Məhkəmə qərarları › İş №2(002)-34/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-34/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-34/2023 28.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 32.871 manat 39 qəpik əsas borc, 561 manat 51 qəpik faiz və 56 manat 49 qəpik cərimə olmaqla, cəmi 33.489 manat 39 qəpiyin, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 22.671 manat 39 qəpik əsas borc, 5.132 manat 29 qəpik faiz və 125 manat 49 qəpik cərimə olmaqla, cəmi 27.929 manat 17 qəpiyin, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 19.271 manat 39 qəpik əsas borc, 7.802 manat 36 qəpik faiz və 513 manat 30 qəpik cərimə olmaqla, cəmi 27.587 manat 05 qəpiyin, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 noyabr 2023-cü il tarixdə İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ipoteka qoyan Cavabdeh4 vəfat etmişdir. Bu səbəbdən, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Əvvəlki ərizələr iddia tələbinin həcmi ilə bağlı olsa da, hazırda ərizə verilməsinə səbəb ipoteka qoyan Cavabdeh4 vəfatı və mərhumun hüquqi varisləri ilə əvəz edilməsi məsələsinin həll edilməsi zərurətidir. Bu səbəbdən, məhkəmədən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 19.271 manat 39 qəpik əsas borc, 7.802 manat 36 qəpik faiz və 513 manat 30 qəpik cərimə olmaqla, cəmi 27.587 manat 05 qəpiyin, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X1 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(002)-34/2023 saylı qərardadı ilə 13 avqust 2019-cu il tarixdə Bakı şəhərində «dəqiqləşdirilməmiş şəkərli diabet, koma ilə» səbəbindən vəfat etmiş Cavabdeh4 hüquqi varisləri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X3 ilə əvəz edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(002)-34/2023 saylı qətmaməsi ilə iddia təmin edilərək, 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 19.271 manat 39 qəpik əsas borc, 7.802 manat 36 qəpik faiz və 513 manat 30 qəpik cərimə olmaqla, cəmi 27.587 manat 05 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 58,9 m2 ümumi sahədən ibarət 1 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 60.500 manat müəyyən edilməsi, mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına borc məbləği İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasından sonra artıq qalan hissəsi mərhum mülkiyyətçinin varislərinə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, aparılmış ekspertiza tədqiqatlarına görə cəmi 450 manat xərc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata «cavabdehlərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ipoteka predmetinin banka təhvil verilməsi» tələbinə dair hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə:

1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda «ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair» iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.

2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda «ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair» iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə 26 iyul 2021-ci il tarixdə müraciət olunmuşdur. İddia ərizəsi və təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra, 29 aprel 2019-cu il tarixdə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata «cavabdehlərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ipoteka predmetinin banka təhvil verilməsi» tələbinə dair hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata «cavabdehlərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ipoteka predmetinin banka təhvil verilməsi» tələbinə dair hissəsində xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar