Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-329/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh1 və cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 5260 (beş min iki yüz altmış) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 73 (yetmiş üç) manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Nissan X-Trail” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 01 avqust 2022-ci il tarixdə saat 10:40 radələrində "xxxx" MMC-nin sürücüsü Cavabdeh1 idarə etdiyi “Tatra T163-380SK4 Yük” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus “Nissan X-Trail” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən İXP seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 hadisədə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İddiaçının avtomobilinə dəymiş ziyanın məbləği “Auto Box” servis şirkətinin qiymətləndirmə aktına əsasən 8265 manat müəyyən edilmişdir. Cavabdeh1 idarə etdiyi avtomobil icbari sığorta olunduğundan sığorta şirkəti tərəfindən iddiaçıya 5000 (beş min) manat ödənilmişdir. İddiaçı sığorta şirkətindən avtomaşının təmir edilib qaytarılmasını tələb etsə də, iddiaçıya avtomaşının təmirinin 5000 (beş min) manat həddində olacağını bildirmişlər, yerdə qalan məbləği ödəmək üçün iddiaçının həyat yoldaşı sığorta şirkətindən alınan 5000 manatdan əlavə, bankdan 4000 (dörd min) manat pul götürüb maşını təmir etdirmişdir. İddiaçı həmin kreditə görə faizlə birlikdə 5260 manat məbləğində ziyana məruz qalmışdır. Bu barədə Cavabdeh1 ilə danışmışlar, o, əvvəl ziyanı ödəməyə razı olduğunu desə də, sonradan imkanı olmadığını bəhanə edərək ödəməmişdir. "xxxx" MMC-nin hadisədən məlumatı olsa da, yenə də ziyanı ödəməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi ilə də razılaşmır, belə ki, ekspert rəyində hesablanmış ziyan məbləği az göstərilmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, yol nəqliyyat hadisəsi baş verən vaxt "xxxx" MMC-nin sürücüsü olmuş, hadisə həmin MMC-yə məxsus avtomobili idarə edərkən iş vaxtı olmuşdur, sonradan işdən çıxarılmışdır. Hazırda iddia tələbinə və ekspert rəyinə etiraz edir. Belə ki, ekspert rəyi ziyanı həddən artıq çox göstərmişdir. Həmçinin iddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur. Sığorta tərəfindən ödənilən 5000 manat məbləğində pulu iddiaçı ona versəydi, ziyan dəymiş avtomobili digər cavabdehlə birgə təmir etdirə bilərdi. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdi ki, yol nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh1 "xxxx" MMC-nin sürücüsü olmuş, hadisə həmin MMC-yə məxsus avtomobili idarə edərkən iş vaxtı olmuşdur, sonradan sürücü işdən çıxarılmışdır. İddiaçı sığortadan aldığı puldan əlavə ziyanla bağlı şirkətə müraciət etsəydi, digər cavabdehlə birgə onun təmirinə kömək oluna bilərdi. Hesab edir ki, 5000 manata həmin avtomobil tam təmir oluna bilərdi, belə ki, 2008-ci ilin maşınıdır. Ona görə də iddia tələbinə etiraz edir. Bundan əlavə, kreditin maşın təmiri üçün götürülüb-götürülmədiyi məlum deyildir. Həmçinin ekspert rəyi ilə də razılaşmır. Belə ki, ekspert rəyində hesablanmış ziyan məbləği həddən artıq çox göstərilmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İXP No ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 01 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə “Tatra T163-380SK4 Yük” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 əməlində AR İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 001588 saylı yük avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, “Tatra T163-380SK4 Yük” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması 01-31 avqust 2022-ci il üçün sürücü Cavabdeh1 həvalə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan X-Trail” minik markalı, **-RS-*** dövlət qeydiyyat dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. İş materiallarında olan “Auto Box” automobile services şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus “Nissan X-Trail” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin həcmi 8265 manat təşkil edir. İş materiallarında olan PXA115790 saylı sığorta aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-RS-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobilə 8265 manat məbləğində zərər dəyməsi müəyyən edilmiş, Xalq Sığorta tərəfindən zərər dəymiş əmlakın sahibi İddiaçı 5000 manat məbləğində sığorta ödənişinin verilməsi həyata keçirilmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli ərizənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən X4 istehlak məqsədilə 36 ay müddətinə illik 18 faizlə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 268427 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı 30 iyun 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Yasamal rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xidməti məlumatdan görünür ki, Tatra T 163 markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yükü özüboşaldan avtomobil "xxxx" MMC-nin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/1087 nömrəli ekspert rəyindən görünür ki, “Auto Box” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, “Nissan X-Trail” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7615 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 01 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 təqsirli bilindiyi, həmin vaxt onun "xxxx" MMC-nin işçisi olduğu və hadisənin əmək vəzifələrinin icrası zamanı baş verdiyi, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyanın vurulduğu mübahisə doğurmur. Dəymiş maddi ziyanın məbləği mübahisə doğurduğundan, maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün cavabdehlərin vəsatətinə əsasən ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maddi ziyan məbləği ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək, maddi ziyan barədə iddia tələbi sığorta ödənişi nəzərə alınmaqla qismən (7615- 5000=2615 manat həddində) təmin olunmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, kredit müqaviləsi iddiaçı tərəfindən bağlanmadığından və istehlak təyinatlı olan kreditin məhz avtomobilin təmirinə xərcləndiyi barədə mötəbər sübutlar təqdim edilmədiyindən, həmin kreditin faizi ilə birgə hesablanmış məbləğinin avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi tələb edilməsi əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, maddi ziyan barədə iddia tələbi qismən, 2615 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 2615 (iki min altı yüz on beş) manat məbləğində pul vəsaiti və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-329/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-329/2023
08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver