Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3192/2021 29.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X6 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1,Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1,Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona-İddiaçı olan 53000 (əlli üç min) ABŞ dolları manata məzənnə ilə borcunun,borc pul öhdəliyinin yarandığı gündən məhkəmə qətnaməsinin çıxarıldığı günə kimi həmin məbləğin bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizinin,ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınaraq ona İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqlədirmə ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona-İddiaçı olan 90000(doxsan min) borcunun,borc pul öhdəliyinin yarandığı gündən məhkəmə qətnaməsinin çıxarıldığı günə kimi həmin məbləğin bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizinin,ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınaraq ona İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 90000 manat (53000 ABŞ dolları) borc almışdır.Həmin borc Cavabdeh1 adına notariat qaydasında rəsmiləşdirilmişdir.Cavabdeh1 07 may 2017-ci il tarixdə Bakı şəhəri 45 saylı Notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş,reyestrdə 3M-24 N-li ilə qeyd edilmiş Kredit Müqaviləsinə əsasən 07 may 2022-ci il tarixdə qaytarmaq şərti ilə ondan,yəni İddiaçı 90000(doxsan min) manat (müqavilə imzalandığı gün qüvvədə olan kursa uyğun əlli üç min ABŞ dolları) borc almışdır.Notariat kontorunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı maddələrinin məzmunu cavabdehlərə izah edilmişdir.Kredit müqaviləsi bağlanarkən müqavilə iddiaçı və cavabdeh tərəfindən şəxsan imzalanmışdır. Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun ziaaht verərək, iddia tələbini müdafiə edərək, öz izahatında tərəflrə arasında kredit müqvailəsi bağlanıldığını, pulun notariusda veridliyini, lakin həmin vaxtda pulun verilməsi-alınması deposit hesab vasitəsilə edilmədiyindən, həmin hala dair sübut vasitələri yoxdur, bu halı notarius da öz arayışında qeyd etmişdir, hətta həmin borca görə cavabdeh Ədalət evinin çıxarışını da iddiaçıya vermişdir, hazırda ondadır, cavabdehin dediyi halları qəbul etmədiyini, Ədalət digər cavabdehin bacısının əri olduğunu, bütün bu pul məsələlərinə iştirak edərək, zamin durduğunu, ona görə də ona qarşı da iddia tələbini irəli sürüldüyünü bildirərək, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclaısnda izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə heç bir borc münasibəti olmadığını, iddiaçının atasından 53 min dollar borc pul aldığını, onu da hissə-hissə aldığını faizlə qaytarmaqla, axırda aldığı bütün borclar birlikdə 53 min dollar olduğunu, bütün bu pulları isə iddiaçıdan deyil onun atası Vidadidən aldığını, Vidadiyə borclu olduğunu, həmin puldan da 32 min dolları hissə-hissə qaytardığını, hazırda 21 min dollar borcunun iddiaçının atası Vidadiyə qaldığını, ümumiyyətlə Raufla onun arasında heç bir borc münasibətinin olmadığını, həmin kredit müqaviləsini də indiyə kimi yığılmış borcuna görə bağlanıldığını, ancaq notariusda ona heç bir pul verilmədiyini, onun heç bir pul almadığını, həmin müqavilənin həmin günə qədər Vidadiyə olan borcuna görə formal olaraq bağladıqlarını, Raufa heç bir borcunun olmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 vəkili məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs ümumiyyətlə kredit müqaviləsinin tərəfi qismində çıxış etmir, zaminliklə bağlı isə tərəflər arasında heç bir müqavilə bağlanılmamışdır, ona görə də iddia tələbinin təmin eidlməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 01 noyabr 2021-ci il tarixli məhkəmə baxış iclaısnda veridyi izahatının məzmunundan aydın olur ki, Vidai müəllim çox adama pul veribdir, faiz ilə borc pul verirdi, digər tərəfdən o biri cavabdeh onun yeznəsi olduğunu, Vidadi müəllim onun yeznəsi ilə müqavilə imzaladığını, Ədalətin Vidadi müəllimə 53 min manatdan 32 min manat ödədiyini, onun sadəcə ondan xəbərinin olduğunu, onu niyə tərəf kimi qoyublar onu bilmədiyini,,o pulu o almayıb Ədalət alıb, ondan istəsin,, özünün dediyinə görə taksi şoferi ilə tez-tez pul göndərməklə, borcunu ödəyirmiş, Ədalətin özünün gəlib işdə iştirak etməyini, onun özünün bunları deməsini bildirmişdir. Üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə yazılı məktub göndərərək, müqavilənin bağlanmasından uzun müddət keçdiyindən təfərrüatları yadında olmadığını, işə onların iştirakı olmadan baxılmaısnı xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində didnirilmiş X4 ifadə verərək, öz ifadəsində cavabdehin neçə dəfə maşınla apardığını, hər dəfə onun yanında 1300 dollar pul ödəyib, ödədiyi pul məbləğini özünün dediyini ordan bildiyini, özünün dediyinə görə 32 min pul ödəyib, bir neçə dəfəisndə onun maşınında gedib ödədiyini, aralarında borc məsələsini bildiyini, ancaq Raufun atası ilə borclu olduğunu bildirmişdir. Məhkəmə iclaısnda şahid qismində dindirilmiş X5 ifadə verərək, öz ifadəsində cavabdehlərin hər ikisini tanıdığını iddiaçının oğlu olduğunu, cavabdeh Ədalətin ona da oğluna da borclu olduğunu, ona olan borcundan aytardığını, lakin oğluna olan borcunu qayatrmadığını, notariusda müqavilə bağlanılan vat onun da notariusda olduğunu, notariusda həmin vaxt pul olmadığını, pulu maşında Ədalətə veridyini, bütün bunlaar Əülfəzin də şahid olduğunu, o həmişə zamin dururdu, evinin çıxarışı indidə də oğlundadır, evini ipotekadan çıxartdığını, buna görə ona pul lazım idi ona görə borc pul veridyini, Pulu Ədalətə oğlu yox, onun özünün veridyini, həm də notariusda yox, çöldə maşında veridyini, əvvəlki ona olan borcundan 20000 dollar qyatardığını, indi oğluna 53 min dollar borcu olduğunu, ona olan borcunun oğluna olan borcuna qarışdırılmamasını bildirdi. İş materiallarına əlavə olunmuş 07.05.2017-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən borc verən 90000 manat (müqavilə imzalandığı gen qüvvədə olan kursa uyğun 53 min ABŞ dolları) məbləğində pul borc verir, borc alan krediti 07.05.2022-ci il tarixədək hissə-hissə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materialalrında olan 23 noyabr 2021-ci il tarixli 278 № li Bakı şəhəri 45 saylı Notariat Ofisinin məktubunun məzmunundan aydın olur ki, 07.05.2017-ci il tarixli 3M-24 reyestr nömrəli kredit müqaviləsinin təsdiq olunduğu dövrdə borc pulunun notariusun depozit hesabı vasitəsilə verilməsi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, tərəflər arasında kredit müqaviləsi üzrə borc öhdəliklərinin yaranması əsası qismində məhz kredit müqaviləsi çıxış edir ki, həmin müqaviləyə əsasən borc verən müvafiq məbləğdə pul vəsaitini borc alanın mülkiyyətinə verməyi, borc alan isə aldığı pul məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 90000 manat məbləğdə pul vəsaitini borc verdiyini, cavabdehin həmin pulu təhvil aldığını, həmin məbləğdə pul vəsaitini hissə-hissə ödəməklə qaytarmağı öhdəsinə götürsə də, indiyədək ödəmədiyini, digər cavabdehin isə zamin olduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir.Cavabdeh1 isə iddiaçı tərəfindən ona heç bir məbləğdə borc pul vəsaitinin verilmədiyini, iddiaçının atasından borc pul aldığını, həmin müqaviləni də iddiaçı ilə atası arasında olan yığılmış borca görə formal olaraq bağlandığını, həmin vaxtı heç bir pulun ona təhvil verilmədiyini bildirmişdir. Digər cavabdeh isə müqavilənin bağlanmasında ümumiyyətlə iştirak etmədiyini, zamin qimsində çıxış etmədiyini, bununla bağlı heç bir müqavilə bağlanılmadığını bildirmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı ilk növbədə tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyin-müqavilənin predmeti qimsində çıxış edən müvafiq məbləğdə pul vəsaitini cavabdehin mülkiyyətinə verilməsinə dair öhdəliyini icra etməsinə dair halı sübut etmək vəzifəsi daşıyır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehin onun qarşısında borc öhdəliyinin (90000 manat məbləğində) yaranması halını yalnız tərəflər arasında bağlanılmış kredit müqaviləsi və şahid ifadəsinə istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, kredit müqaviləsinə görə borc verən müqavilənin predmetini təşkil edən pul vəsaitini borc alanın mülkiyyətinə verməyi öhdəsinə götürür, pul vəsaiti daşınar əşya olmaqla, onun digər şəxsin mülkiyyətinə verilməsi məhz həmin pul vəsaitinin borc alanın sahibliyinə istifadəsinə veridyi halda, həmin müqavilə üzrə öz öhdəliyini icra etmiş sayılır. Bu halda, borc verənin müqavilə üzrə öz öhdəliyini icra etdiyi halda, borc alanine həmin müqavilə üzrə aldığı borc məbləğini qaytarrmaq öhdəliyi yaranmış olur. İndiki halda isə iddiaçı tərəfindən həmin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməsi halına dair heç bir sübuitu (müqavilə premdetini təşkil edən müvafiq məbləğdə pul vəsiatinin cavabdehin sahibliyinə verilməsi halına dair heç bir sübutu) məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə ididçaının özü tərəfidən təqdim edilmiş şahid ifadəsinin məzmunundan görünür ki, şahid qismində dindirilmiş şəxs iddiaçının atası olmaqla, öz ifadəsində notariusda müqavilə bağlandığı vaxt pulun verilmədiyini, pulu sonradan iddiaçı tərəfindən deyil,onun özü tərəfindən avtomobildə verdiyini qeyd etmişdir. Bununla da, məhkəmə aarşdırması zamanı məhz iddiaçı tərəfindən müqavilənin borc verən tərəfi qismində müvafiq kredit müqaviləsi üzrə qedy edilən məbləğdə pul vəsaitini cavabdehin mülkiyyətinə verməsi, cavabdeh tərəfindən həmin pul vəsaitini təhvil alması halını müəyyən etmək mümkün olmadığından, Cavabdeh1 iddiaçı qarşısında həmin kredit müqaviləsi üzrə hər hansı borc öhdəliyi yaranması halının aşkar edilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iddiaçı digər cavabdehlə bağlı isə onun zamin qismində çıxışetdiyini əsas gətirərək, onun kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin icrasına görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını qedy etsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı qeyd edilən halların da müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesabe dir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb əsas tələb olan kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi tələbindən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsiü zrə borcun qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3192/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3192/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver