Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3177/2021 25.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun və AR Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bnakın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki,Kərimli X1 Səimət Həmid qızına 22.06.2017-ci il tarixdə yazılı şəkildə borc müqaviləsi bağlayaraq özünə məxsus olan,lakin maddi çətinliklərə görə satmaq niyyətində olduğum Samsung markalı telefonu vermişdir.Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh hər ayın 22-İ 150 manat olmaqla bir il ərzində borcunu tam şəkildə qaytarmağı,gecikmə yarandığı halda cəriməsini ödəməyi öhdəsinə götürmüşdür.Sonradan aramızda olan razılıq əsasında 25.06.2017-ci il tarixdə əlavə olaraq yazılı müqavilə bağlamaqla hər ayın 6-İ 300 manat ödəmək şərtilə 1500 manat pul borc vermişdir.Sonradan bir qədər ödəniş etsə də pulu ödəyə bilmədi.Eləcə də başqa şəxslərə borcu olduğunu xahiş edib,ondan bütöv pul götürüb,borclarını bağlayıb,yalnız ona ödəməyi razı saldı.Beləliklə 27.05.2018-ci il tarixdə öz aramızda razılaşaraq,ona əlavə borc pul vermiş və ümumilikdə qalıq borclarını da üzərinə gələrək onun 8600 manat və telefona görə lombarda(onun özüdə lombarddan götürmüşdür) ödənilən 700 manat pul borcu olduğu barədə,həmin pulu avqust ayından hər ay 500 manat olmaqla 17 ay müddətinə ödəyəcəyini öhdəsinə götürdü. Lakin cavabdeh öhdəsinə götürsə də, bugünə kimi borcunu qaytarmamışdır. Qeyd olunan tarixdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır.Hər dəfə onu pulu qaytaracağına inandıraraq məhkəməyə müraciət etməyi üçün yalvarsa da bu günə kimi müxtəlif bəhanələrlə qeyd olunan pul məbləğini qaytarmaqdan imtina etmişdir. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. Lakin indi başa düşdüm ki, onun bu pulları qaytarmaq fikiri yoxdur və onu aldatmaq niyyətindədir. Hazırda ölkədə baş verən pandemiya və səhhətindəki narahatçılıqlara görə maddi cəhətdən vəziyyəti ağırlaşmışdır. Halbuki cavabdehə,verdiyi telefonu vaxtında digər şəxsə satsaydı,pullarla başqa bizneslə məşğul olsaydı işində geriləmələrdəolmazdı.Cavabdehonunpulunu və telefonunu özündə əsassız, olaraq saxlamaqla ona maddi cəhətdənziyandavurmuşdur.Buna görə də hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, cavabdehə 8600 manat borc pul veridyini, 700 manat oisə aldığı telefona görə qqaldığı borc olduğunu, həmin 700 manatı ödədiyini, yalnız ümumi borc kimi veridyi 8600 manat pulu ödəmədiyini, aralarında bununla bağlı yazılı müqvailə bağlanmadığını,həmin pulun 1500 manatını 2017-ci ildə, qalanını isə sonra vermişdir, ona görə də 27.05.2018-ci il tarizdə yazdığı kağızada ona indiyədək olan bütün borcunu yazdığını, 700 manatı ödəsə də, borc kimi aldığı pulların heç birini qaytarmamışdır, sonuncu icra günü kimi müəyyən etmədiklərini, aylıq ödəniş etməklə qaytaracğını bildirdiyini, hər ay 500 manat ödəyəcəyini öhdəlik götürdüyünü , lakin indiyə kimi də ödəmədiyini, ona görə də məhkəməyə gəlmək məcburiyyətində qaldığını bildirərək, həmçinin, həmin pulun gecidkirlməsinə görə də illik 5 faiz dərəcəsi ilə cərimə ödənilməsini istədiyini, 2017-ci il tarixdən 25.11.2021-ci il tarixə kimi olan günlərə görə cərimə ödənilməsini istədiyini, özünün şəxsən cavabdehə həmin pulu təhvil veridyini, buna dair onun özünün əli ilə yazdığı kağız sübutunun olduğunu, başqa heç bir sübutunun olmadığını, çünki yanlarında başqa şəxsin olmadığını bildirdi, bu halların nəzərə alıanraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddiaçıya borcunun olduğunu, aralarında borc müasibətinin olduğunu, lakin buna dair müqavilə bağlamadığını, yalnız öz borcunun etiraf olunmasına dair həmin kağızı özünün yazzdığını, lakin indiyədək həmin pulu ödəyib qurtardığını, heç həmin borcun necə yarandığını bilmədiyini, elə hər ay ona borc pul qaytardığını, həmin 8600 manat və 700 manat borcun olmasına dair yazılmış kağızı özünün yazdığını, öz əli imza etdiyini, lakin bunu iddiaçının təsiri altında yazdığını, bütün borcunu qaytardığını, heç bir borcunun qalmadığını, borcu “Milli Ön” aparatı vasitəsi ilə, elə olub əlbəəl ödədiyini, lakin heç bir qəbzinin, sübutunun olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinin etibarlı olub-olmaması, yəni mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilməklə bağlanılıb-bağlanılmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında yazılı borc müqaviləsi (25.06.2017-ci il və 27.05.2018-ci il) bağlanılmaqla, ümumilikdə cavabdehə 8600 manat borc pul verdiyini bildirsə də, tərəflər arasında qeyd edilən məbləğdə pul vəsaitinin borc verilməsinə dair hər hansı yazılı müqavilənin bağlanılması halı müəyyən edilməmişdir. halbuki, mülki qnaunvericiliyin tələbinə əsasən borcun məbləği 3000 manatadan çox olarsa, tərəflər arasında borc müqaviləsi yazılı bağlanılmalıdır. İndiki halda isə, tərəflər arasında qeyd eidlən hüquq münasibətləri 2017-2018-ci il tarixlərdə yaranmasına, habelə borcun məbləğiinin 3 min manatdan çox olmasına baxmayaraq, ididaçı ilə cavabdeh arasında həmin pul vəsaitinin borc verilməsinə dair hər hansı yazılı müqavilə bağlanılmamışdır. İddiaçı bununla bağlı cavabdehin borcunun etiraf olunmasına dair öz əli ilə yazıb, imzaladığı kağıza (cavabdeh həmin kağızı özünü yazdığını etiraf etmişdir) istinad etsə də, qeyd edilən kağız yazılı müqavilə üçün qanunvericilikdə qeyd edilmiş məcburi rekvizitlərə (subyekt, obyekt (predmet), məzmun) uyğun olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış borc müqaviləsi Mülki qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələblərinə əməl edilmədən bağlandığından, əhəmiyyətsiz əqd olmaqla, etibarsız əqd olmuşdur. Həmçinin, iş materialalrından görünür ki, hazırki mülki iş üzrə etibarsız hesab edilən borc müqaviləsinin predmeti qismində pul vəsaiti (hər hansı nömrələnmə, nişanlanma ilə fərqlənməyən) qismində əvəzedilən əşya çıxış edir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən məbləğdə pul vəsiatini tələb etmək hüququnun olub-olmaması məhz Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtləri baxımından yoxlanılmalıdır. Bununla bağlı məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, ididaçı cavabdeh tərəfindən ümumi borc məbləğinin 700 manat olan hissəsinin qayatrıldığını, 8600 manat məbləğində borc veridyi pul vəsaitinin iniyədək qayatrılmadığını bildirmişdir. Cavabdeh isə 8600 manat və 700 manat borcunun olması barədə yazılmış kağızı özünün yazdığını, həmin pul vəsaitini borc alsa da, indiyədək hər ay 500 manat ödəməklə ididaçıya geri qaytardığını, ona heç bir borcunun qalmadığını bildirmişdir. Deməli, indiki halda iddiaçıya məxsus 8600 manat məbləğində olan pul vəsaitinin cavabdeh tərəfindən əldə edilməsi və həmin pul vəsaitinin qanuni əsas olmadan əldə eidlməsi (etibarsız hesab edilən borc müqaviləsi əsasında əldə edilməsi) aşkardır. Cavabdeh həmin pul vəsaitini borc alsa da, iddiaçıya geri qaytardığını bildirmişdir. Bu halda, məhkəmə hesab edir ki,əldə etdiklərini iddiaçıya geri qaytarmasına dair sübut etmək öhdəliyi də məhz cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh həmin hala dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, habelə bununla bağlı heç bir sübutunun olmadığını bildirmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehin ididaçıya məxssu 8600 manat məbləğində pul vəsaitini qanuni əsas olmadan (sonradan aradan qalxmış əsasla) əldə etməklə, iddiaçının qeyd eidlən məbləğdə pul vəsaitindən məhrum olması halı müəyyən edilmişdir.Ona görə də, məhkəmə hesab edirki, iddia tələbi 8600 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin 700 manat borc pul vəsaitinin qaytarılmaıs hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı həmin məbləğdə borc pul vəsaitinin cavabdeh tərəfindən ona qayatrıldığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd eidlən hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə pulun qaytarılmamasına görə hesablanmış faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, idida tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ididaçı cavabdeh tərəfin ona məxsus pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz borcunun yaranmasını bildirsə də, həmin pul vəsaitinin ödənilməsinin hansı müddətə razılaşdırılması, hansı müddətə gecikdirilməsi, habelə həmin halın cavabdehin təqsirli hüquqazidd hərəkətləri nəticəsində baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı hazırki mülki iş üzrə Mülki Məcəllənin 449-cu maddəsinin dispozitiv şərtlərinin müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8600 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3177/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3177/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver