Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3197/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat məbləğində pulun tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh könüllü iltizam tərtib edib öhdəlik götürərək ondan 23 yanvar 2022-ci il tarixdə 1500 manat pul götürmüşdür.Cavabdeh iltizam tərtib edib ondan pulu götürərkən iltizamda yazıldığı kimi pulu 10 ay içində hər ay ardıcıl olaraq 150 manat ödəməyi öhdəliyinə götürmüş,lakin götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir.Cavabdeh könüllü iltizam tərtib edərək götürdüyü 1500 manat puldan 4 aya 600 manat qaytarmışdır.Bundan sonra cavabdeh işlədiyi 8-ci kilometr bazarını tərk edərək telefonunu söndürmüş,ondan başqa insanlara da borcu olduğuna görə bird aha 8-ci kilometr bazara qayıtmamışdır.O cavabdehin atası Güləliyev Rəsula oğlunun iltizam tərtib edərək ondan pul götürdüyünü bildirəndə,cavabdehin atası oğlu Cavabdeh əvəzinə ona 150 manat pul ödəmişdir.Cavabdehin borcundan qaytarmadığı pul 750 manat təşkil edir.Bundan sonra cavabdehin atası oğlunun başqa yerdə işlədiyini bildirmiş və oğlunun ona qalan borcunu 2 aya qaytaracağını bildirsədə 750 manat pulu qaytarmamışdır.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək,işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul edərək, iddiaçıya 750 manat məbləğində borcunun olduğunu bildirərək, bu barədə yazılı ərizə yazaraq, iddia tələbinin təmin edilməsi arədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı 1500 manat borc aldığını, 10 ay müddətində hər ay 150 manat qaytarmaq şərtilə qeyd edərək, yazılı kağız tərtib etmişlər. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1500 manat məbləğində borc pul vəsaiti verilmiş, cavabdeh isə həmin pulu 10 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Bu halı hər iki tərəf təsdiq etmişdir.Cavabdeh hazırda iddiaçı qarşısında 750 manat məbləğində borc öhdəliyinin olduğunu qəbul etmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin iddia tələbini qəbul etməsi halını nəzərə alaraq, hesab edir ki, cavabdehin iddiaçı qarşısısnda 750 manat məbləğində borc öhdəliyiin yaranması halı aşkar olduğundan, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-cu maddəsinə əsasən müharibə veteranları məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinə görə iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə qeyd edilən qanunvericiliyin tələbini nəzərə alaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 750 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3197/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3197/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver