Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-375/2022 22.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinin mətbəxindən axan su nəticəsində onun mənzilinin mətbəxinə dəymiş zərərin, yəni mətbəxdə yerləşən mebeli dəyişdirmək üçün xərcləmiş olduğu 1.000 manatın, həmçinin bundan sonra da tavanın təmiri üçün tələb olunan 500 manatın və yeni alınmalı dolab üçün 300 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 6 saylı evin 38 saylı mənzilinin mülkiyyətçisidir və həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə həmin binada yerləşən 41 nömrəli mənzilin mülkiyyətçisidir. Lakin cavabdeh həmin mənzili başqasına kirayə vermişdir. Mənzildə yaşayan şəxslərin təqsirindən həmin mənzilin hamamından axan su nəticəsində onun mənzilindəki dolab nəmdən çürüməyə başlamış və bir müddət sonra qırılıb düşmüşdür. Düşərkən də rakvinanı və kranı qırmışdır. Həmçinin nəmlənmə nəticəsində tavan da yararsız hala düşmüşdür. Belə ki, tavan taxtadandır və yuxarı mərtəbədən axan su tavana yığılıb qalıb. Usta tavanı müvəqqəti şruplarla bərkitsə də, tavan hər an tökülüb yerə düşə bilər. Mütləq təmir olunmalıdır. Usta elektrik xətlərində müvəqqəti bərpa etmişdir. Mətbəx mebelinin üzərinə çəkilən masaüstünü də dəyişmək məcburiyyətində qalmışdır və tək bunun üçün 250 manat xərci çıxmışdır. Həmçinin mətbəxdə yerləşən dolabları da dəyişməyə məcbur olmuşdur. Ümumilikdə isə mətbəx mebelini dəyişdirmək üçün 1.000 manat xərcləmiş olmuşdur. Bundan sonra da, tavanın təmiri üçün 500 manat və yeni alınmalı olan dolab üçün 300 manat vəsait lazımdır. Ona dəymiş bu maddi ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh, əvvəlcə ona dəymiş zərəri ödəyəcəyini bildirsə də, sonradan heç bir nəticəsi olmamışdır. Həmçinin, cavabdeh onun tələbini nəzərə almamışdır və onunla kobud rəftar etmişdir. Onun mənzilinə dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 6 saylı evin 38 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 6 saylı evin 41 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 158 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 15 noyabr 2021-ci il tarixli aktdan göründüyü kimi, İddiaçı şikayətinə əsasən 38 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin mənzilin mətbəxinin divarlarında su ləkələri mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1085 saylı rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 6 saylı evin İddiaçı mülkiyyətində olan mənzilinin divarlarında və tavanında mövcud olan qüsurları nəzərə alaraq, həmin mənzilə suyun sızması nəticəsində ziyan dəymişdir. Tədqiq olunan mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 198 manat məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzilə 198 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz cavabdehin mülkiyyətində olan mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ona daha artıq məbləğdə maddi zərər vurulmasına, mənzildə olan əşyaların su sızması nəticəsində yararsız hala düşməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 198 manat və ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 198 manat və ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-375/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-375/2022
22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver