Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3534/2024 06.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin, habelə ödənilmiş dövlət rüsumununu geri qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə İddiaçı həmin iddia ərizəsi üzrə ödədiyi 46 manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3, 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün İddiaçı "xxxx" ASC-də dövlət büdcəsinə ödədiyi 46 (qırx altı) manat dövlət rüsumu (əməliyyat İD:636575427, qəbz nömrəsi: 27313, GPP qəbz nömrəsi: **********, tarixi: xx.xx.2024, saatı: 12:09) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ödənişi edən İddiaçı (FİN kodu: xxxxxxx) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3534/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3534/2024
06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver