Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3781/2021 30.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh oğluna qarşı sahiblikdən məhrumetmənin qadağan edilməsi və pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı sahiblikdən məhrumetmənin qadağan edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ünvan 1 ünvanındakı yaşayış binasının zirzəmisinin cavabdehdən icarəyə götürdüyü 52 kv.m hissəsindən istifadəmə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi,həmin icarə sahəsinə sahiblik və istifadə hüquqlarının bərpa edilməsi,icarə sahəsinə çəkdiyim 6450 manat pulun və əldən çıxan 2000 manat zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 149.2.2, 149.2.3, 1479.2.4 və 149.2.4-1-ci maddələrinin tələbinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərziəsinə əlavə edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan və faktiki yaşayış yeri fərliqidir. İndiki halda isə iddiaçı iddia ərizəsində cavabdehin adı və faktiki ünvanı qeyd etsə də, onun şəxsiyyətinin eyniləşdirilməsinə və onunla yazışmaların aparılmasına imkan verən cavabdehin faktiki olduğu yeri (yaşayış yeri) təsdiq edən zəruri sənədi (habelə telefon nömrələri) iş materiallarına əlavə etməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə iddia tələbinin əsası kimi istinad edilən hallara dair sübut qismində əlavə etdiyi icarə müqaviləsinin şərtlərində (Müqavilənin 8.2 bəndi) tərəflərin bu müqavilədən irəli gələn mübahisələri danışıq yolu ilə həll etmələri, bu mümkün olmadıqda məhkəməyə müraciət etmələrinə dair şərt nəzərdə tutulmuşdur. İndiki halda isə iddiaçı tərəfindən iddia ərizəsinə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair sənəd iş materiallarına əlavə eidlməmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qyatarılır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, hesab edir ki,hazırki mülki iş üzrə iddia ərizəsi mübahisənin məhkəməyə qədər pretenziya qaydasında həll eidlməsinə dair sənəd işə əlavə olunmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, həmçinin, iddiaçıya iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh oğluna qarşı sahiblikdən məhrumetmənin qadağan edilməsi və pul tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və öədnilmiş 104,50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3781/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3781/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver