Məhkəmə qərarları › İş №2(002)-3401/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3401/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3401/2021 02.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı «ExspressBank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «ExspressBank” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 nömrəli güzəştli krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3105.77 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalan tərəfindən 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 nömrəli kredit müqaviləsinin şərtlərini yerinə yetirməsinə görə borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Həmçinin "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, 100821-78449/10 nömrəli güzəşt kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsilə 60 ay mqddətinə 445.31 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 22 sentyabr 2021-ci il tarixinə cavabdehin 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 güzəştli kredit müqaviləsi üzrə 3105.77 manat məbləğində əsas borcu və 47.54 manat faiz borcu olmaqla, ümumilikdə 3153.31 manat məbləğində, 14 avqust 2019-cu il tarixli, 100821- 78449/10 nəmrəli güzəştli kredit müqaviləsi üzrə isə 445.31 manat əsas borc və 7.17 manat faiz borcu olmaqla cəmi 452.48 manat məbləğində kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 Mühman oğlundan və Cavabdeh2 14 avqust 2019-cu il tarixli 100821-78449/11 güzəştli kredit müqaviləsi üzrə 3105.77 manat məbləğində əsas borc və 47.54 manat faiz borcu olmaqla, ümumilikdə 3153.31 manat borcun, Cavabdeh1 14 avqust 2019-cu il tarixli, 100821-78449/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 445.31 manat əsas borc və 7.17 manat faiz borcu olmaqla, cəmi 452.48 manat borcun və 56.45 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx"ASC-yə ödənilməsi barədə qətnamə edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.08.2019-cu il tarixli, 100821-78449/11 saylı kredit müqaviləsindən görünür ki, «ExspressBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, ona 60 ay müddətinə, illik 1 % olmaqla, 3105,77 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14.08.2019-cu il tarixli, 100821-78449/10 saylı kredit müqaviləsindən görünür ki, «ExspressBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, ona 60 ay müddətinə, illik 1 % olmaqla, 445.31 manat məbləğində kredit verilmişdir İş materiallarında olan 14.08.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 «ExspressBank” ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-i il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, 100821-78449/10 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Bankdan 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 445.31 manat məbləğində kredit götürmüş, 22 sentyabr 2021-ci il tarixə Borcalanın Banka 445.31 manat əsas və 7.17 manat faiz borcu olmaqla, cəmi 452.48 manat borcu mövcuddur. Həmçinin kredit müqaviləsi üzrə gecikmə 569 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-i il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 nömrəli kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 3105.77 manat məbləğində kredit götürmüş, 22 sentyabr 2021-ci il tarixə Borcalanın Banka 3105.77 manat əsas və 47.54 manat faiz borcu olmaqla, cəmi 3153.31 manat borcu mövcuddur. Həmçinin kredit müqaviləsi üzrə gecikmə 541 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, Cavabdeh1 və Cavabdeh2 isə krediti və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 Mühman oğlundan və Cavabdeh2 müştərək qaydada 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 güzəştli kredit müqaviləsi üzrə 3105.77 manat məbləğində əsas borc və 47.54 manat faiz borcu olmaqla, ümumilikdə 3153.31 manat borcu, Cavabdeh1 14 avqust 2019-cu il tarixli, 100821-78449/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 445.31 manat əsas borc və 7.17 manat faiz borcu olmaqla, cəmi 452.48 manat borcun və 56.45 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx"ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mühman oğlundan və Cavabdeh2 müştərək qaydada 14 avqust 2019-cu il tarixli, 100821-78449/11 güzəştli kredit müqaviləsi üzrə 3105.77 manat məbləğində əsas borc və 47.54 manat faiz borcu olmaqla, ümumilikdə 3153.31 manat borc, Cavabdeh1 14 avqust 2019-cu il tarixli, 100821-78449/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 445.31 manat əsas borc və 7.17 manat faiz borcu olmaqla, cəmi 452.48 manat borc və 56.45 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx"ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar