Məhkəmə qərarları › İş №2(002)-3596/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3596/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3596/2021 01.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 812.66 manat əsas borc, 2.94 manat faiz borcu və 19.69 manat cərimə borcu olmaqla ümumilikdə 835.29 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Yelo Bank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialları araşdıraraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından (vəfat etmiş şəxsə qarşı iddia tələbi irəli sürüldüyündən), iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə 03.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə cavabdeh qismində çıxış edən şəxs Cavabdeh 03.07.2021-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən vəfat etmiş şəxs barəsində iddia tələbi irəli sürülmüşdür. Halbuki mülki prosessual qanunvericiliyində vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halalrı əsas götürərək, hazırki mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq, mülki prosessual qnaunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə vəfat etmiş şəxsə (prosessual hüquq qabiliyyəti olmayan şəxsə) qarşı iddia tələbi irəli sürüldüyündən, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar