Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3376/2022 04.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddia ərizəsində ayrıayrı cavabdehə qarşı yönələn bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirilməklə verilməsinə dair tələblərə riayət olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsassən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi,ona əlavə olunmuş sənədlər və ödənilmiş 94 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3376/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3376/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver