Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-354/2021 09.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakarı ilə İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əsas borc üzrə 9511,35 manat, faiz borcu üzrə 1585.45 manat olmaqla, cəmi 11.096.80 manat məbləğində pul vəsaitinin və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərinin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-700 saylı, 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verilmişdir. "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında 20.11.2014-cü il tarixdə № 151-20.11.2014-SM68 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. 20.11.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh2 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit təminatı kimi zamin Cavabdeh3 ilə 20.11.2014cü il tarixdə 151-20.11.2014-SM68 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh1 ilə 20.11.2014-cü il tarixdə №151- 20.11.2014-SM68 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 banka əsas borc üzrə 9511.35 manat, faiz borcu üzrə 1585.45 manat olmaqla, cəmi 11.096.80 manat məbləğində təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edib, onun təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmə iddiaçının nümayəndəsi və Cavabdeh2 izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən "xxxx" ASC-dən problemli aktivlərinin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-700 saylı, 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. İş materiallarında olan 24.10.2017-ci il tarixli, S-FK-700 saylı "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərinin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair aktıdan görünür ki, Cavabdeh2 "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına əsas borc üzrə 9511.35 manat, faiz borcu üzrə 1585.45 manat olmaqla, cəmi 11.096.80 manat məbləğində borcu vardır. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 Burcalı oğlu 20 noyabr 2014-cü il tarixli, 151-20.11.2014-SM68 saylı zaminlik müqaviləsi əsasında kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X3 20 noyabr 2014-cü il tarixli, 151-20.11.2014-SM68 saylı zaminlik müqaviləsi əsasında kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli, 09/1349 saylı rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli, 151-20.11.2014- SM68 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 banka olan borcu müqavilə bitən tarixə yəni 20.11.2017-ci il üçün əsas borc üzrə 11766.64 manat, faiz borcu üzrə 4134.67 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan müqavilədən görünür ki, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı pretenziya qaydasına riayət edərək, Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş tapşırıqlarından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 20 noyabr 2014-cü il tarixli, 151-20.11.2014-SM68 kredit müqaviləsinə əsasən 9511.35 manat əsas, faiz borcu üzrə 1585.45 manat olmaqla, cəmi 11.090.80 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilanına ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddia müddəti tətbiq edilməklə, onlara aid hissədə iddia rədd edilməlidir. Çünki tərəflər arasında bağlanmış 20.11.2014-cü il tarixli zaminlik haqqında müqavilələrin 5.2-ci bəndində həmin müqavilənin “Borclunun 1.1-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Halbuki, kreditin verilmə müddəti nəzərə alındıqda zaminlik müqaviləsinin müddəti bitmiş, ötən müddət ərzində kreditor zaminə qarşı idda irəli sürmədiyinə görə zaminliyə xitam verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia zaminlərə qarşı yönəlmiş hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09/1349 saylı, 31 mart 2021-ci il tarixli rəyinə münasibətdə qeyd edir ki, rəyin nəticə hissəsində qeyd olunmuş məbləğ iddiaçının tələb etdiyi məbləğdən yüksəkdir. Digər tərəfdən məhkəmə onu da bildirir ki, rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəməyə daxil olmadığından məhkəmə yalnız tələb olunan məbləğin cavabdehdən tutulmasını qanunauyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci də Cavabdeh2 aid edilməli, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 20 noyabr 2014-cü il tarixli, 151-20.11.2014-SM68 kredit müqaviləsinə əsasən 9511.35 manat əsas, faiz borcu üzrə 1585.45 manat olmaqla, cəmi 11.090.80 manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh2 aid edilsin. Həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-354/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-354/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver