Məhkəmə qərarları › İş №2(002)-317/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-317/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-317/2022 02.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Saibcanov Samir Kamil oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Saibcanov Samir Kamil oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.07.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 404 manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulunun, tərəfimdən ödənilmiş 30 manat dövlət rüsumunun tutlaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mağazasına gələrək telefon almaq istədiyini bildirmişdir. 11 iyul 2021- ci ildə onunla nisyə alqı-satqı müqaviləsi bağlanılmış, ona Xiaomi Redmi 9 markalı 404(dörd yüz dörd) manat dəyərində telefon təhvil verilmişdir.Həmin malın cəmi məbləği 404(dörd yüz dörd)manat təşkil etmişdir. Müqavilənin bağlandığı 11,07.2021-ci il tarixdə cavabdeh ilkin ödəniş etməmişdir. Onun aylıq ödənişi 67.33 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən ona heç bir məbləğ ödənməmiş, beləliklə 404 (dörd yüz dörd) manat borcu qalmışdır.Aramızda bağlanmış Müqavilənin 5.6-cı maddəsinə əsasən borcun ödənişi gecidirildikdə hər gecikdirilmiş gün üçün malın müqavilə qiymətinin 0.05 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir.Müqavilənin bağlandığı tarixdən etibarən 4 aydır ki, cavabdeh ödəniş etmir. Bununla əlaqədar cavabdeh əsas borc məbləği ilə yanaşı dəbbə pulu olaraq 41 (qırx bir) manat 404x0,05% gecikmədə olduğu gün sayı(4 ay=120 gün) dəbbə pulu ödəməlidir.Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər etməyimə baxmayaraq bu günə kimi ödəniş etməmişdir. Cavabdeh tərəfindən borc məbləği bu günə qədər ona ödənilmir. Cavabdeh borcun qaytarılması ilə bağlı onun tələblərinə məhəl qoymur, hər dəfə bir bəhanə gətirərək, borcu qaytarmaqdan yayınır. Həmin məbləği o cavabdehdən ala bilmədiyi üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq 11.07.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı (satıcı) Cavabdeh (alıcı) alğı-satqı qiyməti 404 manat olan Xiaomi Redmi 9 markalı telefon satmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 11.07.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh Kamil oğlu alınmış mala görə 404 manat məbləği (ilkin ödəniş olunmamaışdır) müqavilənin şərtlərinə əsasən 6 ay müddətində hər ay 67,33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 11.07.2021-ci il tarixli qaimədən görünür ki, Cavabdeh Kamil oğlu tərəfindən 11.07.2021-ci il tarixdə Xiaomi Redmi 9 markalı telefon təhvil alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01.12.2021-ci il tarixə maliyyə cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 11.07.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə alğı-satqı qiyməti 404 manat olan Xiaomi Redmi 9 markalı telefon üçün 404 manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu olmaqla cəmi 445 manat pul borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, cavabdeh Saibcanov Samir Kamil oğlu İddiaçı yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 01.12.2021-ci il tarixli maliyyə arayışı üzrə 404 manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu olmaqla cəmi 445 manat pul borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyanın əvəzini tam ödəmədiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 11.07.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə Xiaomi Redmi 9 markalı telefon üçün 404 manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu olmaqla cəmi 445 manat pul borcu və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Saibcanov Samir Kamil oğlundan alınaraq İddiaçı ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 404(dörd yüz dörd) manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu olmaqla cəmi 445(dörd yüz qırx beş) manat pul borcu və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar