Məhkəmə qərarları › İş №2(002)-337/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-337/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-337/2022 26.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-in xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3659.58 manat məbləğində kredit borcu,1211.93 manat məbləğində faiz borcu və 2231.52 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 7103 (yeddi min yüz üç) manat 03 (sıfır üç) qəpik məbləğində borcun,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 91.03 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.03.2019-cu il tarixli 001L**********83 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.03.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31.01.2020-ci il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.06.2020-ci il tarixdən banka qaytarmamışdır.Cavabdeh1 götürdüyü kredit borcundan 1340.42 manat ödəmiş, onun 3659.58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 23.11.2021-ci il tarixə 523 gün üçün hesablanmış faiz borcu 1211.93 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödənilməlidir.23.11.2021-ci il tarixə 523 gün üçün hesablanmış cərimə 2231.52 manat təşkil edir Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Özunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, izahatında faiz borcunun məhz gecikdirilmiş borcun məbləğinə uyğun hesablandığını, bütün ödənişlər, borcun məbləği hamısı hesabdan çıxarış məlumatlarında öz əksini tapmışdır, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, izahatında əsas borcun məbləği ilə razı olduğunu, faiz borcun məbləği razı olmadığını, çünki həmin gecikmənin onun təqsiri ucbatından olmadığını, mövcud pandemiya şəraiti ilə bağlı olduğunu bildirərək, fazi borcun silinməsini istədiyini qeyd edərək, iddia tələbinin əsas borcun tutulması hisəssində təmin edilməsi, qlaan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.03.2019-cu il tarixli 001R********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 100000 manat məbləğində kredit xəttini açır, kreditlər tərəflər arasında bağlanılmış razılaşmalar əsasında 120 ay 18 mart 2029-cu il tarixdən gec olmayaraq verilməli, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. İş materiallarında olan 18 mart 2019-cu il tarixli mkredit razılaşmasının məzmunundan aydın olur ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 illik 2,1667 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 18.03.2019-cu il tarixli 001S**********01 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 18 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 il birgə kreditor qarşısında birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1,Cavabdeh2 18.03.2019-cu il tarixli 027S**********01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 31 yanvar 2020-ci il tarixli və 21 may 2020-ci il tarixli Saziş imzlanmış, həmin Sazişə əsasən Cavabdeh1 18 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə qalıq kredit məbləğinin 21 may 2020-ci il tarixli və 31 yanvar 2020-cii il tarixli Sazişə əlavə olunan ödəniş planına uyğun ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 31 yanvar 2020-ci il tarixli ödəniş cədvəlinin məzmunundan aydın olur ki, Cavabdeh1 19 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə restruktruzasiya məbləği 3659,58 manat, restruktruzasiya tarixi 31 yanvar 2020-ci il, 20ay müddətində hər ay 260 manat ödəniş etməklə, cəmi 5179,17 manat məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materialalrında olan 21 may 2020-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh1 19 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə restruktruzasiya məbləği 3659,58 manat, restruktruzasiya tarixi 21 may 2020-ci il, 19 ay müddətində hər ay 249 manat ödəniş etməklə, cəmi 5243,99 manat məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, "xxxx" QSC-nin müştərisi olan Cavabdeh1 001R********** saylı 18.03.2019-cu il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 3659.58 manat, faiz üzrə 1211.93 manat, cərimə borcu 2231.52 manat, cəmi 7103.03 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 18.03.2019-cu il–tarixdə 027L**********59 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 5000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 oğli ilə 18.03.2019-cu il tarixli 001S**********01 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Bu halda,məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və cavabdehlər onalrın risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdeh idid atələbinin fazi borcunun tutulması hisəsində etiraz etsə də, etirazın əsasları və dəlillərinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın müqavilə üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materialalrından görünür ki, iddiaçı tərəfindən 91.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 91.03 manat məbləğində dövlət rüsumunun 69,21 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc və faiz borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 3659.58 manat məbləğində əsas borcu,1211.93 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4921.51 məbləğində borcu və ödənilmiş dövlət rüsumunun 69,21 manat məbləğ hissəsi tutularaq iddiaçı “Accessbank QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 3659.58 manat məbləğində əsas borcu,1211.93 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4921.51 məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 69,21 manat məbləği hissəsi tutularaq iddiaçı “Accessbank QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 21,82 manat məbləğində hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar