Məhkəmə qərarları › İş №2(002)-3360/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3360/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3360/2021 23.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı İddiaçı oğlunun iştirakı ilə İddiaçı oğlunun Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 12000 manat əsas borcun və dövlət rüsumu kimi ödədiyi 30 manatın cavbdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Cavabdeh X4 şəhid olmuş oğlu Elməddinin sağlığında onu Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinə işə düzəldilməsi üçün 2020-ci ilin may, avqust ayları ərzində 12000 manat pul vermişdir. Həmin pulları o, bir neçə dəfəyə - 06.05.2020-ci ildə Samux rayonunda yerləşən Beynəlxalq Bankdan 6000 (aİtı min) manat, 10.09.2020-ci ildə Samux rayonunda yerləşən E-manat ödəniş terminalıHəmin pulları mən bir neçə dəfəyə - 06.05.2020-ci ildə Samux rayonunda yerləşən Beynəlxalq Bankdan 6000 (İtı min) manat, 10.09.2020-ci ildə Samux rayonunda yerləşən E-manat ödəniş terminalı vasitəsi ilə cavabdehin verdiyi 5KQ14C7 fin kodlu, 41270--------- 3719 kart nömrəsinə Mehtizdə E.E. adlı şəxsin ******************** nömrəli hesabına 800, 800, 800 və 600 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat pul göndərib. Həmin qəbzləri ərizəsinə əlavə edir. Sonuncu dəfə isə 3000 (üç min) manat pulu cavabdehin Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən evində əlbəəl vermişdir. Oğlu X1 Qarabağ Müharibəsində şəhid olduqdan sonra 0, cavabdehə verdiyi pulları istədi. Lakin o, hər dəfə bir bəhanə ilə pulunu qaytarmaqdan imtina edir.Ona görə də o, onun barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə şikayət etdi. Aparılmış araşdırma nəticəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və ona da cavabdehə verdiyi pulu mülki qaydada məhkəməyə iddia ərizəsi verməklə tələb etməyi izah edilmişdir.Cavabdeh Qaradağ RPİ-də izahat verərkən guya qardaşı- Ceyhunun xahişi ilə o,cavabdehə 12000 manat pul göndərməyini etiraf etmiş və bildirmişdir ki, guya o aldığı pulun 2300 manatını qaytarmışdır. Amma bu yalandır. Həmin pulları qardaşı Ceyhun deyil, o, ona vermişdir. O ondan aldığı pulun bir manatını da qaytarmamışdır. Ona görə də məhkəmə qaydasında cavabdehə verdiyi pul cavabdehdən alınıb ona qaytrılmalıdır . İddiaçı oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək yalan vəd verib ona qarşı dələduzluq etmək cinayəti istintaqla sübuta yetirilməmişdir. Buna görə də, həmin fakt üzrə də toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin, İddiaçı müraciətinin mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.Həmin qərardan görünür ki, cavabdeh izahatında bildirmişdir ki, Samux rayonunda X5 adlı dostu vardır. Ceyhunu təxminən 12-13 ildir ki, tanıyır. 2020-ci ilin sentyabr ayında Ələt qəsəbəsində özünə məxsus fərdi yaşayış evi tikdirdiyi zaman Ceyhun tikinti işləri apardığını bilmişdir. Həmin vaxt maddi vəziyyəti aşağı olduğuna görə Ceyhun kömək edə biləcəyini demişdir. Buna görə də, Ceyhundan ümumilikdə 12.000 manat pul borca götürmüşdür. Belə ki, həmin pulu Ceyhunun qardaşı Cəsur adlı şəxs Samux rayonundan emanat və beynalxalq bank vasitəsilə hesabına ayrı-ayrı vaxtlarda ümumilikdə 12.000 manat pul göndərmişdir. Həmin pulla evin tikintisini aparmışdır. Bundan sonra həmin pulun 2.300 manat hissəsini 2020-ci ilin oktyabrında Cəsurun dediyi hal-hazırda xatırlamadığı hesab nömrəsinə köçürmüşdür. Hal-hazırda maddi vəziyyəti aşağı olduğuna görə pulun qalıq hissəsini qaytara bilməmişdir. Qalıq pulu Cəsura və ya Ceyhuna ödəyəcəyinə söz vermişdir. Cavabdeh İddiaçı qarşı dələduzluq, yəni sonuncunun etibarından sui-istifadə edərək yalan vəd verib 12000 manat pulunu ələ keçirməsi faktı istintaq müəyyən edilməmişdir. Belə ki, Cavabdeh istintaqa verdiyi ifadəsində həmin pul məbləğini İddiaçı qardaşı Ceyhun adlı şəxsdən borc məqsədilə evinin tikintisi üçün istədiyini, həmin pulu aldıqdan sonra 2800 manat hissəsini geri qaytardığını, qalıq pulun da ondan borc məqsədilə aldığı üçün geri qaytaracağını bildirmişdir.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06.05.2020-ci il tarixli BPM**********16 mömrəli qəbzdən görünür ki, İddiaçı Cavabdeh hesabına 6000 manat pul köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nömrələri,38758,38759, 38760 və 38761 olan qəbzlərdən görünür ki, E-manat ödəniş terminalı vasitəsi ilə 5KQ14C7 fin kodlu, 41270----3719 kart nömrəsinə “Mehtizdə E.E.” adlı şəxsin ******************** nömrəli hesabına 800, 800, 800 və 600 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat pul köçürülmüşdür.. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatının məzmunundan, həmçinin iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı cavabdehin hesabına 9000 manat(6000+800+800+600+800) pul köçürmüşdür. Hazırda iddiaçı cavabdehdən 12000 manat tələb edir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən iddia tələbi 9000 manata dair hissədə Sübuta yetirildiyindən, iddia qismən təmin edilməli ,iddia tələbi-9000 manat hissəsində təmin edilməli, digər hissədə-3000 manata dair hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin 3000 manat məbləği barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9000 manat borcun, 30 manat dövlət rüsumunun cəmi 9030 manat alınıb iddiaçı İddiaçı oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9000 manat borc, 30 manat dövlət rüsumu cəmi 9030 manat alınıb iddiaçı İddiaçı oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar