Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3498/2024 10.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2023-cü il tarixdə yazılı bağlanılmış və notarial təsdiq edilmiş borc müqaviləsinə əsasən, “Borc verən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc alana” 16600 manat pul borc verir. “Borc alan” borcu xx.xx.2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür.
2. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubuna əsasən, onunla Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 08 avqust 2023-cü il tarixli kredit müqaviləsi əsasında ondan 16600 manat məbləğində borc almışdır. Bağlanmış müqavilənin şərtlərinə görə hər ay 692 manat olmaq şərti ilə həmin pulu xx.xx.2025-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi heç bir ödəniş etməmişdir. Hazırda bu borc yığılaraq 10000 manata çatmışdır. Həmin pulun vaxtında ödənilməməsi onun maddi vəziyyətinə ciddi şəkildə əhəmiyyətli dərəcədə təsir etmiş, nəticəsində o və ailəsi maddi sıxıtı çəkir, o ailəsinin dolanması üçün müxtəlif şəxslərdən borc pul almışdır. Odur ki, xx.xx.2024-cü il tarixə kimi ona borclu olduğu 16600 manat pulun tam şəkildə ödənilməsini təmin etməyini xahiş edir. Əks təqdirdə pul tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edəcəkdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə icra sənədinin geri qaytarılması barədə ərizə yazaraq, Bakı şəhəri 8 sayı Notariat Kontorunun 8İ-5776 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 16600 manat, 25 manat pul vəsaiti alınaraq onun xeyrinə ödənilməsi barədə tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyi üçün icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc aldığı 16600 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun, cəmi 16740 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Cavabdeh ilə 51 saylı notarius ofisində 08 avqust 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq ona borc olaraq 16600 manat pulu borc olaraq verdi. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan Cavabdeh ondan borc aldığı 16600 manat pulun hər ay 692 manat olmaq şərti ilə xx.xx.2025-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və bu günə kimi ona heç bir ödəniş etməmişdir. Cavabdeh müqavilənin şərtində qəbul etdiyi hər ay ödənişi etməmiş və hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Borcun ödənilməsi barədə cavabdehə rəsmi olaraq pretenziya göndərmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət edir. Əgər bu günə kimi müqavilənin şərtinə əməl etsəydi ona borclu olduğu pulun yarıdan çox hissəsini ödəmiş olardı. Həmin pulun vaxtında ödənilməməsi onun maddi vəziyyətinə ciddi şəkildə əhəmiyyətli dərəcədə təsir etmiş, nəticəsində o və ailəsi maddi sıxıntı çəkmiş, o ailəsinin dolanması üçün müxtəlif şəxslərdən borc pul almışdır.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə edərək, cavabdehin 2000 manat ödəniş etdiyini bildirmiş və iddia tələbinin qalan hissədə təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini, iddiaçıya olan 16600 manat borcdan 2000 mant ödəniş edə biləcəyini bildirmiş, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
9. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
10. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
12. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
13. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 742.2-ci maddəsinə əsasən, yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır.
14. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
16. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
17. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
18. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
b) Əsaslandırma
27. İddia qismən əsaslıdır.
28. İşin mübahisəsiz halı budur ki, tərəflər arasında xx.xx.2023-cü ildə yazılı və notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə, borc verən borc alana 16600 maant məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir; 2-ci bəndinə görə, borc alan krediti hər ay 692 manat olmaq şərtilə xx.xx.2025-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür; 3-cü bəndinə görə, tərəflər krediti faizsiz verməyi şərtləndirirlər.
29. Borc alan məhkəmə iclasında iştirak edərək ona xəbərdarlıq edilməsinə və vaxt verilməsinə baxmayaraq müqavilənin bağlandığı tarixdən etibarən 16600 manat borc məbləğindən heç bir ödəniş etmədiyini qəbul etmiş, sonrakı məhkəmə iclasında isə borc məbləğindən 2000 manatı borc verənə ödəmiş, borc verən (iddiaçı) tərəfindən ümumi borc məbləğindən 2000 manatın ödənildiyini bildirmişdir.
30. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir.
31. Məhkəmə iddiaçının üzərində düşən sübutetmə yükünü icra etməsini, cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməsi barədə etiraz və etirazının əsaslarına dair sübut təqdim etməməsini, eyni zamanda, tərəflərin ümumi borc məbləğindən 2000 manat ödəniş edilməsi barədə razılığa gəlmələrini nəzərə alaraq, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 14,600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 140 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 133.8 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə
34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 14,600 manat pul vəsaiti və tələbin təmin edilmiş hissəsinə uyğun 133,8 məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 14,600 manat pul vəsaiti və tələbin təmin edilmiş hissəsinə uyğun 133,8 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova