Məhkəmə qərarları › İş №2(002)-3616/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3616/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3616/2021 29.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********98987 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq üçün 230 manat ödənilməmiş hissə 23 manat cərimə,29.02.2020-ci il tarixli müqaviləyə əsasən,GORENJE Ətçəkən üçün 89.4 manat ödənilməmiş hissə,8.6 manat cərimə,05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********29672 olan Samsung galaxy A10 markalı telefon üçün 226 manat ödənilməmiş hissə,22 manat cərimə,29.02.2020-ci il tarixli müqaviləsinə əsasən,GORENJE Mikser üçün 132 manat ödənilməmiş hissə,13 manat cərimə,29.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63185 olan Huawei Y5 Lite markalı telefon üçün 257.8 manat ödənilməmiş hissə,25.2 manat cərimə,ümumilikdə 1027 manat borc, 30.27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 02.12.2019-cu il,29.02.2020-ci il,05.07.2019-cu il,29.02.2020-ci il və 29.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98987 olan Samsung galaxy A10 markalı telefon,qulaqlıq, GORENJE Ətçəkən, İMEİ kodu **********29672 olan Samsung galaxy A10 markalı telefon, GORENJE Mikser, İMEİ kodu **********63185 olan Huawei Y5 Lite markalı telefon almış və nəticədə 1027 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 507 manat (21 ay x 24 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********98987 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq üçün ümumilikdə, 253 manat olmaqla ondan, 230 manat ödənilməmiş hissə, 23 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140.4manat (12 ay x 11.7 manat + 0 manat ilkin ödəniş) olan GORENJE Ətçəkən üçün ümumilikdə, 98 manat olmaqla ondan, 89.4 manat ödənilməmiş hissə, 8.6 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********29672 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 248 manat olmaqla ondan, 226 manat ödənilməmiş hissə, 22 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 150 manat (12 ay x 12.5 manat + 0 manat ilkin ödəniş) olan GORENJE Mikser üçün ümumilikdə, 145 manat olmaqla ondan, 132 manat ödənilməmiş hissə, 13 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 262.8 manat (18 ay x 14.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********63185 olan Huawei Y5 Lite markalı telefon üçün ümumilikdə, 283 manat olmaqla ondan, 257.8 manat ödənilməmiş hissə, 25.2 manat cərimə;Cavabdehin cəmi ödədiyi məbləğ 505 manat təşkil edir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05.07.2019-cu il tarixli N-li 00762264, 29.02.2020-ci il tarixli N-li 20135537i, 29.02.2020-ci il tarixli N-li 20134269, 29.02.2020-ci il tarixli N-li 20134202, 02.12.2019-cu il tarixli N-li 01095248 müddətli (nisyə) alğı-satqı müqavilələlərinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən satıcı müqavilələr üzrə göstərilmiş məhsulları alıcıya verməyi, alıcı isə onları qəbul edib, məhsulların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktıların məzmunundan görünür ki, Cavabdeh qeyd edilən hər bir müqvailələr üzrə müqavilələrin predmeti olan əşyaları təhvil almışdır. İş materiallarına əlavə olunmuş 02.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən alıcı 21 ay müddətinə aylıq 24 AZN məbləğində ödəniş etməklə borc məbləğini, 29.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən alıcı 12 ay müddətinə aylıq 11.7 AZN məbləğində ödəniş etməklə borc məbləğini, 05.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən alıcı 26 ay müddətinə aylıq 19 AZN məbləğində ödəniş etməklə borc məbləğini, 29.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən alıcı 12 ay müddətinə aylıq 12.5 AZN məbləğində ödəniş etməklə borc məbləğini, 29.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən alıcı 24 ay müddətinə aylıq 14.6 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyaların müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 21.10.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 02.12.2019-cu il tarixli müqaviləyə əsasən 230 manat əsas borc, 23 manat cərimənin borcu, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən 89.4 manat əsas borc,8.6 manat cərimə borcu, 05.07.2019-cu il tarixli müqaviləyə əsasən 226 manat əsas borc,22 manat cərimə borcu, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən 132 manat əsas borc,13 manat cərimə borcu, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən 257.8 manat əsas borc,25.2 manat cərimə borcu, olmaqla 1027 manat məbləğində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01095248 nömrəli, 02.12.2019-cu il tarixli, 20134202 nömrəli, 29.02.2020-ci il tarixli, 00762264 nömrəli, 05.07.2019-cu il tarixli,20135537 nömrəli, 29.02.2020-ci il tarixli və 20134269 nömrəli, 29.02.2020-ci il tarixli nisyə alğı-satqı müqavilələləri bağlanılmışdır. Həmin müqavilələri predmeti qismində Samsung galaxy A10 markalı telefon,qulaqlıq, GORENJE Ətçəkən, İMEİ kodu **********29672 olan Samsung galaxy A10 markalı telefon, GORENJE Mikser, İMEİ kodu **********63185 olan Huawei Y5 Lite markalı telefon çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı həmin müqavilələrin predmeti qismində çıxış edən əşyaları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin həmin müqavilələrlə şərtləşdirilmiş qaydada və müddətdə ödəməklə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı hər bir müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin müqavilələr üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh həmin alğı-satqı müqavilələri üzrə alınmış avadanlıqlar üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borcunu ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın hər bir müqavilə üzrə əsas borca hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 02.12.2019-cu il tarixli müqavilə üzrə 10 manat məbləğində, 29.02.2020-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində, 05.07.2019-cu il tarixli müqavilə üzrə 10 manat məbləğində,29.02.2020-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində, 29.02.2020-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30.27 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.27 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.12.2019-cu il tarixli müqaviləsi üzrə yaranmış 230 manat əsas borc və 10 manat cərimə borcu, 29.02.2020-ci il tarixli 20134202 nömrəli müqavilə üzrə yaranmış 89.4 manat əsas borc və 5 manat cərimə borcu ,05.07.2019-cu il tarixli müqavilə üzrə yaranmış 226 manat əsas borc və 10 manat cərimə borcu , 29.02.2020-ci il tarixli 20135537 nömrəli müqavilə üzrə yaranmış 132 manat əsas borc və 5 manat cərimə borcu, 29.02.2020-ci il tarixli 20134269 nömrəli müqavilə üzrə yaranmış 257.8 manat əsas borc və 10 manat cərimə borcu olmaqla, ümumilikdə 975,2 manat məbləğində borc və 30.27 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02.12.2019-cu il tarixli müqaviləsi üzrə yaranmış 230 manat əsas borc və 10 manat cərimə borcu, 29.02.2020-ci il tarixli 20134202 nömrəli müqavilə üzrə yaranmış 89.4 manat əsas borc və 5 manat cərimə borcu ,05.07.2019-cu il tarixli müqavilə üzrə yaranmış 226 manat əsas borc və 10 manat cərimə borcu, 29.02.2020-ci il tarixli 20135537 nömrəli müqavilə üzrə yaranmış 132 manat əsas borc və 5 manat cərimə borcu, 29.02.2020-ci il tarixli 20134269 nömrəli müqavilə üzrə yaranmış 257.8 manat əsas borc və 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 975,2 manat məbləğində borc və 30.27 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar