Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3206/2021 29.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 30.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2664.84 manat əsas borc,200 manat faiz borcu və 67.69 manat cərimə borcu olmaqla,ümumilikdə cəmi 2932.53 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh 30.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 21 faizlə 36 ay müddətinə 6000 manat kredit götürmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır.17.09.2021-dək Cavabdehun banka 30.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2664.84 manat əsas borc,200 manat faiz borcu və 67.69 manat cərimə borcu olmaqla ümumillikdə 2932.53 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 15-Y1-0-554-19 nömrəli, 30.05.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, 21 faizlə 6000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 17.09.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, ödənilməmiş əsas borc üzrə 2664.84 manat, faiz borcu üzrə 200 manat, cərimə borcu üzrə 67.69 manat, cəmi 2932.53 manat kredit borcunun müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 15-Y1-0-554-19 nömrəli, 30.05.2019-cu il kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh 36 ay müddətinə hər ay 226.05 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.09.2021-ci il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə 5 iş günü ərzində ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 30.05.2019-cu il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh 6000 manat məbləğində pul vəsaitini təhvil almışdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 15- Y1-0-554-19 nömrəli, 30.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 faizlə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Həmçinin, məhkəmə araşdırması zmanaı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzəriunə götürüdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bununla da, kredit üqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi kredit borcunun qaytarılması və gecikdirilmiş vaxt üçün hesalanmış faiz borcunun qaytarılması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 30 may 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcu və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirərərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 30.05.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh Vidadi oğlundan 2664.84 AZN məbləğində əsas borc, 200 AZN məbləğində faiz borcu, 20 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 2884.84 manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 30.05.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Vidadi oğlundan 30.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2664.84 manat məbləğində əsas borc, 200 manat məbləğində faiz borcu, 20 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 2884,84 manat məbləğində borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3206/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3206/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver