Məhkəmə qərarları › İş №2(002)-3398/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3398/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3398/2021 02.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı «ExspressBank” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «ExspressBank” ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 may 2019-cu il tarixli, 100821-69679/11 nömrəli güzəştli krediti müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 469,07 manat məbləğində kredit verilmişdir. Həmçinin «ExspressBank” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 22 may 2019-cu il tarixli, 100821-69679/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən ona 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 2923.17 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin tərəflər arasında təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 22 sentyabr 2021-ci il tarixinə cavabdehin 22 may 2019-cu il tarixli, 100821-69679/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 428.59 manat məbləğində əsas borc və 4.09 manat faiz borcu olmaqla, ümumilikdə 432.68 manat məbləğində, 22 may 2019-ci il tarixli, 100821-69679/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 2648.31 manat əsas borc və 25.15 manat faiz borcu olmaqla, cəmi 2673.46 kredit borcları yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 22 may 2019-cu il tarixli, 100821-69679/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 428.59 manat məbləğində əsas borc və 4.09 manat faiz borcu olmaqla, ümumilikdə 432.68 manat məbləğində, 22 may 2019-ci il tarixli, 100821-69679/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 2648.31 manat əsas borc və 25.15 manat faiz borcu olmaqla, cəmi 2673.46 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 3106,14 manat borcun və 51,46 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.05.2019-cu il tarixli, 100821-69679/10 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2923.17 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.05.2019-cu il tarixli, 100821-69679/11 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 469.07 manat məbləğində kredit verilmişdir İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank arasında bağlanmış 22 may 2019-cu il tarixli, 100821-69679/11 nömrəli kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 469.07 manat məbləğində kredit götürmüşdür. Belə ki, 22 sentyabr 2021ci il tarixə Borcalanın Banka 428.59 manat əsas və 4.09 manat faiz borcu olmaqla, cəmi 432.68 manat borcu mövcuddur. Bundan başqa, kredit müqaviləsi üzrə gecikmə 352 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank arasında bağlanmış 22 may 2019-cu il tarixli, 100821-69679/10 nömrəli kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 2923.17 manat məbləğində kredit götürmüşdür. Belə ki, 22 sentyabr 2021-ci il tarixə Borcalanın Banka 2648.31 manat əsas və 25.15 manat faiz borcu olmaqla, cəmi 2673.46 manat borcu mövcuddur. Bundan başqa, kredit müqaviləsi üzrə gecikmə 352 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, Cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 22 may 2019-cu il tarixli, 100821-69679/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 428.59 manat məbləğində əsas borc və 4.09 manat faiz borcu olmaqla, ümumilikdə 432.68 manat məbləğində, 22 may 2019-ci il tarixli, 100821- 69679/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 2648.31 manat əsas borc və 25.15 manat faiz borcu olmaqla, cəmi 2673.46 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 3106,14 manat borc və 51,46 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 22 may 2019-cu il tarixli, 100821-69679/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 428.59 manat məbləğində əsas borc və 4.09 manat faiz borcu olmaqla, ümumilikdə 432.68 manat məbləğində, 22 may 2019-ci il tarixli, 100821-69679/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 2648.31 manat əsas borc və 25.15 manat faiz borcu olmaqla, cəmi 2673.46 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 3106,14 manat borc və 51,46 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar