Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-319/2022 24.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, сavabdeh Cavabdeh onun mağazasına gələrək ondan telefon almaq istədiyini bildirmişdir. 29 mart 2021-ci ildə onunla nisyə alğı-satqı müqaviləsi bağlanılmış, ona Samsung Galaxy A51 markalı telefon təhvil verilmişdir. Həmin malın cəmi məbləği 698 manat təşkil etmişdir. Müqavilənin bağlandığı 29.03.2021-ci il tarixə cavabdeh 100 manat ilkin ödəniş etmişdir. Onun aylıq ödənişi 49.83 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən ona 105 manat ödənmiş, 493 manat borcu qalmışdır. Müqavilənin bağlandığı tarixdən etibarən artıq 5 aydır ki, cavabdeh ödəniş etmir. Bununla əlaqədar cavabdeh əsas borc məbləği ilə yanaşı dəbbə pulu olaraq 38 manat dəbbə pulu ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər etməsinə baxmayaraq bu günə kimi ödəniş etməmişdir. Cavabdeh pulun ödənilməsi ilə bağlı onun tələblərinə məhəl qoymur, hər dəfə bir bəhanə gətirərək pulu ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq, 29.03.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 493 manat əsas borc, 38 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 698 manat dəyərində Xiaomi Redmi Note8 markalı telefon almışdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli, N:RT000000276 3 a saylı qaimədən görünür ki, Əhmədov X1 Güloğlan Urqənd oğlundan qiyməti 698 manat olan Samsung Galaxy A51 markalı telefon almış, 29.03.2021-ci ildə 100 manat ilkin ödəniş etmiş, 38 manat dəbbə pulu nəzərə alınmaqla, cəmi 531 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.s və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər.Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, 29 mart 2021-ci ildə tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, cavabdehə 698 manat dəyərində Samsung Galaxy A51 markalı telefon satılmışdır. Müqavilənin bağlandığı 29.03.2021-ci il tarixə cavabdeh 100 manat ilkin ödəniş etsə də, nəticədə onun iddiaçıya 493 manat əsas borcu, 38 manat əsas borca hesablanmış dəbbə pulu olmaqla, cəmi 531 manat borcu qalmışdır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 531 manat əsas borc, 38 manat dəbbə pulu və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 493 manat əsas borc, 38 manat dəbbə pulu və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-319/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-319/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver