Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3457/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.05.2020-ci il tarixli müqavilə üzrə Samsung TV üçün 1346 manat ödənilməmiş əsas borc, 295 manat cərimə, 24.08.2020-ci il tarixli müqavilə üzrə Samsung soyuducu üçün 1805,6 manat ödənilməmiş əsas borc, 321,4 manat cərimə, 05.02.2020ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46811 olan Samsung galaxy A10 markalı telefon üçün 92 manat əsas borc, 27 manat cərimə, 25.03.2020-ci il tarixli müqavilə üzrə Pandora-Qonaq-Jurnal masa üçün 116 manat əsas borc, 34 manat cərimə, 24.07.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN kondisioner üçün 698,2 manat əsas borc, 147,8 manat cərimə, 22.12.2019-cu il tarixli müqavilə üzrə Anhel-Yumsaq-Kunc üçün 1076 manat əsas borc, 295 manat cərimə, ümumilikdə 6268 manat borc və 82,68 manat dövlət rüsumu, cəmi 6350,68 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddiaçı "xxxx" MMC ilə bağladığı 23.05.2020-ci il, 24.08.2020-ci il, 05.02.2020-ci il, 25.03.2020-ci il, 24.07.2020-ci il, 22.12.2019-cu il tarixli müqavilələrə əsasən Samsung TV, Samsung soyuducu, Samsung galaxy A10 markalı telefon, Pandora-Qonaq-Jurnal masa, HOFFMANN kondisioner, Anhel-Yumsaq-Kunc mebeli almış və nəticədə 6268 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2656,4 manat (18 ay x 129,8 manat + 320 manat ilkin ödəniş) olan Samsung TV, alqı-satqı qiyməti 2415,6 manat (18 ay x 134,2 manat + 0 manat ilkin ödəniş) olan Samsung soyuducu, alqı-satqı qiyməti 372 manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan Samsung galaxy A10 markalı telefon, alqı-satqı qiyməti 348 manat (12 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan Pandora-Qonaq-Jurnal, alqı-satqı qiyməti 898,2 manat (18 ay x 49,9 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN kondisioner, alqı-satqı qiyməti 1656 manat (20 ay x 82,8 manat + 0 manat ilkin ödəniş) olan Anhel-Yumsaq-Kunc üçün ümumilikdə 6268 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında qeyd olunan müqavilələr bağlanmışdır. Lakin pandemiya ilə əlaqədar iş saatları və gəliri azaldığına görə borcu vaxtında ödəyə bilməmişdir. Hesab edir ki, hər müqavilə üzrə cərimə məbləği həddən artıq hesablanmışdır. Hazırda tələb olunan məbləği birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.05.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 2656,4 manat dəyərində Samsung TV-ni ilkin ödəniş 320 manat olmaqla, 18 ay müddətinə hər ay 129,8 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 24.08.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 2415,6 manat dəyərində Samsung soyuducunu ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 134,2 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 05.02.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 372 manat dəyərində Samsung galaxy A10 markalı telefonu ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 31 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 25.03.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 348 manat dəyərində Pandora-Qonaq-Jurnal masanı ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 29 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 24.07.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.07.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 898,2 manat dəyərində HOFFMANN kondisioneri ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 49,9 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 22.12.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.12.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 1656 manat dəyərində HOFFMANN kondisioneri ilkin ödəniş 0 manat olmaqla, 20 ay müddətinə hər ay 82,8 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 07.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 23.05.2020-ci il tarixli müqavilə üzrə cavabdehin 1346 manat məbləğində ödənilməmiş əsas borc, 309 manat cərimə olmaqla, cəmi 1655 manat, 24.08.2020-ci il tarixli müqavilə üzrə cavabdehin 1805,6 manat məbləğində ödənilməmiş əsas borc, 321,4 manat cərimə olmaqla, cəmi 2127 manat, 05.02.2020-ci il tarixli müqavilə üzrə cavabdehin 92 manat məbləğində ödənilməmiş əsas borc, 27 manat cərimə olmaqla, cəmi 119 manat, 25.03.2020-ci il tarixli müqavilə üzrə cavabdehin 116 manat məbləğində ödənilməmiş əsas borc, 34 manat cərimə olmaqla, cəmi 150 manat, 24.07.2020ci il tarixli müqavilə üzrə cavabdehin 698,2 manat məbləğində ödənilməmiş əsas borc, 147,8 manat cərimə olmaqla, cəmi 846 manat, 22.12.2019-cu il tarixli müqavilə üzrə cavabdehin 1076 manat məbləğində ödənilməmiş əsas borc, 295 manat cərimə olmaqla, cəmi 1371 manat, ümumilikdə 6268 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.05.2020-ci il, 24.08.2020-ci il, 05.02.2020-ci il, 25.03.2020-ci il, 24.07.2020-ci il və 22.12.2019-cu il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əşyaların dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 23.05.2020-ci il, 24.08.2020-ci il, 05.02.2020-ci il, 25.03.2020-ci il, 24.07.2020-ci il və 22.12.2019-cu il tarixli müqavilələr üzrə dəbbə pulu hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə dəbbə pulunun hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğlərini nəzərə alaraq, 23.05.2020-ci il, 24.08.2020-ci il, 05.02.2020-ci il, 25.03.2020-ci il, 24.07.2020-ci il və 22.12.2019-cu il tarixli müqavilələr üzrə dəbbə pulu tələbinin azaldılmasını və 23.05.2020-ci il tarixli müqavilə üzrə 135 manat, 24.08.2020-ci il tarixli müqavilə üzrə 180 manat, 05.02.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 25.03.2020-ci il tarixli müqavilə üzrə 12 manat, 24.07.2020-ci il tarixli müqavilə üzrə 70 manat, 22.12.2019-cu il tarixli müqavilə üzrə 108 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 23.05.2020-ci il tarixli müqavilə üzrə 1346 manat ödənilməmiş əsas borc, 135 manat cərimə; 24.08.2020-ci il tarixli müqavilə üzrə 1805,6 manat ödənilməmiş əsas borc, 180 manat cərimə; 05.02.2020-ci il tarixli müqavilə üzrə 92 manat ödənilməmiş əsas borc, 10 manat cərimə, 25.03.2020-ci il tarixli müqavilə üzrə 116 manat ödənilməmiş əsas borc, 12 manat cərimə; 24.07.2019-cu il tarixli müqavilə üzrə 698,2 manat ödənilməmiş əsas borc, 70 manat cərimə; 22.12.2019-cu il tarixli müqavilə üzrə 1076 manat ödənilməmiş əsas borc, 108 manat cərimə və 75 manat dövlət rüsumu olmaqla, cəmi 5723,8 manat (beş min yeddi yüz iyirmi üç manat səksən qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3457/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3457/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver