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu X17 N noyabr N02-ci il tarixdə itkin düşməsi barədə məlumatın olması göstərilmişdir.Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyası tərəfindən ünvanlanmış xx.xx.N22-ci il tarixli məktubda göstərilmişdir ki, Elmir Nəcəflinin itkindüşmə şəraitinə aydınlıq gətirilməsi, eləcə də respublika ərazisində axtarışının həyata keçirilməsi istiqamətində Müdafiə Nazirliyi, Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə müvafiq zəruri tədbirlərinin görüldüyü, həmçinin oğlumun təmas xəttində itkin düşməsi faktı nəzərə alınaraq, onun qarşı tərəfə keçməsi və ya düşmənin kəşfiyyat qurupu tərəfindən əsir götürülmə ehtimalının araşdırılması məqsədi ilə Dövlət Komissiyası tərəfindən həmin dövrdə X45 Komitəsinin Azərbaycandakı Nümayəndəliyinə və itkinlərin axtarışı ilə məşğul olan müstəqil Beynəlxalq İşçi qrupuna rəsmi müraciətlər olunmuş, onlarla keçirilmiş görüşlərdə bu məsələ dəfələrlə qaldırılmışdır. Lakin E.Nəcəflinin sonrakı taleyi barədə məlumat əldə olunmamışdır. Araşdırma prossesində bəzi Qeyri- Hökumət Təşkilatı nümayəndələrinin E. Nəcəflinin guya Ermənistan tərəfindən 3-cü ölkəyə göndərilməsi ilə bağlı səsləndirdiyləri fikirlər yoxlama zamanı öz təsdiqini tapmamışdır. Elmir Nəcəfli itkin düşmüş şəxs kimi X45 Komitəsində də qeydiyyata alınmış, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş digər vətəndaşların axtarışı istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin davam etdirilməsi qeyd edilmişdir. Göründüyü kimi oğlu Elmir Nəcəfli barəsində bütün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülsədə onun axtarışı, onun harda olması barədə çox təəsüf ki, heç bir müsbət nəticə əldə edilməmişdir.Həyat yoldaşı X28 uzun illərdir ki, oğlumuzun tapılması üçün bütün aidiyyəti qurumlarla daim əlaqə saxlasada, həmin qurumlardan onlara heç bir sevindirici xəbər verilməmişdir.X39 N il müddətində həsrətlə yolunu gözləsə də artıq bütün ümüdləri tükənmişdir.onlara gələn qeyri rəsmi şifahi məlumatlarda oğlu X15 silahlı qüvvələri tərəfindən işğal altında olan rayonlarıda olan həbsxanalarda əsir saxlanılması, ehtimalı onlara oğlunun itkin düşməsi və ya ölmüş bilinməsi üçün məhkəməyə müraciət etməyə imkan vermirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın üzərində hərbi sahədə qazandığı qələbə, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NN-ci il 3 dekabr tarixli Sərəncamı ilə qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi, işğal altında olan torpaqların düşmən işğalından azad edilməsi, bütün hərbi əsirlərin dəyişdirilməsi, təhvil verilməsi, həbslərdən azad edilməsi artıq onlara oğlu ilə bağlı səslənən və qeyd edilən ehtimalların əsassız olmasına dəlalət etmişdir. Qanunvericiliyin tələblərini nəzərə almaqla, yuxarıda göstərilənləri əsas götürməklə qeyd edirəm ki, oğlumun hərbi xidmət zamanı qoşunların təmas xəttində postda keşik çəkərkən itkin düşüməsi onun aiddiyyət qurumlar tərəfindən daimi nəzarətdə saxlanılması, artıq həyat yoldaşının oğlu itkin düşdüydən sonra ağır xəstəliklərə tutulması və hazırda yataq xəstəsi olması, bütün aidiyyəti qurumların axtarışlarının heç bir fayda verməməsi, hərbi əməliyyatların artıq 8 noyabr NN-ci ildə Zəfər günü tarixində qurtarması artıq X4 N02-ci il N noyabr tarixindən hərbi əməliyyatlar zamanı döyüş tapşırığı yerinə yetirərkən itkin düşmüş kimi elan edilməsi üçün məhkəməyə müraciət etməyə əsas olmuşdur. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə proseslərini nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndəsi X29 məhkəmə iclasında Ərizəçi X17 N noyabr N02-ci il tarixdə itkin düşmüş hesab edilməsi barədə tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən-təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti idarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli məktubda X17 dövlət sərhədinin hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmaması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx.xx.N22- ci il tarixli məktubdan görünür ki, Elmir Nəcəflinin 21 noyabr N02-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətdə olarkən itkin düşməsi və aparılmış axtarış tədbirlərinin nəticəsi barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı 08 sentyabr N22-ci il tarixli ərizəsi 29 sentyabr N22-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinə daxil olmuş və icraatı dayandırılmış 32218 nömrəli cinayət işinə əlavə edilərək baxılmışdır. 01 fevral N03-cü il tarixdə oğlu E.A.Nəcəflinin barəsində Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində axtarış işi açılmışdır. Həyata keçirilmiş əməliyyat-istintaq hərəkətləri ilə E.A.Nəcəflinin döyüş postunu hansı şəraitdə tərk etməsi, hansı istiqamətdə getməsi və hazırkı vaxtadək olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.N22-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısında 27 fevral 1984-cü ildə Bakı şəhərində anadan olmuş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu X17 N noyabr N02-ci il tarixdə itkin düşməsi barədə məlumat vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyasının xx.xx.N13-cü il tarixli məktubdan görünür ki , X11 Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı xx.xx.N13-cü il tarixli və Əsir və itkin düşmüş, X5 əlaqədar Dövlət Komissiyasının sədrinə ünvanladığı xx.xx.N13-cü il tarixli müraciətlərə Dövlət Komissiyasında baxılaraq bildirilmişdir, oğlu 1984-cü il təvəllüdlü X34 N noyabr N02-ci il tarixdə Ağcabədi rayonu ərazisində, qoşunların təmas xəttində naməlum şəraitdə itkin düşməsi faktı ilə əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Elmir Nəcəflinin erməni hərbçiləri tərəfindən əsir götürülməsi ehtimalı nəzərə alaraq, onun axtarışı istiqamətində Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət ünvanlanmış, lakin onun əsir götürülməsi barədə məlumat əldə edilməmişdir. E .Nəcəfli ilə əlaqədar aparılan tədbirlər barədə sizinlə keçirilmiş görüşlərdə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin xx.xx.N14-cü il tarixli məktubundan görünür ki, X54in xx.xx.N02-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin 1-ci taborunda əsgər hərbi rütbəsində xidmət etmiş, xx.xx.N02-ci il tarixdə itkin düşmüşdür. Onun tapılması ilə əlaqədar tərəflərindən axtarış tədbirləri aparılır. Beləki, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsi bizim xx.xx.N14- cü il tarixli sorğusuna cavab olaraq. xx.xx.N14-cü il tarixli 242 N2-1İ məktubunda bildirilir ki, X54in tapılması ilə əlaqədar N03-cü ildə Hərbi prokurorluq tərəfindən axtarış elan edilmiş və hal-hazırda axtarışdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorunun xx.xx.N06-cı il tarixli məktubundan görünür ki , xx.xx.N06-cı İ tarixdə Baş Prokurorluqda şəxsi qəbulumda olarkən oğlunuz Nəcəfli Elmim xidmət etdiyi N nömrəli hərbi hissədə N noyabr N02-ci ildə döyüş növbəsi çəkərkən naməlum şəraitdə itkin düşməsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işinin qeyriobyektiv, birtərəfli istintaq edilməsi, E.Nəcəflinin tigm düşməsində təqsiri olan zabitlərin məsuliyyətdən kənarda qalması, bu günədək oğlunun yerinin müəyyən edilməməsi ilə bağlı təqdim etdiyiniz şikayət ərizəsinə baxılmışdır. Şikayətlə bağlı cinayət işi Respublika Hərbi Prokurorluğundan- tələb edilərək öyrənilərkən müəyyən edilmişdir M, həmin cinayət işi 27 noyabr N02-d i tarixdə B.A.Nəcəflinin hərbi hissəni özbaşına tərk etməsi faktına görə Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə başlanmış və istintaq aparılmışdır ilkin istintaqla müəyyən edilmişdir ki, X34 01 aprel N02-ti i tarixdə Bakı şəhəri, Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək için N nömrəli hərbi hissəyə göndərilmiş, hərbi hissə komandirinin N aprel N02-ci il tarixi, 94 nömrəli əmri ilə şəxsi heyətinin siyahısına daxil ediməklə bitin növ təminatlara qoyulmuş, N noyabr N02-d il tarixdə, saat N radələrində xidməti istifadəsində olan AK-74 markalı, 895N №-li avtomat silahla hərbi hissədən özbaşına getmiş, bir daha xidmət yerinə qayıtmamışdır.İstintaqın gedişində müəyyən edilmişdir ki, E.A.Nəcəfli N noyabr N02-ei il tarixdə, saat N radələrində hərbi hissənin 3-cü motoatıcı tağımımn nəzarət etdiyi ərazidə 44-cü postda əsgər yoldaşı X23 birikdə döyüş xidməti apararkən 6-7 metr səngərdəki dotun içərisində olan ayaqyoluna getmiş, oradan isə müəmmalı şəraitdə yoxa çıxmışdır. Həmçinin, istintaqla müəyyən edilmişdir M, 161№-hərbi hissənin 3-cü motoatıcı taborunun, 9-cu bölüyünün, 3-ci motoatıcı tağmmın komandiri, leytenant X35 və tağım komandirinin müavini vəzifəsini icra edən əsgər X18 hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ramanı N02-ci ilin oktyabr ayinim axırlarından noyabr ayıma axıriannadək olan müddət ərzində müxtəlif bəhanələrlə tabeliklərində olan əsgərlər X3, X7, Hfdilov ilqar Bilal oğlu, X30, X1 mütamadi olaraq döymüş, təhqir etmiş, eləcə də tabeliyində olan əsgər E.A.Nəcəfli 03 noyabr N02-c il tarixdə xidməti silahın diqqətsiz saxlamış, N noyabr N02-ci 11 tarixdə E.Nəcəflinin saatdar olduğu postda yatmasını bəhanə gətirərək tağımın şəxsi heyətinin qarşısında sonuncunun bədəninin müxtəlif nahiyyələrinə sillə, təpik və ağacla çoxsaylı zərbələr vurmaqla döymüş, yerdə süründürməklə boğazına itin bağlanılması üçün nəzərdə tutulmuş ipi bağlayıb işgəncələr vermmiş, təhqir etmiş, habelə N N-li hərbi hissə komandiri, mayor Maşayev Eldar Vəkil oğlu tağım komandiri Z.S.Əhmədova qarşı nizamnaməyə zidd hərəkətlər etmiş, 3-cü tabor komandiri, kapitan X12 və həmin taborun 9-cu bölüyünün komandiri, kapitan X25 əsgərlərdən pul yığmış, əsgər X19 xidmət yerini özbaşına tərk etmişdir. Göstərilən xüsusatlar araşdırılaraq Z.S.Əhmədov və X.B.Rzayevə Azərbaycan Respubdikası CM-nin 331.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməyə görə ittiham elan olunmasına əsas verən kifayət qədər sübutlar toplanmış və N dekabr N02-ci il tarixdə onlara həmin Məcəllənin 331.3-cü maddəsi ilə ittiham elan edilib təqsirləndirilən şəxs qismində dindirilərək barələrində Ağdam Hərbi məhkəməsi tərəfindlən həbs qətimkan tədbiri seçilmiş, E.Nəcəflinin isə bir aydan artıq müddətə qulluq yerini tərk etməsi nəzərə alınaraq 24 dekabr N02-ci i tarixdə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarılmış, lakin onun olduğu yeri müəyyən etmək mümkün olmadığından elə həmin gün də haqqında axtarış elan edilərək, qərarların surəti icra olunması üçün Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin materialları Azərbaycan Respublikası Hərbi Prokurorluğunda öyrənilərkən işin mürəkkəb və çoxepizodlu olması, habelə təqsirləndirilən şəxslər: Z.S.Əhmədov və X.B.Rzayevin döyüş şəraitində yerləşən tağımda qulluq mövqelərindən sui-istifadə etməklə cinayət törətmələri nəzərə alınaraq 17 yanvar N03-cü il tarixdə cinayət işinin istintaqının davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə tapşırılmışdır. 21 yanvar N03-cü il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə sabiq müstəntiqi, E.H.Allahverdiyev tərəfindən icraata qəbul edilərək iş üzrə bir sıra istintaq hərəkətləri yerinə yetirilmiş, E.A.Nəcəflinin olduğu yerin müəyyənləşdirilməsi məqsədilə sorğular və əməliyyat tapşırığı verilmişdir. E.A.Nəcəflinin 3 aydan artıq müddətə qulluq yerini özbaşına tərk etməsi və aparılan əməliyyat-axtarış tədbirləri' nəticəsində' olduğu yeri rmüəyyən- etmək mümkün -- olmaması, həmçinin işin mürəkkəb və çoxepizodlu olması nəzərə alınaraq 14 aprel N03-cü il tarixdə 16/15676 nömrəli cinayət işindən E.A.Nəcəfli barəsində Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə 0364 JNs-li cinayət işi ayrıca icraata ayrılmışdır.24 aprel N03-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 18 avqust N04-cü il tarixdə iş üzrə icraat təzələnərək E.A.Nəcəflinin axtarışının daha da gücləndirilməsi məqsədilə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimatla müraciət edilmiş və N avqust N04-cü il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərək qərarm surəti icra edilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nə göndərilmiş və elə həmin gün iş üzrə icraat dayandırılmışdır.Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığınız 05 iyun N06-cı il tarixli ərizə və Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci polis bölməsindən N iyun N06-cı il tarixli, 496 nömrəli məktubla daxil olmuş materiala əsasən iş üzrə bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar 24 iyim N06-cı il tarixdə cinayət işinin icraatı təzələnmiş və istintaqın davam etdirilməsi mühüm işlər üzrə müstəntiq Vaqif İsmayılova həvalə edilmişdir.Cinayət isi V.lsmavılov tərəfindən icraata götürüldükdən sonra bir sıra istintaq hərəkətləri verinə yetirilmiş, prosessual qərarlar qəbul olunmuş, N02-ci ilin dekabr aymda Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülərək N03-cü ilin mart ayınadək Xankəndi şəhərində saxlanılmış X13, E.A.Nəoəffinm xidmət etdiyi 9-cu bölüyün komandiri XN, tabor komandiri X12, tağım komandiri X35, X9, X6, X31, X21, X26 şahid qismində dindirilmiş, B.T.Tahirovun M.H.Nəcəfli ilə üzləşdirilməsi keçirilmiş, Əsir və itkitn düşmüş, X5 əlaqədar Dövlət Komissiyasına sorğu verilmiş, Z.S.Əhmədov və X.B.Rzayev barəsində məhkəmə iclas protokolu alınaraq işə əlavə edilmiş,, N №-li hərbi hissədən verilmiş məktublarda itmiş silahlar kimi qeyd olunan AK-74 markalı, ******* və 895794 nömrəli silahlar silahların oğurlammş və ya itmiş silah kimi qeydiyyatdan keçməməsi barədə ƏSİİ-dən cavab alınmış, X.B.Rzayevin cəza çəkdiyi müəssisələr və cəzadan vaxtından əvvəl azad edilməsi barədə cavablar alınmış, E.A.Nəcəflinin hərbi bileti, çağırış vərəqəsinin, 1 nömrəli formanın kserosurəti alınmış, N №-li hərbi hissədən döyüş növbətçiliyinin aparılmasının və şəxsi heyətə silahların təhkim olunması haqqında sənədlərin məhv edilməsi barədə sorğuya cavab alınmış, döyüş növbətçiliyinin təşkili və aparılma qaydaları barədə korpus və N Ne-li hərbi hissə komandirlərinin əmrlərindən çıxarışlar, eləcə də qəza hadisələrinin qarşımımn alınması üzrə təlimatın kserosurəti, 3-cü tağımın şəxsi heyətinin siyahısı alınmış, R.Y.Rüstəmov, X.M.Zöhrabov, Ə.Q.Əzizovun, X.B.Rzayevin məhkumluğu barədə arayışlar alınmış, R.Y.Rüstəmovun Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəazasına məhkum edilməsi barədə Bakı Hərbi Məhkəməsinin 30 mart N05-ci il tarixli hökmünün surəti alınmışdır. Hazırda hər üç istintaq fərziyyəsi üzrə- E.Nəcəflinin hərbi xidmətdən boyun qaçırması, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu tərəfindən E.Nəcəflinin əsir götürülməsi və E.Nəcəflinin qətlə yetirilməsi- istintaq hərəkətləri aparılır, ifadəsi istintaq üçün zəruri olan Elmir Nəcəflinin yerinin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə xx.xx.N22-ci il tarixli məktubundan görünür ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə ünvanlanlanmış xx.xx.N22-ci il tarixli 1613 N-li məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.N02-ci il tarixdə Qaradağ RHK-dan həqiqi müddətli hərbi xidmətə çağırılmış, 1984-cü il təvəllüdlü X34 N N-li hərbi hissə komandirinin xx.xx.N02-ci il tarixli 94 N-li əmrilə (əsas: §-9, səh-82, sıra-23, əmrdə vəzifəsi yazılmamışdır) xx.xx.N02-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq “əsgər” hərbi rütbəsi verilmiş təlim taborunda müvafiq vəzifəyə təyin olunmuşdur. 3-cü MAT-ın 9-cu MAB-ın 3-cü MAT-nın hərbi qulluqçusu əsgər X34 hərbi hissəni özbaşına tərk etdiyi üçün, N Ns-li hərbi hissə komandirinin 21.11. N02-ci il tarixli 329 Ns-li əmrilə (əsas: §-1, səh-9) hərbi hissənin fərarilərinin siyahısına salınaraq qazan təminatından çıxarılmışdır.Qeyd edirik ki, N Ns-li hərbi hissə komandirinin noyabr-dekabr N02-ci il tarixli nizami hissə üzrə əmrlərində X17 itkin düşməsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyasının Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.N23-cü il tarixli məktubundan görünür ki, Ərizəçi övladı “X17 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş elan edilməsi və ölmüş elan edilməsi” tələbinə dair ərizəsi ilə bağlı məktubunuza baxılaraq , bildirmişdir ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu xx.xx.1984-cü il təvəllüdlü əsgər X17 xx.xx.N02ci il tarixdə xidmət etdiyi ərazidə naməlum şəraitdə yoxa çıxması faktı ilə bağlı aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirlər görülmüşdür. Aparılan axtarış-araşdırma işləri nəticəsiz qaldığından E.Nəcəfli Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata götürülmüşdür.Qeyd edilənləri nəzərə alaraq, ərizədə qaldırılan iddianın təmin olunmasına etiraz etməmişdir. İş materiallarına əlavə olunmuş X-ЖГ seriyalı 471542 saylı doğum bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X17 atası X28, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ seriyalı 279781 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X28 ilə X22 arasında xx.xx.1981-ci il tarixdə 169 saylı akt qeydi ilə nikah bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. AR Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. AR Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir.Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, xx.xx.1984cü il təvəllüdlü X2 Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən qoşunların təmas xəttində postda keşik çəkərkən xx.xx.N02-ci il tarixindən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən itkin düşmüşdür. Eləcə də onun itkin düşməsi faktı ilə bağlı CM-nin 334.1.-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi üzrə aparılan istintaq zamanı sonuncunun axtarışı ilə bağlı görülmüş işlər nəticə verməyərək tapılması və ya olduğu yerin müəyyənləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, X5 Əlaqədar Dövlət Komissiyasının Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.N23-cü il tarixli məktubundan görünür ki, Ərizəçi övladı Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu xx.xx.1984-cü il təvəllüdlü əsgər X17 xx.xx.N02-ci il tarixdə xidmət etdiyi ərazidə naməlum şəraitdə yoxa çıxması faktı ilə bağlı aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirlər görülmüşdür. Aparılan axtarış-araşdırma işləri nəticəsiz qaldığından E.Nəcəfli Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata götürülmüşdür.Qeyd edilənləri nəzərə alaraq, ərizəçinin məhkəmə qaydasında “şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi” tələbinin təmin olunmasına etiraz etməmişdir. Ona görə də, Mülki Məcəllənin yuxarıda göstərilmiş müddəalarına uyğun olaraq ərizə qismən əsaslı olduğundan qismə-təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X17 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdən qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən itkin düşməsi hesab edilməli, belə ki, ərizəçi tərəfindən xx.xx.1984-cü il təvəllüdlü X17 N noyabr N02-ci il tarixdə saat 23:00-da itkin düşmüş hesab edilməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X34 N noyabr N02-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr N02-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-cü maddəsinə əsasən X17 itkin düşmüş hesab edilməsi günü N noyabr N02-ci il hesab edilsin. xx.xx.1984-cü il təvəllüdlü X17 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilsin. Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar