Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3180/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.600 manat pul vəsaiti və ödənilmiş 46 manat 80 qəpik dövlət rüsumu və bank xidməti haqqının Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1972-ci il tarixdə Goranboy rayonu Xoylu kəndində doğulmuşdur. Hazırda da həmin kənddə uşaqları ilə yaşayır. Özü İİİ qrup əlildir, uşaqlarından balaca oğlu Fəqan da İ qrup əlildir. Cavabdehlə tanış olmuşdur, sonuncu Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləyir, hazırda Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə qulluq edir. N may NN-ci il tarixdə ondan lazım olduğu üçün 2 ay müddətinə 2.600 manat borc pul istəmişdir. O da cavabdehə bu məbləğdə pulu borc vermişdir. Cavabdeh özünün maaş kartını ona vermişdir ki, borc aldığı pulu kartdan götürsün, lakin kart blok edildiyindən götürə bilməmişdir. Bundan başqa, 2.600 manat borc pul aldığına görə xx.xx.NN-ci il tarixdə öz xətti ilə qəbz yazmışdır. Qəbzdə göstərmişdir ki, cavabdeh ondan 2.600 manat borc pul almışdır, yaxın 2 ay müddətində qaytaracaq, qaytarmasa məsuliyyət daşımağa hazırdır. Cavabdeh hərbi biletinin surətini də ona vermişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələb edir ki, cavabdehdən 2.600 manat pul alınaraq ona verilsin. O, öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehə 2.600 manat borc vermişdir. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirmir, 2 ay müddətinə aldığı 2.600 manat pulu indiyə kimi qaytarmamışdır, könüllü qaytarmaq fikri də yoxdur. Hər dəfə qaytaracağını bildirsə də, borcu qaytarmır. Qeyd etdiyi kimi, o, İİİ qrup, övladı isə İ qrup əlildir, özlərinin pula ehtiyacları var, cavabdehə əl tutmuşdur, lakin cavabdeh onun ürəyinin yumşaqlığından sui-istifadə etmişdir. Cavabdehin onun pulunu bu günə kimi qaytarmaması nəticəsində o, maddi çətinlik çəkir, bir sıra işlər görmək istəyir, lakin bunu edə bilmir, bunun nəticəsində məcburdur ki, məhkəmədə iddia qaldırsın. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.N22-ci il tarixli 2(002)-3180/N22 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, sadə yazılı formada yazılmış iltizamdan göründüyü kimi, Cavabdeh İddiaçı N may NN-ci il tarixdə 2.600 manat məbləğində borc almış, borcu 2 ay müddətində qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Cavabdeh iltizamla birlikdə özünə məxsus hərbi biletinin surətini də iddiaçıya təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmiş, 2.600 manat borcu qaytarmamışdır. Cavabdehin iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi olduğundan, iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 46 manat 80 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.600 manat pul vəsaiti və ödənilmiş 46 manat 80 qəpik dövlət rüsumu və bank xidməti haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-2N, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.600 manat pul vəsaiti və ödənilmiş 46 manat 80 qəpik dövlət rüsumu və bank xidməti haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3180/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-3180/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver