Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3657/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı "xxxx" KB ASC-in Cavabdeh qarşı qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB ASC-in Cavabdeh qarşı qərtnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-in xeyrinə 1200 AZN əsas,256.18 AZN faiz,0 AZN cərimə,0 AZN komisyon haqqı borcu olmaqla,cəmi 1456.18 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.57 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından məlum olur ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri,Binəqədi rayonu,7-ci mikrorayon,Abay Kunanbayev küçəsi,ev 76,mənzil 55-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır İddia ərziəsinin məzmunundan görünür ki, hazırki mülki iş üzrə iddia ərizəsində Cavabdehnın rəsmi qeydiyyat ünvanı kimi Bakı şəhəri,Binəqədi rayonu,7-ci mikrorayon,Abay Kunanbayev küçəsi,ev 76,mənzil 55 qeyd edilmiş, habelə AZEMİS Elektron İnformasiya portalında əldə edilmiş məlumatda da cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri,Binəqədi rayonu,7-ci mikrorayon,Abay Kunanbayev küçəsi,ev 76,mənzil 55-dir kimi qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-in Cavabdeh qarşı qətbanə qəbul edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" KB ASC-ə geri qaytarılsın. İş üzrə ödənilmiş 34,57 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:**********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu:142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı:AZ17CTRE********************, ödəyicinin adı: “X1” ASC, VÖEN **********, hüquqi ünvanı:AZ1014, ünvan 4 Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3657/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3657/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver