Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3371/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, həmçinin digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı «mənzildən çıxarılma» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 59.000 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı1 və İddiaçı2 və digərlərinin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq mənzilin onun istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil əvvəlcə X3 məxsus olub. Belə ki, S.Səmədova 20 fevral 2017-ci ildə "xxxx" MTK-dan həmin mənzili bankdan kredit götürərək almışdı. Mənzil S.Səmədova tərəfindən əldə edilsə də, həmin mənzildə S.Səmədovanın bacısı oğlu İddiaçı2 yaşayırdı. Aylıq ödəniş 1274 manat təşkil edirdi. 01 avqust 2017-ci il tarixdə "xxxx" MTK həmin mənzildə təmir işlərinin həyata keçirilməsinə icazə verib. Təmir işləri həyata keçirildikdən sonra «TuranBank»a ödənilən aylıq kredit məbləğinin ödənişində çətinlik yarandığından, yaxın tanışları X2 adına ipoteka kreditinin götürülməsinə razılaşmışlar. Belə ki, sonuncu hərbi qulluqçu olduğundan illik 7 faiz ödənişlə ipoteka krediti götürə bilirdi. 27 iyul 2018-ci il tarixdə "xxxx"-dan illik faiz dərəcəsi 7 faiz olmaqla 60.000 manat kredit Yusif Nağıyevin adına götürülüb və həmin məbləğlə «TuranBank»a olan borc tam bağlanılıb və həmin mənzilə dair müqavilə Yusif Nağıyevin adına rəsmiləşdirilib. Mənzilə dair müqavilənin Y.Nağıyevin adına rəsmiləşdirilnıəsində məqsədləri ipoteka ilə bağlı aylıq ödənişlərin daha aşağı olması idi. Beləliklə, mənzil V.Nağıyevin adına rəsmiləşdirilsə də, mənzildə İddiaçı2 ailəsi ilə birlikdə yaşayırdı və mənzillə bağlı bütün səlahiyyətlər Y.Nağıyev tərəfindən digər İddiaçı1 verilmişdi. İpoteka kreditinin Y.Nağıyevin adına rəsmiləşdirilməsi üçün ona iddiaçılar tərəfindən 3.000 manat pul verilib. Y.Nağıyevin ipoteka krediti ilə bağlı aylıq ödənişlər iddiaçılar tərəfindən ödənilirdi. Belə ki, onlar aylıq 423 manat olmaqla 26 ay ərzində (1 sentyabr 2018-ci ildən 1 oktyabr 2020-ci ilə qədər) ümumilikdə 11.074 manat pul ödəyiblər. Bundan əlavə, ilkin ödəniş olaraq "xxxx"a 17.000 manat pul ödənilib, eynı zamanda, Y.Nağıyevin adına 640 manat həyat sığortası, 410 manat əmlak sığortası, 1.577 manat əmlak vergisini iddiaçılar ödəyib. Mənzilin təmir xərcləri isə 24.800 manat təşkil edib. 2-ci Qarabağ müharibəsi zamanı Yusif Nağıyev şəhid olub, buna görə də mənzilə dair ipoteka krediti bank tərəfindən bağışlanılıb. Buna görə də, iddiaçılar 1 oktyabr 2020-ci ilə qədər aylıq ödənişləri ödəyib. Bağışlanılan məbləğ 40.000 manat təşkil edirdi. Y.Nağıyev şəhid olduqdan sonra iddiaçılar bağışlanılmış kreditin Y.Nağıyevin oğlu Akşin Nağıyevin adına bankda açılacaq hesaba köçürülməsinə dair Y.Nağıyevin valideynləri və arvadı - iş üzrə cavabdeh olan Cavabdeh ilə razılığa gəlmişlər. Bu halda həmin məbləğ hər ay hissə-hissə açılacaq bank hesabına köçürüləcəkdi və mənzil də İddiaçı2 adına rəsmiləşdiriləcəkdi. Arada olan razılaşmanın nəticəsi olaraq Y.Nağıyevin atası öz miras payından gəlini Cavabdeh xeyrinə imtina etdi. Mənzilə dair çıxarış əldə edildikdən sonra Cavabdeh aralarında olan razılaşmanı pozaraq həmin məbləğin bir dəfəyə ona verilməsini tələb etdi, əks halda mənzilin İddiaçı2 adına rəsmiləşdirilməyəcəyini bildirdi. Qeyd edirlər ki, həmin mənzildə indiyə qədər İddiaçı2 ailəsi ilə birlikdə yaşayır, mənzilə dair bütün xərclər o və digər İddiaçı1 tərəfindən ödənilib, mənzil cavabdehin adına rəsmiləşdirilsə də, onun tərəfindən hər hansı xərc çəkilməyib. Hazırda cavabdeh Lökbatan qəsəbəsində yaşayır və Qaradağ rayon İcra Hakimiyyətində cavabdeh şəhid ailəsi kimi mənzil növbəsinə durub. İddiaçılar mənzilə ümumilikdə 59.000 manat xərc çəkiblər. Hazırda həmin məbləğ Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən mənzil vərəsəlik şəhadətnaməsi əsasında 3/4 hissədə onun və 1/4 hissədə oğlu X4 adına 21 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xüsusi mülkiyyət kimi qeydə alınaraq çıxarış verilmişdir. Həmin mənzilin İİ Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı X5 tərəfindən 2018-ci ildə alğı-satqı və ipoteka müqavilələri əsasında əldə edilmişdir. Onun ölümü ilə əlaqədar banka olan 58.012,65 manat borc şəhidliyi ilə əlaqədar bağışlanmışdır. Bundan istifadə edən cavabdehlər ona qarşı əsassız iddia qaldıraraq həmin mənzilə görə guya 59.000 manat xərc çəkildiyini əsas gətirib, həmin pulun ondan alınaraq ödənilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaları qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Cavabdehlərin ona məxsus evdə qalmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik, istifadə etmək, barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu isə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuz bir haldır. Ona görə də, cavabdehlər ünvan 4 ünvanda yerləşən mənzildən çıxarılmalıdırlar. İddiaçı, həmçinin digər İddiaçı1 nümayəndəsi İddiaçı2 əvvəlki məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməmiş, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı2 (həmçinin digər iddiaçının nümayəndəsidir) əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İlk iddia üzrə iddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, ilk iddia təmin edilə bilməz. Məhkəməyə təqdim olunmuş, mövcud qanunvericiliyə riayət edilməklə bağlanmış 27 iyul 2018-ci il tarixli İK-565-İ saylı kredit müqaviləsindən, 30 iyul 2018-ci il tarixli İK-İP- 565-İ saylı alğı-satqı və ipoteka müqaviləsindən, nikah və ölüm haqqında şəhadətnamələrdən, 10 dekabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki: - X5 ilə X9 arasında 02 iyun 2019-cu il tarixdə Bərdə rayonu «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsində 646 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Nağıyeva soyadı verilmişdir; - X5 "xxxx" ASC-dən 300 ay müddətinə illik 7 % ödəmək şərti ilə 60.000 manat məbləğində ipoteka krediti almışdır; - X5 həmin ipoteka krediti və 17.000 manat öz vəsaiti ilə ilk ödəniş etməklə Sumqayıt şəhəri Heydər Əliyev prospekti 19-cu məhəllə ev 154A ünvanda yerləşən 150 saylı mənzili mənzilin öncəki mülkiyyətçisi X1 77.000 manata almış, həmin mənzili kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir; - X2 həyatı ipoteka krediti üzrə borc alan kimi "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 28 iyul 2018-ci il tarixdən 27 iyul 2043-cü il tarixədək sığortalanmışdır; - X5 21 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlarda Şəhid olmuşdur, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 noyabr 2020-ci il tarixdə 198 saylı akt qeydi aparılaraq, İmişli regional «ASAN Xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı 023609 saylı ölüm haqqında şəhadətnamə verilmişdir; - 10 dekabr 2020-ci il tarixdə X2 vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, irs almaq hüququ olan X6 və X7 özlərinə düşən payı gəlinləri Cavabdeh bağışlamışlar. Göründüyü kimi, mübahisə edilən mənzil mərhum X5 tərəfindən 60.000 manat məbləğində ipoteka krediti və ilk ödəniş olaraq özündə olan 17.000 manat pul vəsaiti hesabına əldə olunmuşdur. X5 varisi və mənzil üzərində hüququ olan Cavabdeh iddiası əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predmeti olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmırlar və ilk iddia üzrə iddiaçının konstitusion hüquqlarını pozurlar. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası rədd edilməli, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılara aid edilməli, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı «mənzildən çıxarılma» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanda yerləşən 150 saylı mənzildən çıxarılmalı, mənzil boşaldılaraq Cavabdeh istifadəsinə və sahibliyinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət ilk iddia üzrə iddiaçılara aid edilsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı «mənzildən çıxarılma» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanda yerləşən 150 saylı mənzildən çıxarılsınlar. Həmin mənzil boşaldılaraq Cavabdeh istifadəsinə və sahibliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3371/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3371/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver