Məhkəmə qərarları › İş №2(002)-3211/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3211/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3211/2021 29.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 , Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması » tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏ NETDİ: İddiaçı “Yelo Bank KB“ ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “Yelo Bank KB“ ASC-nin xeyrinə 5294.97 manat əsas, 353.33 manat faiz, 0 manat cərimə, cəmi 5648.3 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanılmış 17 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı“Yelo Bank KB“ ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 28% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir.Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüblər. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər.17 sentyabr 2021-dək Cavabdeh2 banka 17 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5294.97 manat əsas borc, 353.33 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla ümumillikdə cəmi 5648.3 manat borcu vardır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərərk, öz izahatında hazırki mülki iş üzrə kredit müqaviləsi ilə bağlı cavabdeh tərəfindən ödəniş edildiyini, ona görə də yeni maliyyə arayışı təqdim etdiyini, həmin maliyyə arayış üzrə qeyd edilmiş borcun məbləğinin əsas götürülməsini, bu halın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul edərək, iddiaçı bank qarşısında borcunun olduğunu, noyabr ayında axırıncı ödəniş etdiyini, o biri cavabdehin həyat yoldaşı olduğunu zamin qismində çıxış etdiyini bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarına əlavə olunmuş 17.01.2019-cu il tarixli 4-MZ-1-0-39-19 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı KB ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 28% dərəcəsi ilə, 10000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materialalrında olan kassa məxaric orderinin məzmunundan aydın olur ki, Cavabdeh2 tərəfindən 10000 manat məbləğində pul vəsaiti təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş 17.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 4-MZ-1-0-39-19 saylı kredit müqaviləsi üzrə 5294.97 manat əsas, 353.33 manat faiz, 0 manat cərimə, cəmi 5648.3 manat borcu vardır.Daha sonra verilmiş 29.11.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 4-MZ-1-0-39-19 saylı kredit müqaviləsi üzrə 4794.97 manat əsas,626.59 manat faiz,0 manat cərimə olmaqla,cəmi 5421.56 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 4-MZ-1-0-39-19 saylı kredit müaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 36 ay müddətinə, hər ay 430.37 manat ödəniş etməklə,10000 manat əsas, 4890.86 manat faiz borcu olmaqla, cəmi 14890.86 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23.08.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh1nun İddiaçı KB ASC-yə olan borcunu 5 iş günü ərzində ödəməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 4-MZ-1-0-39-19 saylı 17.01.2019-cu il tarixli zaminlik müqavilələrinin məzmunundan görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu- Cavabdeh2 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit məbləği 10000 manat, kreditin müddəti 36 ay olduğu qeyd olunmuşdur İş materiallarına əlavə edilmiş 29.11.2021-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh2 4-MZ-1-0-39-19 saylı kredit müqaviləsi üzrə 4794,97 manat əsas, 626,59 manat faiz, 0 manat cərimə, cəmi 5421,56 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 28% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişlər. bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən edilmidşri ki, hazırda cavabdehlərin həmin kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 4794,97 manat, qalıq faiz borcunun məbləği 626,59 manat olmaqla, cəmi qalıq borcun məbləği 5421,56 manat təşkil edir (iş materiallarında olan 29.11.2021-ci il tarixli maliyyə arayışı əsasında). Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə 29.11.2021.ci il tarixli maliyyə arayışında qeyd edilmiş əsas borcun məbləği əsas götürülməklə, iddia tələbi əsas borcunun tutulması ilə bağlı həmin hissədə əsaslı olmaqla təmin edilməli, faiz borcu iddia tələbi həddində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 17 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 ilə ididaçı bank arasında bağlanılmış 17.01.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4794.97 manat əsas, 353,33 manat faiz borcu olmaqla, cəmi 5148,3 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Yelo Bank “ ASC-nin xeyrinə ödənilməli, qalan hissədə idida tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanılmış 17.01.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4794.97 manat əsas, 353,33 manat faiz borcu olmaqla, cəmi 5148,3 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Yelo Bank “ ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar