Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3511/2023 08.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, İddiaçı nümayəndələri X2, X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın (elektron nəzarət qurğusunun) dəyəri olan 2277,40 manat dəyərində pul vəsaitinin alınaraq X1 Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, valyuta: AZN, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 354/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı”nın 5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmışdır. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə İdarənin icra məmuru Emin Kərimov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Cavabdehin üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd elektron mobil nəzarət qurğusu, 01 ədəd enerji toplayıcı adaptor, 01 ədəd qoruyucu kabura və 01 ədəd elektron qolbaq iş üzrə cavabdeh olan Cavabdeh üzərinə tətbiq olunaraq təhvil verilmişdir, elektron nəzarət avadanlıqlarından istifadə qaydaları, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması cavabdehə izah olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti başa çatdığı üçün məhkumun üzərinə tətbiq edilən elektron nəzarət vasitəsi məhkum Cavabdeh götürülmüş və Ədliyyə Nazirliyi Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında "xxxx" QSC tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərək yoxlanılmış və texniki rəy verilmişdir. Həmin texniki rəydə mobil nəzarət qurğusunun qapaqlarına kley vurulduğu, mobil nəzarət qurğusunun təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Belə olan halda, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə salınmış və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi göstərilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddia tam əsaslıdır, avadanlığın dəyəri cavabdehdən dövlət nəfinə tutulmalıdır. Həmçinin bildirir ki, avadanlıq məhkum tərəfindən təhvil verilərkən dərhal yoxlanılmır, xarici görünüşə görə qüsuru isə aşkar etmək mümkün olmur, qüsur yalnız texniki rəyə əsasən müəyyən edilir. Ona görə də cavabdehin etirazı əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X7 digər nümayəndənin izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, o, sözügedən avadanlığı təhvil verərkən həmin avandanlıqda hər hansı nasazlığın olduğu ona bildirilməmişdir. Nasazlığın olduğu ona sonradan bildirilmişdir. Ona bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması məlumdur, bu səbəbdən həmin avadanlığa hər hansı ziyan vurmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2021-ci il tarixli hökmün icrası barədə göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 1(002)-354/2021 nömrəli hökmü icra olunması üçün İddiaçınə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)- 354/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalında dərhal həbsdən azad edilməsi, Cavabdeh üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)- 470/2022 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 354/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il azaldılması qərara alınmışdır. İş materiallarında olan icra məmuru X8 tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslə aparılmış söhbətin nəticələrinə dair xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı icra məmuru X8 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-354/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli biıinərək 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə saat 16:00-da İddiaçındə söhbət aparmışdır. Söhbət zamanı məhkuma məhkəmə hökmünün icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü ilə məhkumun üzərinə qoyulmuş vəzifələr izah edilmiş və yol verilə bləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər təkrar nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, 1 ədəd “ATTENTİ” markalı, 35631224 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) məhkum Cavabdeh təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, həmin vasitə zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı böyük icra məmuru X5 tərəfindən 35631224 nömrəli, 01 ədəd dəst elektron nəzarət vasitəsi Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin əməkdaşına təhvil verilmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, Cavabdeh təhvil alınmış Attenti V6 (seriya nömrəsi ********) mobil qurğunun qapaqlarına kley vurulmuşdur, təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, elektron nəzarət avadanlığının dəyəri 2277,40 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Cavabdeh məhkəmə hökmünə əsasən cəza çəkdiyi müddət ərzində elektron nəzarət avadanlığını qorumalı olduğu halda, həmin öhdəliyinə əməl etməmiş, elektron nəzarət avadanlığının zədələnməsi nəticəsində dövlət büdcəsinə 2277,40 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh tərəfin avadanlığı qüsursuz təqdim etdiyi barədə izahatı isə elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəylə təkzib olunur. Ona görə də cavabdehin cəza çəkdiyi dövr ərzində davranışı üzərində nəzarəti həyata keçirən iddiaçı təşkilatın iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq X1 Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, valyuta: AZN, VÖEN: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3511/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3511/2023
08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver