Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3409/2025 26.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alınmış hər birinin dəyəri 1.500 manat olan 5 ədəd «Mitsubishi MUZ- HJ25VA-E2-CE» markalı kondisionerlərə, 1 ədəd 1.766 manat dəyərində «Mitsubishi MUZ-HJ33VA-E2-CE» markalı kondisionerə və 2 ədəd hər birinin dəyəri 2.700 manat olan «Mitsubishi MUZ-HJ50VA-E2-CE» markalı kondisionerə görə ödənilməmiş 12.420 manat, 1.240 manat dəddə pulu olmaqla, cəmi 13.660 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsində yerləşən «Real Electronics» mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh xeyli müddətdir ki, tanıyır. Belə ki, Cavabdeh əvvəllər də onlardan nisyə mal götürmüşdür və pulunu vaxtında qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə nisyə alğı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən hər birinin dəyəri 1.500 manat olan 5 ədəd «Mitsubishi MUZ-HJ25VA-E2-CE» markalı kondisionerləri, 1 ədəd 1.766 manat dəyərində «Mitsubishi MUZ-HJ33VA-E2-CE» markalı kondisioneri və 2 ədəd hər birinin dəyəri 2.700 manat olan «Mitsubishi MUZ-HJ50VA-E2-CE» markalı kondisioneri nisyə götürmüşdür. Həmin malların ümumi dəyəri 14.916 manat təşkil edirdi. Cavabdeh nisyə aldığı malların pulundan müxtəlif vaxtlarda cəmi 2.490 manat ödəniş etmiş, hazırki vaxta kimi 12.420 manat borcu qalmaışdır. Həmçinin cavabdeh nisyə götürdüyü mallara görə ödənişi vaxtında etmədiyindən əlavə dəbbə pulu borcu da yaranmışdır. Aralarında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməlidir. Nisyə alğı-satqı müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, malların dəyərini satıcıya ödəyir. Həmin müqavilənin satıcının hüquqları və vəzifələrinə aid 4.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəniş həyata keçirilməsini alıcıdan tələb edir. Həmin müqavilənin alıcının hüquqları və vəzifələrinə aid 5.4-cü və 5.6-cı bəndində qeyd edilmişdir ki, ödəniş cədvəlinə uyğun borcu vaxtında və tam ödənilməlidir. Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməlidir. Həmin müqavilənin öhdəliklərin pozulmasının nəticələrinə aid 6.1.1-ci bəndində qeyd edilmişdir ki, nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etməkdə haqlıdır. Dəfələrlə cavabdehdən aldıqları nisyə malların pulunu istəsə də, nidiyədək müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2023-cü il tarixli müqavilədən (nisyə alğı-satqı müqaviləsindən) görünür ki, Cavabdeh İddiaçı dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə hər birinin dəyəri 1.500 manat olan 5 ədəd «Mitsubishi MUZ-HJ25VA-E2-CE» markalı kondisionerləri, 1 ədəd 1.766 manat dəyərində «Mitsubishi MUZ-HJ33VA-E2-CE» markalı kondisioneri və 2 ədəd hər birinin dəyəri 2.700 manat olan «Mitsubishi MUZ-HJ50VA-E2- CE» markalı kondisioneri almışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə 12.420 manat ödənilməmiş borcu qalmışdır. Müqavilə üzrə cavabdehə 1.240 manat cərimə hesablanmışdır. Cavabdehin ümumi borcunun 13.660 manat olduğu qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam və vaxtında icra edilməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alınmış hər birinin dəyəri 1.500 manat olan 5 ədəd «Mitsubishi MUZ-HJ25VA-E2-CE» markalı kondisionerlərə, 1 ədəd 1.766 manat dəyərində «Mitsubishi MUZ-HJ33VA-E2-CE» markalı kondisionerə və 2 ədəd hər birinin dəyəri 2.700 manat olan «Mitsubishi MUZ-HJ50VA-E2-CE» markalı kondisionerə görə ödənilməmiş 12.420 manat əsas borc, 50 manat cərimə olmaqla, cəmi 12.470 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nisyə alınmış hər birinin dəyəri 1.500 manat olan 5 ədəd «Mitsubishi MUZ-HJ25VA- E2-CE» markalı kondisionerlərə, 1 ədəd 1.766 manat dəyərində «Mitsubishi MUZ- HJ33VA-E2-CE» markalı kondisionerə və 2 ədəd hər birinin dəyəri 2.700 manat olan «Mitsubishi MUZ-HJ50VA-E2-CE» markalı kondisionerə görə ödənilməmiş 12.420 manat əsas borc, 50 manat cərimə olmaqla, cəmi 12.470 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3409/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3409/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver