Məhkəmə qərarları › İş №2(002)-3238/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-3238/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3238/2025 27.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Əkbərov Sehran Yaqub oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 2015 manat əsas məbləğ, və 41 manat ödənilmiş dövlət rusumun-cəmi 2057 manat tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 2015 manat pul porcludur. Bu borcun yaranma mənşəyi ilə əlaqədar olaraq bildirir ki, o, diş həkimidir və Cavabdeh onun pasiyenti olmuşdur. O, onun dişlərini düzəltmiş və nəticə olaraq 2015 manat borc yaranmışdır. İndiyə kimi Cavabdeh ona borcu qaytarmamışdır.Cavabdeh ona 2015 iki min on beş manat borclu olduğu telefon danışıqları ilə təsdiq olunur.Bu barədə disk ərizəyə əlavə olunur.Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib cıxarmış və ona 2015 manatdan çox mənəvi ziyan dəymişdur. O, yuxarıdakıları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Əkbərov Sehran Yaqub oğlu iddia tələbinə artırma verərək, Cavabdeh İddiaçı xeyrinə 2015 manat əsas məbləğ, 41 manat ödənilmiş dövlət rusumu, vəkilə hüquqi yardım üçün ödədiyi 200 manat, etibarnamə üçün 17 manat, 50 qəpik olmaqla cəmi 2273,50 manat pulun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Əkbərov Sehran Yaqub oğlu sonuncu məhkəmə iclasında iddia tələbinə azaltma verərərk, Cavabdeh İddiaçı xeyrinə cəmi 1715 manat pulun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, diş həkimidir,cavabdehin dişlərini təmir etmişdir.Cavabndeh xidmət haqqının bir qismini ödəsə də, hazırda cavabdehin 1715 manat borcu qalıb, iddia tələbinə həmin məbləğdə müdafiə edir. Qiyabi qətnamə qəbul edilməsinə etiraz etmedi. İddiaçı nümayəndəsi və vəkili Əkbərov Sehran Yaqub oğlu məhkəmə iclasında iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə cəmi 1715 manat pulun tutlmasını xahiş etdi. Əlavə olaraq ərizə təqdim edərək, mülki işin qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ilə Cavabdeh arasında olan vatsap yazışmalardan görünür ki, Cavabdeh İddiaçı 1715 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş disklər əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qəbzdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə təyinatı Qaradağ rayon Məhkəməsi olmaqla 41 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına xx.xx.2025-ci il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş AR-İ 728217 saylı etibarnamədən görünür ki , İddiaçı tərəfindən Bakı şəhəri 50 saylı notarius ofisinin hesabına xx.xx.2025-ci il tarixdə 17,25 manat məbləğində haqq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.3-ci maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 245.2-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 245.3-cü maddəsinə əsasən ərizədən dövlət rüsumu alınmır. Həmin Məcəllənin 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında dişləırin təmir olunması ilə bağlı şifahi formada razılıq əldə olunmuş, həmin razılığa əsasən iddiaçı cavabdehin dişlərini təmir etməyi, cavabdeh isə görülmüş işin müqabilində şərtləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı öhdəsinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh şərtləşdirilmiş muzd qismində- xidmət haqqını razıılaşdırılmış məbləğdə olmaqla tam ödəniş etməmişdir. Nəticədə iddiaçıya maddi ziyan vurmuş, ona görə də iddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdehdən 1715 manat məbləğində pul tələb edir, cavabdehlə isə mümkün olan bütün əlaqə ünvanlarına məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş və həmçinin mobil nömrələrinə isə sms bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasların iştirak etməyərək, iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə məhkəmə iclaslarında tətqiq edilmiş sübutları və iddiaçı tərəfin izahatlarını və məhkəmə təqdim edilmiş tərəflər arasında olan vatsap yazışmalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, qiyabi qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə borca görə 1715 manat məbləğində pul tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir.Hazırki mülki iş üzrə iddia tələbinin həcmi sonradan azaldıldığından-müvafiq iddia tələbinin qiymətinə uyğun olaraq 39,32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və hazırda tələb olunan 200 manat vəkil üçün ödənilmiş xidmət haqqı, 17,25 manat etibarnamə üçün dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh borca görə 1715(bir min yeddi yüz on beş) manat məbləğində maddi ziyan, 200 manat vəkil üçün ödənilmiş xidmət haqqı, 17,25 manat etibarnamə üçün dövlət rüsumu və 39,32 manat dövlət rüsumu olmaqla cəmi 1971,57 (bir min doqquz yüz yetmiş bir manat əlli yeddi qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehə izah edilsin ki, qətnamə ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni qətnaməni qəbul etmiş məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar