Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-317/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh Hacıağa oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh Hacıağa oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıağa oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 1977.48 (bir min doqquz yüz yetmiş yeddi manat 48 qəpik) AZN, faiz borcu üzrə 167.99 (yüz altmış yeddi manat 99 qəpik) AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 274.38 (iki yüz yetmiş dörd manat 38 qəpik) AZN, cərimə borcu üzrə 1562.05 (bir min beş yüz altmış iki manat 5 qəpik) AZN, cəmi 3981.9 (üç min doqquz yüz səksən bir manat 90 qəpik) AZN kredit borcunun. həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayənədsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, , Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 1977.48 (bir min doqquz yüz yetmiş yeddi manat 48 qəpik) AZN, faiz borcu üzrə 167.99 (yüz altmış yeddi manat 99 qəpik) AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 310.08 AZN, cərimə borcu üzrə 1562.05 (bir min beş yüz altmış iki manat 5 qəpik) AZN, cəmi 4017,60 AZN kredit borcunun. həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh Hacıağa oğlu arasında bağlanmış 416-xx.xx.2014-SM33 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Hacıağa oğluna illik 22 faizlə 36 ay müddətinə 9400 (doqquz min dörd yüz manat 0 qəpik) AZN kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 416-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-cu il tarixinə Cavabdeh Hacıağa oğlunun əsas borc üzrə 1977.48 (bir min doqquz yüz yetmiş yeddi manat 48 qəpik) AZN, faiz borcu üzrə 167.99 (yüz altmış yeddi manat 99 qəpik) AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 274.38 (iki yüz yetmiş dörd manat 38 qəpik) AZN, cərimə borcu üzrə 1562.05 (bir min beş yüz altmış iki manat 5 qəpik) AZN, cəmi 3981.9 (üç min doqquz yüz səksən bir manat 90 qəpik) AZN borcu mövcuddur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx xxxxxx 2021-ci il tarixli məhəmə baxış iclaısnda veridyi nizahatından aydın olur ki, o iddia tələbini qəbul etməyərək, müqavilənin onun bağlamadığını, onun imza etmədiyini, pulu alıb zaminə veridyini, pulu özü üçün götürmədiyini, borcun onun olmadığını, ona görə də ödəməyə razı olmadığını bildirmişdir. Cavabdeh Hacıağa oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 416-xx.xx.2014-SM33 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC Cavabdeh Hacıağa oğluna 36 ay müddətinə, aylıq 359.01562.05 manat ödəməklə, 9401562.05 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh Hacıağa oğlu isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş maliyyə arayışının məzmunundan görünür ki, xx.xx.2017-ci il tarixdə müqavilənin bitmə tarixi göstərilməklə, ödənilməmiş əsas borc üzrə 1977,48 manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 167.99 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 274.38 manat, cərimə borcu üzrə 1562.05 manat, cəmi 3981,9 manat kredit borcunun müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 416-xx.xx.2014-SM33 nömrəli, xx.xx.2014-cü il kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh Hacıağa oğlu 36 ay müddətinə hər ay 359 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh Hacıağa oğluna mərhum Cavabdeh Hacıağa oğlunın kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini “xxxx” ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh Hacıağa oğlu 9400 manat məbləğində pul vəsaitini təhvil almışdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh Hacıağa oğlu arasında bağlanmış 416-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Hacıağa oğluna illik 22 faizlə 36 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. Həmçinin, məhkəmə araşdırması zmanaı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzəriunə götürüdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bununla da, kredit üqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi kredit borcunun qaytarılması və gecikdirilmiş vaxt üçün hesalanmış faiz borcunun qaytarılması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və 0,4 manat mələğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcu və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirərərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1977.48 (bir min doqquz yüz yetmiş yeddi manat 48 qəpik) AZN məbləğində əsas borc, 167.99 (yüz altmış yeddi manat 99 qəpik) AZN məbləğində faiz borcu, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla üzrə 310,08 AZN məbləğdə faiz borcu, 100 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 2555,55 manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqı tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1977.48 (bir min doqquz yüz yetmiş yeddi manat 48 qəpik) AZN məbləğində əsas borc, 167.99 (yüz altmış yeddi manat 99 qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 310,08 manat məbləğdə faiz borcu, 100 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 2555,55 manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-317/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-317/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver