Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-377/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.176 manat 50 qəpik pul vəsaiti və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, cəmi 4.238 manat 50 qəpiyin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 noyabr 2020-ci il tarixdə ona yaxınlaşaraq öz briqadası ilə təmir işləri ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh bildirmişdir ki, müxtəlif ünvanlarda təmir işləri həyata keçirir, təmir işləri ilə əlaqədar materialları nisyə götürür və müştəridən pulunu alıb malların pulunu verir. Həmin vaxt isə «Meridian» şadlıq sarayında təmir işi ilə məşğul olduğunu və buna görə də, nisyə mal lazım olduğunu bildirmişdir. O, cavabdehlə razılaşaraq 15 noyabr 2020-ci il tarixdə sonuncuya 4.176 manat 50 qəpik məbləğində nisyə olaraq boya məhsulları vermişdir. Elşad təmir işləri başa çatan kimi onun pulunu qaytaracağına söz vermiş və verdiyi sözün təminatı olaraq qəbz təqdim etmişdir. Həmin qəbzdə borcu 30 dekabr 2020-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir. Lakin qeyd olunan vaxtda o, cavabdehlə əlaqə saxladıqda, cavabdeh hələ də pulu almadığını, tezliklə ödəyəcəyini və bir ay yenə vaxt verilməsini xahiş etmişdir. O, yenə də cavabdehin xahişini nəzərə alıb bir ay da gözləmişdir. Cavabdeh mal götürəndə hamin malları «Meredian» şadlıq sarayının tamiri üçün aldığını bildirmişdir. Buna görə da, o, həmin şadlıq sarayına getmiş va Cavabdeh ondan boya mahsulları alaraq «Meredian» şadlıq sarayının təmirinə istifadə etdiyini bildirmişdir. Ona bildirmişlər ki, həqiqətən cavabdeh orada tamir işlərini görümüş va pulunu tam şəkilda alarqaq çıxıb getmişdir. Bundan sonra Cavabdeh söz verdiyi vaxtın tamamında sonuncu ilə əlaqə saxlamışdır. Cavabdehə bildirmişdir ki, «Meredian» şadlıq sarayından işlədiyinə görə pulu və malın pulunu almışdır və nəyə görə aldığı boyaların pulunu vermir? Bu dəfə isə həqiqətən də «Meredian» şadlıq sarayından pulu aldığını bildirmiş, lakin müxtəlif bəhanələr gətirərək borcunu tezliklə ödəyəcəyini demişdir. Sonradan isə cavabdehlə əlaqə saxlamaq istəsə də, zənglərinə cavab verməmiş və hazırkı vaxta kimi ona olan borcunu ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 377/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin 16-cı vərəqində olan iltizamdan göründüyü kimi, Cavabdeh İddiaçı 24 oktyabr 2020-ci il tarixdə 4.176 manat 50 qəpik dəyərində boya məhsulu almış, borcu 30 dekabr 2020-ci il tarixədək qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin göstərilən müddət ərzində borcu geri qaytarmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 4/924 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqində Cavabdeh adına olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində «Vəsiqə sahibinin imzası» qrafasında əks olunmuş imza ilə mülki işin 16-cı vərəqində Cavabdeh adından olan 24 oktyabr 2020-ci il tarixli iltizamın sonunda «№********» rəqəmlərinin qarşısındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi olduğundan, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.176 manat 50 qəpik borc və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, cəmi 4.238 manat 50 qəpik pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 125 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.176 manat 50 qəpik borc və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, cəmi 4.238 manat 50 qəpik pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 125 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-377/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-377/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver